Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə19/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   15   16   17   18   19   20   21   22   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qabağına  çıxacam,  qarşılayacam.  Vururlar,  qoy 



vursunlar. 

-Müəllim,  bəs  bunnar  əlli  il  qabaq  harda 

yaşayırdılar, 

burda 


deyildilərsə? 

Bayaqkı 


söhbət  yaddan  çıxdığı  üçün  xeyli  özlərinə  gələ 

bilmirlər.  Yada  heç  nə  düşmür.  “Kimdi?  Nə  so-

ruşur?” 

Səs  arxadan  gəlir,  Aytəkin  səsidi,  səsi 

coddaşıb bir az. Çobanın oğlu Aytək, dördüncü 

sinfəcən 

ermənicə 

oxudu, 


Siranuşun 

məktəbində. 

Kimya 

müəllimi 



Siranuş 

Sumikyana  görə  onun  oxuduğu  erməni 

məktəbini  hamı  belə  adlandırır.  “Siranuşun 

məktəbi...” Sonsuz Siranuş... 

“-Mənim  oğlum  da,  uşağım  da  erməni 

xalqıdı,  bu  xalq  varsa,  neynirəm  oğlu-uşağı! 

Erməni  adındakı  hərflərin  min  qat  sayı 

qədərində  hamı  ölüb  dirilməlidi  ki,  Ermənistan 

yaşasın...”  -  Siranuşun  sözüdü,  respublikada 

kim yaşayırsa, hamı əzbərdən bilir. 

-Hə, müəllim, hardaydı bunnar bəs? 

Qara 


müəllim 

dönür, 


kəndin 

yeniyetmələridi,  boy-  boya  veriblər,  güllə  gilizi 

kimidilər, 

biçimli, 

gücü 

içində, 


irəliyə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tuşlanmış.  Çoxdular,  maşallah!  Hamısı  birdən 



soruşur: 

-Hardaydılar? 

-Bunnarı  Qafqaza  ruslar  gətirib,  iki  yüz  il 

qabaq, 


bizim 

buralara 

da 

bolşeviklərlə 



gəldilər...  -Qara  müəllim  dönüb  ətrafına 

boylanır,  qorxusu  üzünə  çıxıb,  deyirsən  indi 

ürəyi  gedəcək,  neçə  gündü  gözlədikləri 

erməninin özündən belə qorxusu yoxdu. 

-Onnarın  heç  vaxt  dövləti  olmayıb,  yalan 

yerdən  tarix  yazdıqlarına  baxma.  -  Qara 

müəllimin  canı  bu  şaxtada  isti  gətirmişdi, 

“xəbər  verən  olar,  görəsən?...Yəni,  bu 

günümüzdə  də  xəbərçilik  eləyəcəyik?...”  deyə 

düşündü,  bayaqdan  ocağın  qırağında  dinməz-

söyləməz  oturmuş  Partkoma  sarı  əyildi.-  Kən-

din telefonu işləyir? 

-İşləyir, niyə işləməsin?!  – Əlinin işarəsiylə 

də  əlavə  elədi,  “...arxayın  ol,  artıq  çatdırmış 

olarlar...” 

Qaraca  müəllimin  canı  təzədən  buza 

döndü... 

İmirxanlı  ağbilən  İsmayılı  xatırladı, 

partkomun  bir  zəngiylə  KQB  elə  məktəbdən 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

götürüb aparmışdı, neçə il bundan qabaq, hələ 



də bir xəbər yoxdu. 

-Erməninin  qabağınnan  qaçmaq  ölümnən 

betərdi,  ölmək  min  dəfə  onnan  yaxşıdı.  -

Qaraca  müəllim  bilmədi  bunu  niyə  dedi... 

Şagirdləri onu araya alıblar, qorxuya yer yoxdu 

artıq.  Bu  uşaqların  arasında  heç  ölüm  də  yada 

düşmür... 

amma  tarixlə  bağlı  heç  nə  demədik, 

heç  nə  vermədik,  elə  beləcə,  havaya  bö-

yüdülər... 

“...Allah lənət eləsin Balacahunluya, heç öz 

tariximizə  yaxınlaşmağa  qoymadı,  akademikdi 

özü  də...Tarix,  deyir,  atdı,  yüyənini  hara 

çəksən, ora gedəcək. ” 

 -Onnar  Suriya  tərəfdən  gəliblər,  qaraçı 

tayfası kimi, əlifbaları da özlərinin deyil, Suriya 

əlifbasıdı...  -Qaraca  müəllim  bu  iki  daşın 

arasında çox şey demək istəyirdi, dayanıb fikir-

ləşirdi  ki,  daha  nə  bilir. 

-  Dövlət  görmüş, 

dövləti  olmuş  xalq  özünü  belə  görməmiş 

aparmaz, yoldaş Partkom... 

Partkom  ocağın  yanından  elə  qalxdı  ki,  elə 

bildilər  ermənilər  gəlir,  hərə  bir  yana 

səpələndi. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Mənə  niyə  deyirsən,  əə,  bu  sözü?  Mən 



qurmuşam,  erməniyə  dövləti?!  İndi  ermənini 

kəndin üstünə mən gətirirəm?... 

 

Avropa iti... 

 

  Apedin  “ Villis  “  markalı  maşını  da  elə  bu 



vaxt  sürüşə-sürüşə  türk  kəndinə  doğru 

qalxırdı.  O  günkü  adamlardı,  amma  indi 

aralarında  bir  it  də  var,  qara,  yoğun  boyunlu 

itdi, gözlərini dikib tük tərpətmədən yola baxır. 

Bayaq bazarkom Civanın qaynadıb verdiyi iri ət 

tikələrindən başqa yaddaşında heç nə yoxdu: 

-Çiy  ət  olmaz,  türk  deyil  ki,  çiy  yesin.  - 

Səhər  tezdəndi,  Civan  arvadını  güldürməkçün 

belə  deyir,  bir-birinə  sıxıla-sıxıla  gülüşürlər  ki, 

uşaqlar oyanmasın.  

Arvad  bazarda  qəssablıq  eləyən  ətçi 

İbrahimi  xatirlayır...  Əlində  balta,  köynəyinə 

sığışmayan  əzələli  bədəni  gözlərinin  önünə 

gəlir, əlindəki iri ağızlı baltanı da itə oxşadır: 

-Gedim  türk  İbrahimnən  ət  alım?  -  İtlə 

ərinin  arasındadı,  ərinin  qucağından  başını 

qaldırıb baxır. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Gedərsən,  -  deyir,  bazarkom  Civan,  o  biri 



tikəni firəng itinə atır... 

Firəng  iti  indi  maşından  gözlərini  yollara 

diksə  də  heç  nə  görmür,  yaddaşında  heç  nə 

yoxdu,  gəyirə-gəyirə  bayaqkı  tikələrin  tamını 

udqunur...Belə çıxır ki maşındakılar da itə görə 

dinib-danışmırlar.  Varjaped  o  günkü  paltarını 

dəyişib,  qışın  günündə  başına  şlyapa  qoyub, 

qara  eynək  taxıb,  o  da,  demək  olar  ki,  tük 

tərpətmədən yola baxır. 

-Necə  dindirirsən  firəngi?...İti  deyirəm.  - 

Ulubabyan firəng itinin başını sığalladı. 

-Mən  hansı  dili  bilirəmsə  o  dillə,  -tatud 

dur

13

,  -  görürsən  varjaped,  ermənicə  bilmir. 



Amma rusca bilir. -Day lapu, lapu day!

14

 



İt qolunu varjapedə tərəf uzatdı. 

Təkərlərinə  zəncir  bağlanmış  yük  maşını 

dabanbasırıq  gəlirdi.  Beş-altı  gənc  erməni 

maşının  üstündə  bürüşüb  oturmuşdu,  maşının 

içi samanlıydı, ayaqlarını samana soxmuşdular. 

                                                           

13

 Əl ver (ermənicə) 



14

 Ver əlini, əlini ver (rusca) 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə