Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə11/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   7   8   9   10   11   12   13   14   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Anası  da,  yıxıla-qalxa,  qapı-qapı  düşüb 



oğlunun 

məktubunu 

axtarırdı, 

teleqramı 

görəndə də Partkomun qapısının ağzında çır-çır 

çığırırdı: 

-Bu  məktub  döyül,  məni  allatmayın,  belə 

məktub  olmaz,  bu,  əsgərlik  kağızıdı...Booy, 

Allah  mənə  ölüm  ver,  uşağı  davaya  aparıblar, 

ay  Partkom,  ay  camaat,  ay  el,  sizə  qurban 

olum,  dava  harda  gedir?  Haradı  ora?  Başınıza 

dönüm, görün neynirsiz!   

Xeyli  vaxtdı  beləcə,  kəndin  diliylə  desək, 

sayıqlaya-  sayıqlaya  yaşayırdı.  Sonra  yatağa 

düşdü, “... oğlunun kürlüyünü eləyir ”, dedilər, 

yığışıb  oğluna  teleqram  vurdular:  “...sroçno 

priyezjay, mat tyajelo bolna...

1

”    



Gürcüstandan  yola  saldılar  ki,  ermənilərin 

əlinə  keçməsin...  Belə  də  oldu,  unutmayaq, 

İmirxanlı teleqramı alan kimi, yəni min doqquz 

yüz yetmişinci illərin axırında   Yerevana, ordan 

da  Gürcüstan  yoluyla  kəndə  gedəcək...  o 

maraqlı  səfərin  şahidi  olacağıq,  yadımızda 

saxlayaq... 

                                                           

1

 Tez gəl, anan ağır xəstədir... (rusca). 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İndisə  min  doqquz  yüz  səksən  səkkizinci 



ilin  yaz  aylarındayıq...  Narahatçılıq  elə  kəndə 

girməmişdən  bilinir,  səs-  səmir  yoxdu, 

İmirxanlının  dediyi  olmasın,  öz  evində  də 

bağıra-  bağıra  danışan  kənd  adamlarının    səsi 

eşidilmir...  hamı  başı  aşağı  harasa  gedir, 

amma  heç  kim  bilmir,  hara  gedir;  qapı 

heyvanları  da  həmişəki  kimi  deyillər,  bunun 

fərqinə  varan  olmasa  da,  it  səsi  gəlmir 

kənddən,  nələr  olacağını  bəlkə  də  yiyələrindən 

yaxşı bilən qapı itləri içindən- içindən ulaşırlar. 

Kəndə  gələn  yollar  düşüncələrdə  məftil  kimi 

dartınıb səs eləyir... 

Əli-  ayağı  tutan  yığışıb  gedib.  Bu  günlərdə 

sədr  də  getdi,  ferma  müdiri  də,  bir  yerdə 

yığışdılar...Sədrin  yerinə  də    elə  ferma  müdiri 

danışdı,  idarənin  eyvanına  çıxıb  əlini  uzaqdan- 

uzağa kəndin üstündə gəzdirib dedi: 

  -Sədrimiz  telefonnan  danışır,  ay  bizim 

camaat,  -  yuxarıları  göstərdi,  -oralarla  əlləşir 

bayaqdan,  indi  gedəcəyik,  işləri  düzəldib 

gələcəyik, siz salamat qalın... 

Hələlik  salamatlıqdı,  kənd  elliklə  işığı 

sönmüş  kimi  olsa  da  yerindədi,  çoxunun  ağlı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

kəsmir,  inanmırlar  ki,  evi-  eşiyi  atıb  çıxıb 



gedələr. 

Uğurlunun  özü  təzə  evinə  yenicə  köçüb, 

öldürsələr  də  evdən  çıxan  deyil,  camaat  bilir 

bunu, iki mərtəbəli evdi, dişi-dırnağıyla, axır ki 

tikdi,  qurtardı.  Qardaşı  İmirxanlı  bu  neçə  ildə 

bir qəpik də göndərmədi, amma Uğurlu hamıya 

deyirdi  ki,  onun  puluyla  tikmişəm...Qaraca 

müəllim  o  gün  evə  baxıb-  baxıb:  “...-Sən  də 

vaxt  tapdın  ev  tikdirməyə...”  dedi.  Bunu  bir 

neçə  ay  qabaq  qarda  boranda  bir  yığın 

erməniylə  it  boğuşdurmaq  adına  kəndə  gəlmiş 

Şaliko  Sumikyan  da  dedi,  xeyli  güldü,  “...sən 

evi  erməniyə  tikirsən,  ay  kirvə,  özüvə  yox...” 

belə  dedi,  hələ  yanaşı  dayanıb  Uğurluyla  şəkil 

də çəkdirdi.  

-Şükür sənə, ay Allah...! 

Həyat  yoldaşı  Şallı  boyludu,  amma  hələ 

boyundakı  yük  hiss  olunmurdu,  evlə  üz-  üzə 

elə  durmuşdu,  elə  bil  ev  deyildi,  evin  yerindən 

Ay  doğmuşdu,  indi  salavat  çevirəcəkdi,  elə 

çevirdi də: 

-Allah, sənə şükür!- bir də dedi. 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 Uğurlu  ikinci  mərtəbədəydi;  arvadının 



əlləri  o  qədər  iri  göründü  ki,  məətəl  qaldı,  öz 

əllərinə  baxdı,  öz  əllərindən  də  iri...Heç  fikir 

verməyib,  “...həə,  bu  daşların  hamısı  bir-bir 

onun  əllərindən  gəlib  keçib...gedim  əllərindən 

tutum,”    pilləkənləri  endi,  içini  yandırıb-yaxan 

göynərti  dolaşırdı...Amma  əllərindən  tutmadı, 

əyilib  başını  qarnının  üstünə  qoydu,  xeyli 

beləcə  qaldı,  sonra  yavaş-yavaş  dikəldi,  evlə 

üz- üzə durdular...Evin arxası əkin yeridi, əkilib 

amma səpilməyib. 

-Yerin  hamısını  lobya  eliyəcəm...  anam 

deyərdi,  lobyanın  qarnı  var,  balalıdı,  lobya  ək, 

bərəkət 

gətirəcək...yadındadı? 

–Uğurlu 

gülümsəmək  istədi,  heç  nə  alınmadı.  -Sabah 

tezdən toxum almağa gedəcəm. 

-Hara?  -  Gəlinin  qorxusu  bir  andaca  su 

kimi  başından  aşağı  axdı.  -Qoymaram  rayona 

gedəsən. 

-Heç  nə  olmaz...bazar  bağlanmayıb  ki,  o 

qədər 


gedən-gələn 

var...Bu 

boyda 

ev 


tikmişəm, əkib səpməyim?!  

                        



Ölümün şəkli... 


Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə