Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə17/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   13   14   15   16   17   18   19   20   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Badələri  buz  bağladığından  səslənmədi, 



amma  araq  içlərinə  bıçaq  tiyəsi  kimi  sancıldı. 

Bir  anlığa  susdular,  daha  doğrusu,  Ulubabyan 

gözlərini  kəndə  zilləmişdi,  fikirdən  ayırmaq 

istəmədilər,  ayılıb  mütləq  maraqlı  şeylər 

deyəcəkdi... 

Kəndin  görünən  üzündəki  evlərin  bacası 

tüstülüdü,  tüstülər  o  qədər  qatıdı  ki,  elə 

bilirsən kəndi  göydən asıblar. 

-Görürsüz,  ocaqları  necə  yanır?  -  Əlini 

döndərib  türk  kəndini  göstərdi.  -Bizimki 

yandırmağa  bir  şey  tapmır,  əlini  açıb  hökü-

mətə,  hökümətə  də  yox,  dünyaya,  kilsəyə,  elə 

ver, deyir. Terder

11

 də bar-bar bağırır ki, qırıldı 



millət... 

Bilirsiz,  nədi  yandırdıqları?  -  Dönüb 

yanındakılara  baxdı.-  Kərmədi  yandırdıqları, 

ona görə də gurdu tüstüsü. Akademik Acaryan, 

allah  ona  rəhmət  eləsin,  türkləri  sevirdi, 

sevirdi  yox,  qiymətini  bilirdi,  amma  bunu  heç 

vaxt  yazmazdı,  böyük  erməniydi:  “bizi  diri 

saxlayan türklər oldu, deyərdi, əlimiz rusun əli-

                                                           

11

 Keşiş  (ermənicə) 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

nə  çatanacan  türklər  qorudu  bizi”,  bunu  ancaq 



bizə  deyərdi...    Bütün  bu  kəndləri  qarış-qarış 

gəzdi,  həmişə  də  “bizim  burda  izimiz  yoxdu, 

biz burda yoxuq”, dedi. 

-Harda 


yoxuq, 

varjaped?- 

Şaliko 

Sumikyanın  birdən-birə  üzü-gözü  əyilmiş  kimi 



göründü. 

-Qafqazda. 

-Varjaped,  siz  nə  danışırsınız?!-  Aped  ora-

bura  boylandı  ki,  görsün  kimsə  eşitmədi  ki.- 

İndi bu  sözü danışallar heç. 

-Tələsmə,  Acaryan  deyərdi,  bizim  burda 

izimiz yoxdu, biz Qafqazda olmamışıq, olacağıq 

amma. 


“Olmamaqla 

olacağıq” 

ayri-ayri 

şeylərdi, siz bütün bu dediklərimi anlamasanız, 

buraların  qədrini  bilməzsiniz.  -  Əlini  yenə  türk 

kəndinə 


tuşladı.- 

Onlar 


bu 

dediklərimi 

unutdular,  ona  görə  də  indi  bilmirlər 

oğuz 


nədi,  hun  nədi,  sak-sakat  nədi,  heç  türkün  nə 

olduğunu 

düz-əməlli 

bilmirlər. 

Bunları  

yaddaşlarından  siliblər,  yaddaşları  boşdu, 

yurdlarını  boşaldacaqlar,  -  əliylə  göstərdi,  elə 

bil  əlində  su  qabı  vardı.  -Təki  sən  burda 

yaşaya 

bil, 


təki 

sən 


ocaq 

qalamağı 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bacar...Acaryan  deyirdi  ki,  saklar  saxladığı 



malın  südünü  -qatığını  içir,  dərisini  geyinir, 

içindən  çıxanı,  bax,  beləcə,  kərmə  eləyib 

yandırırdı...tükünnən  də  xalça  toxuyurdular. 

Həmişə  də  kədərlə  deyərdi,  saklar  bunlardı.  - 

Əlini  kəndə  sarı  uzatdı.-  Amma  bu  haqda  heç 

vaxt yazmadı, o, böyük erməniydi. 

Hər  yan  ağappaq  olduğundan  kəndin 

içindəki    qaraltılar  aydınca  seçilirdi...  Kəndin 

çıxacağında tonqal çatıldı. 

-Bizi  gördülər,  -  dedi,  it  saxlayan  Civan.  -

Gör necə qaynaşdılar?! İtlərinə bax, özlərinnən 

betərdi, mən onların itlərini boğdura bilmədim, 

varjaped,  gör  neçə  it  saxlayıram,  heç  biri  on-

ların itiylə bacarmadı... Onlar itlərinə də ayrıca 

dərs  verirlər;  türk  dərsi.  Bilirsən,  varjaped, 

tərsinə öyrədilmiş itləri var. 

-Yəni, necə? 

-Yəni, iti elə öyrədir ki, it qapma, deyəndə 

qapır.  

Varjaped  bir  şey  anlamadığından  arada 

əllərini oynatdı... 

-Sonra da desin ki, neynim, itdi da, qapma 

dedim,  qapdı.  Türkün  bicliyi...  -Civan  belə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

deyib  güldü,  niyəsə  çöküb  türk  kəndinə 



aşağıdan 

baxdı.-Aşağıda 

adamın 

gözü 


qamaşmır,- dedi. 

-Bilirsən  onların  itiylə  niyə  bacarmırsan?  - 

Ulubabyan ayaq üstəydi. 

-Bilmirəm, varjaped. 

-Çünki  erməninin  özünün  iti  yoxdu, 

olmayıb  heç,  heç  eşitmisənmi  deyələr,  erməni 

iti?! 

Dikəlib bir-birlərinə qarışa-qarışa güldülər. 



-Amma  “erməni  tarixi”  deyirlər,  “erməni 

kilsəsi”  deyirlər.  “Erməni  qızı”...Allah  onları 

saxlasın! 

-Sağ ol, varjaped, sağlıq sizə...!  

-Bəs  neyniyək,  varjaped,  neçə  ildi,  it 

boğuşdururam, həmişə də itlərimi boğublar... -

Civan türk kəndinə sarı əllərini silkələdi.   

-İndi kim baxır sənin itlərinə? 

-Türk  İbrahimə  tapşırmışam,  həm  də 

bazarda ətçidi... 

-Yaxşı...Firəng itin varmı sənin?  

-Firəng? 

-Hə,  yəni,  Avropa  cinsi...  Avropa  itləri  hər 

şeyə hürən deyillər, soyuqdular, bizə indi elə it 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə