Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə16/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   12   13   14   15   16   17   18   19   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

deyəndə  Aped  başını  salıb  xeyli  dinmədi, 



birdən: 

-Arıq,  indi  sənin  qulağını  kəsərəm,  -deyib  

əlini  maşına  atdı,  atan  kimi  də    tüfəngi 

götürməyi  bir  oldu,  qoşalüləydi,  oynada-

oynada  Arığın  üstünə  getdi.  Kəndin  yan-

yörədəki  kişiləri  təzəcə  fikirləşirdi  ki,  türklərə 

bu  qədər  ərki  olan  bu  məzəli  erməniylə  daha 

nə təhər məzələnsinlər, tüfəngi görən kimi qu-

ruyub qaldılar. 

-Aped  kirvə,  həmişə  zarafat  elədiyin 

adamdı, indi noldu sənə? 

Arıq elə doğrudan da arıq adamdı, burnunu 

çəkə-çəkə  adamların  arasından  boylanırdı,  üz- 

gözündə  yenə  nəsə  demək  istəyi  gəzişirdi. 

Qarakəlləoğlu əyilib onun qulağına pıçıldadı: 

-Dinmə, onnarın qan axtaran ilidi, sus... 

-Görün  aşıq  Ayvaz  hardadı,  Apedin  xətrinə 

saz çaldıraq. 

-Zarafat eləmək istədi, ay Aped ... 

Aped  tüfəngini  başı  üstə  silkələyib  Arığa 

tərəf getdi: 

-Mənnən daha elə zarafat eləmə! 

 Arıq əllərinin ikisini də ona sarı uzatmışdı: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“Qaxdağan  erməninin  qudurmağına  bax...” 



deyəmmədiyi  söz  Arığın  boğazında  yüz 

yerindən açılıb yığıldı.  

-Bəlkə  Arıq  türk  xəngəli  bişirtsin,  söhbəti 

orda  eləyək?  -  Müharibədən  tək  ayaqla 

qayıtmış,  medallarını  hələ  də  sinəsində 

daşıyan,  ucaboylu,  sarışın  kişi  qoltuq  ağacına 

söykənib  bayaqdan  tamaşa  eləyirdi,  işi  belə 

görüb yanlarına əyilə-əyilə irəli yeridi, medallar 

qəribə  bir  avaza  düşüb  orkestr  səsi  çıxartdı. 

Kənddə  hamı  bilirdi  ki,  Medallı  Göyüş 

medallarını oxutmaq ücün belə yeriyir.  

Aped,  əlində  də  tüfəng,  medalların 

zümzüməsi kəsilənəcən tərpənmədi... 

Bir  neçə  adam  Apedi  araya  alıb,  Arığın 

evinə xəngəl yeməyə gedirdilər. 

Aşıq  Ayvaz  qapısının  ağzında  oturub  sazını 

kökləyirdi,  aşığı  görən  kimi  hamı  birdən 

qışqırdı: 

-Sazını da götür, gəl, iş var. 

Aşıq Ayvaz Apedi indi tanıdı: 

-Ay  Aped,  bu  türklər  hara  aparır  səni,  əsir 

götürüblər? 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Həə,  sünnət  eliyəcəklər,  sən  də  gəl,  bir 



ucunnan da sən tut. 

Aşıq  Ayvazın  sazı  əlindəydi,  astaca-astaca 

dınqıldadırdı. 

-Sazı əlindədisə cavabını verəcək. - Medallı 

kişi dedi, sakitcə. 

-“Kəsiləsi  başın  ikən  kəsəllər  sünnətini...”-

Aşıq  Ayvaz  bunu  deyib  bir  ayaq  yuxarı  qalxdı, 

ayagının altına nəsə qoydu, deyəsən.  

Əvvəl  heç  kəs  heç  nə  anlayammadı, 

duruxub  bir-birnə  baxdılar,  birdən  medallı  kişi 

elə  güldü,  qonum-  qonşuda  kim  vardı,  hamısı 

bayıra çıxdı. 

Kəndin 

görünən 


tərəfini 

gülüşmə 


bürümüşdü.. 

-Şanvordi...

9

,  nə  dedin,  niyə  gülür  bu 



camaat?! Mənim nəyimə gülür?-  

Aped özünə yer tapa bilmirdi. 

Arıq onun qolundan tutub evə tərəf çəkdi: 

-Gəl, evdə deyərəm, burda deyilməz. 

                                                           

9

 



Köpəyoğlu (ermənicə)

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İkisi  də  dəstənin  qabağına  düşüb  yanaşı 



gedirdilər,  evə  az  qalmışdı,  Arıq  ayağının 

ucuna qalxıb: 

-Aped,  bayaq  qulağımı  kəsmək  istəyirdin, 

hə ?! 


-Lazım  gələr,  kəsərəm,  turki  dığa

10



Andronikdən artıq deyilsən ki! 

 

*** 



 

...İndi,  1987-ci  ilin  bu  şaxtalı  havasında 

Aped  stəkanlara  araq  süzə-süzə  bir  neçə  il 

bundan  qabağın  yay  günlərini  xatırlayır;  türk 

kəndində bir yay günü... 

-Lazım  gələr,  lap  başını  da  kəsərəm,  Arıq 

türk!  -  Ürəyində  dediyini  bir  də  aşkara  dedi, 

dönüb türk kəndinə baxdı... 

Bunun  kimə deyildiyinin fərqi  yoxdu artıq, 

türkə  deyilir,  bəsdi,  nə  vaxt  deyilir,  harda 

deyilir,  kimə  deyilir,  niyə  deyilir.  Deyilməlidi, 

vəssalam. 

                                                           

10

 Türk oğlu (erməni) 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Yaşasın, 



dənizdən 

dənizə 


Böyük 

Ermənistan...!  -  Şaxtadan  qırov  bağlayıb  buza 

dönmüş badələri başlarının üstə qaldırdılar. Elə 

o  şəkildə  də  dikə  çıxıb,  bir  yerdə  türk  kəndinə 

baxdılar.  –Bunnarı,  bu  kəndi  qova  bisək, 

hamısı gedəcək! 

Türk  kəndinin  itləri  hürüşürdü,  hər  tərəf 

qarla  örtüldüyündən,  uzaqlar  yaxınlaşmış 

kimiydi. 

-Mən  onların  itlərini  səslərinnən  tanıyıram. 

-  İt  saxlayan  Civan  əlini  kəndə  sarı  uzadıb 

havada dairə cızdı, nəsə götürdü elə bil. - Bax, 

o  hürən,  Qarakəlləoğlunun  itidi,  -  dedi,  yenə 

əlini  qaldırıb  eləcə  saxladı.  -  Neçə  it  apardım 

boğuşdurmağa,  mənim  itlərimin  hamısını 

boğdular. 

Ulubabyan  maşından  düşüb  yıxıla-qalxa 

gəlirdi,  Şaliko  Sumikyan  qolundan  yapışmışdı, 

amma özü yıxılmağa daha çox hazır idi.  

-Gedə  bilsəydik,  türk  xəngəli  yeyərdik,  hıı, 

varjaped?!-  Aped  əlindəki  badəni  Ulubabyana 

uzatdı. -İç, varjaped, soyuqdu yaman. 

-Türklə xəngəl yemək batdı artıq... 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə