Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə25/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   21   22   23   24   25   26   27   28   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qəbiristalıq  var,  onu  da  özümüz  öldürmüşük... 



Üstü  at  heykəlləri,  qoç  hekəlləri...hələ 

qəbrüstü  dəvə  heykəli  də  var.  Heykəllərin 

çoxunun  başı  yoxdu,  hamısını  öz  əlimizlə 

özümüz qırdıq, çöllərə düşüb qızıl axtaranda... 

“...Öz  gözümlə  gördüm,  bir  at  heykəlinnən 

bir  kilo  qızıl  çıxdı...”  dəri  yığan  Aped  kənd- 

kənd düşüb danışırdı...

 

“...Biz  də,  əlimizdə  külüng,  daraşıb  bütün 



Qafqaz  boyu  heykəl  başımızı  sındırırdıq  ki, 

içindən  qızıl  çıxacaq...biz  bununla  tariximizi 

yeyirdik, eşidirsiz? Tarixsə həzm olunmur...Ona 

görə  də  indi  tarixdən  ögüyə-  ögüyə,  qusa- 

qusa  danışırıq.  Həmişə  də  belə    olacaq,  çünki, 

öz  tariximizi  özümüzə  yedirdiblər...”  Bu  da 

İmirxanlının çıxışındandı, təxminən on il bunan 

qabaq kənd adamlarını başına yığmışdı, düzdü, 

elə  o  vaxt  da  heç  kəs  heç  nə  anlamadı,  amma 

çox şey yadda qaldı. 

-Ağzına  gələni  danışır,  -  dedi  Partkom 

yanındakılara.- Kəndə çaxnaşma salmaqdı fikri. 

Ya da öyrədib göndəriblər...  

Şəhərə 


qayıdanda 

Balacahunlu 

elə 

dərsdəcə soruşdu: 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nə var, nə yox kənddə? 



-Müəllim,  siz  nə  mənada  soruşursuz? 

Ermənistan  olduğuna  görə  soruşursuz?  Yəni, 

soruşursuz ki...yurdu-yuvanı kəsdilər, böldülər, 

bir Ermənistan yapdılar? 

-Sözdən  söz  çıxartma,  türkoloq  Acaryan  o 

tərəflərdən,  sizin  o  kənddən  çox  şeylər 

danışırdı...  çox  maraqlıdı  deyirdi.  Mən  də 

olmuşam  orda...  Sən  oraların  etimoljisini, 

etnoqrafiyasını işlə... 

-İndi  başa  düşdüm,  müəllim,  bizim  kənddə 

min  il  bunnan  qabaq  nəyi  bilirdilərsə,  indi  də 

onu bilirlər...” 

O  vaxtdan  on  beş  il  keçib...  yəni,  indi, 

dediyim  kimi,    1988-ci  ilin  fevral  ayının 

axırlarıdı.  Kəndin  əli  yerdən-göydən  üzülüb... 

Evlərin  arasıyla  sarışın  oğlanı  sürüyə-sürüyə 

aparan  çaxal  it  də  camaatın  qorxusunu  dağıda 

bilmir...camaat  o  hayda  deyil...  Uğurlunun 

arvadı Şallı Salatın üzünü təzəcə tikdirdiyi evin 

divarına  sürtür,  arvadlar  yığışıb  onu  divardan 

ayırmaq  istəyirlər,  gücləri  çatmır,  Uğurlunu 

səsləyirlər.  Uğurlu  Şalikonu  orda  qoyub  evə 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

doğru  qaçır.  Şallının  üzü-gözü  qan  içindədi, 



evin daşlarında qan izi var: 

-Qurban  olum,  ay  camaat,  qoyun  üzüm 

daşlara yapışsın...!  

Camaat  sızıldaşır,  dərdə  qol  qaldırıblar,  bu 

dərdə  heç  ağlamaq  da  olmaz,  ağlamaqlıq  da 

deyil.  Ona  görə  də  oynayırlar,  ayaqlarını 

tərpətmədən sağa- sola əyilib düzəlirlər. 

-Nolub  orda?-  Ulubabyan  Partkomdan 

soruşur,  heç  nəyə  oxşatmadığından,  çaşqınlıq 

içindədi. 

-Kənddə 

tikilən 


sonuncu 

evdi, 


evi 

ağlayirlar,  baxın,  üzünü  daşlara  sürtən  gəlinin 

evidi...təzəcə yığışmışdı içinə. 

...İtlər  boğuşmadı.  Sarışın  oğlanı  sürüyə-

sürüyə  gətirən  çaxal  it  yolun  yarısında  əldən 

çıxdı,  özünü  güllə  kimi  avropalı  itin,  -  firəng 

itinin  üstünə  salsa  da,  bir-birinə  dəyib  yanaşı 

uzandılar. 

Civan  firəng  itinin  xaltasından  yapışıb 

qaldırmaq  istəyirdi,  erməni  dilində  nəsə 

deyirdi,  axırda  it  onun  özünü  qapmaq  istədi, 

çaxal  da  ona  qoşuldu,  bir  yerdə  yan-

yörədəkilərə hürdülər... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Amma  kənd  öz  hayındaydı,  get-gedə  hərə 



öz içinə batırdı. Başqa vaxt olsaydı, indi elə bu 

qarın  üstündəcə,  yalan  olmasın,  kəndin  o 

başından  -  bu  başına  süfrə  açmışdılar,  itləri 

boğuşdurandan 

sonra, 

həmişəki 



kimi, 

ermənilərə  türk  xəngəli  yedirtmişdilər.  Başqa 

vaxt  olsaydı,  indi  aşıq  Ayvaz  oxuyurdu,  dəri 

yığan Aped də, - sağ ol... - deyə - deyə aşığın 

balaca  qalaya  oxşatdığı  züllə  papağının  altına 

qırmızı onluqlar keçirdirdi... 

İndi  hər  şey  ayrı  cürdü,  yəni,  evlərdə  heç 

kəs  yoxdu,  dediyimiz  kimi,  bütün  evlərin  içi 

ölüb,  daha  doğrusu,  kənd  içindən  ölüb, 

ermənilərin  son  gəlişi,  son  xəbərdarlığı  da 

evlərin  içinə  son  gülləni  vurdu:  “Nə  qədər  qan 

tökülməyib  kəndi  boşaldın...”,  yəni  evləri.  Ona 

görə də hamı bayırdadı...Şallını üzü qanlı-qanlı 

harasa  aparırlar,  üzünün  qanı  yola  damcılayır, 

yol  qardı,  qan  damcıları  qarın  üstündə  qara 

hopub çiçək kimi ləçək açır... 

Ermənilərin  gətirdiyi  it  özlərinə  hürür, 

bilmirlər  maşına  necə  aparsınlar...  Aped 

dayanıb  mat-mətəl  itə  baxırdı,  it  yaxına  heç 

kəsi  buraxmır,  kinli-kinli  mırıldayır,  təzədən 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə