Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə27/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   23   24   25   26   27   28   29   30   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

necə  ölək,  kimnən  vuruşaq  ölək?  Kimə  deyək 



ki... bizi döyüşə apar. 

Medallı Göyüş əlini onun əlinin üstə qoydu. 

Mollanın  səsi  güclə  eşidilirdi,  gözlərini  hələ  də 

açmamışdı.  Dilində  “Quran”  oxuyur,  ürəyində 

Qarakəlləoğluna,  hə,  deyirdi.  Ona  görə  də 

diqqətlə  baxan  onun  başını  tərpətdiyini  hiss 

eləyərdi, “...hə...” 

-Kənddən  çıxan  addı-sanlı  adamlarımızı 

tapmaq  lazımdı,-  Medallı  Göyüş  göz  gəzdirib 

təzədən  mollaya  baxdı.  -Hamısı  bilməlidi  ki, 

yurd çıxır əlimizdən... 

Molla  oxuya-oxuya  yenə  başıyla  “  hə”, 

dedi... 

-Tək  mən  deyiləm  ki,  papağımı  götürüb 

çıxam,  -  Medallı  Göyüş  əlini  medallarının 

üstünə  qoymuşdu  ki,    tərpənəndə  səs 

eləməsin. 

-Həmin  o  gedənnərimizlə  çoxdan  boşalıb 

kənd...indi hardan tapacaqsan gedənləri?!   

Molla  özünü  saxlaya  bilməyib  surənin 

arasında: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Düzdü...  -  dedi,  surəni  qırdığına  görə  də 



bir  anlığa  dərin  sakitlik  çökdü.  Mollaın  səsi 

dəyişmişdi, elə bil daş altından çıxırdı... 



Yaddaş qəlpələri... 

 

 ...Bakıda  da  soyuqdu,  qar  olmasa  da, 

dəniz  səmtdən  əsən  külək  ülgüc  kimidi.  Mən, 

Biləcəri 

aşırımında 

Sevortyan 

Sedanı 

gözləyirəm,  əriylə  gəlməlidi.  Biz  İsmayıllı 



rayonunun  ermənilər  yaşayan  Qələyə  kəndinə 

getməliyik;  Sevortyan  Sedayla  kəndlərimizi 

başa-baş  dəyişmək  istəyirik,  heç  bilmirəm 

tarixdə belə şey olubmu, ev dəyişən olub, kənd 

dəyişən, 

yox... 


zarafat-zarafat, 

bəlkə  


arvadlarını  dəyişən  kişilər  də  olub,  amma 

kəndi, eli-obanı dəyişmək... yəni, ermənilər ora 

getsinlər, bizimkilər də bura, Qələyə kəndinə... 

Maşının  şüşələrini  qaldırmışam,  istidi, 

oturub  Qələyə  kəndшnin  adını  fikirləşirəm 

bayaqdan, Qel tayfalarıyla bağlamaq istəyirəm, 

tələbə vaxtı bu haqda kurs işi yazmışdım... 

Akademik  Balacahunlu  az  qalır  saçlarını 

yolsun.  Mən  ara  vermədən  dediyimi  deyirəm: 

Bakının  Qala  kəndi  də  Qel  tayfalarıyla  bağlıdı, 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

hələ 


Kəlbəcər 

də...tələbə 

yoldaşlarım 

gülüşürlər,  dekanlığımız  bir  olduğu  üçün  rus 

sektorunun 

uşaqları 

da 

burdadılar, 



Sedagil...məətəl  qalıblar.  Hə,  o  günlər  yadıma 

düşür, 


yaddaşıma 

tam 


damcılayır 

elə 


bil...ağzım dada gəlir. 

Niyəsə  sıxıntı  içindəyəm,  sevinməliyəm 

əslində,  Seda  indicə  gələcək,  özü  də  necə 

Seda,  təsvirini,  -  aşıq  Ayvaz  demiş,-  gö-

zəlləməsini 

indidən 


vermək 

istəmirəm, 

söhbətimiz 

boyu 


işarələrdən 

anlayacaqsız...İndilərdə 

gəlməlidi, 

gecikən 


deyil,  əri  yanında  olsa  da,  ürəyi  nə  istəyir  onu 

eləyəcək,  deyib-güləcək  kəndə  qədər.  İki-üç 

gün  bundan  qabaq  yenə  Qələyəyə  getmişdik, 

əri  yanımda  oturmuşdu,  özü  arxamda,  ordan 

bura əlini uzatmışdı, canımı dolaşırdı... 

  -Maşını  aşırtmaq  istəyirsən  Seda?  -  Əri 

dedi, 

Seda 


ona 

tərəf 


keçib 

boynunu 


qucaqladı... 

İndi  üzümü  şəhərə  tərəf  çevirib  onları 

gözləyirəm. 

Qırılmadan, 

qopmadan, 

bir-


birindən  ayrılmadan  insan  axını  toxunma 

kəndir  kimi  yanımdan    keçib  gedir,  torpaq 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

axınıdı  elə  bil,  sürüşmədi...  çoxu  qaçqınlar, 



məcburi  köçgünlərdi,  bəlkə  də  elə  deyil,  mən 

bu 


insan 

axınının 

rənginə 

görə 


belə 

fikirləşirəm, 

paltarlarından 

başlamış 

üz-

gözlərinəcən  tutqundu,  ona  görə  də  şəhərin 



rəngi  dəyişib,  torpaq  rənginə  çalır  şəhər... 

Doğrudan  da    əllərində  heç  nə  olmasa  da  yük 

aparırlarmış  kimi  görünən  insan  axını  tanış 

gəlir  mənə.  Neçəsinin  ardınca    qaçmaq 

istəmişəm;  Qarakəlləoğludu,  Arıqdı,  Qaraca 

müəllimdi,  çatım  anamı  soruşum.  Neçə  qızı, 

gəlini ağ Pəriyə oxşatmışam...  

...Cavanların 

çoxu 

burdadı, 



onları 

küçələrdə,  şəhərin  çox  künc-  bucağında  

görmüşəm;  hamısı  da  dəyişilməyə  can  atır,  izi 

itirmək 


istəyirlər...“çoban 

əlindən 


qaçıb” 

hamısı.  Kimidi  deyən?  Hə,  qəzetdə  yazı  vardı, 

yazmışdılar  ki,  qaçqın  gənclər  şəhərə  gələn 

kimi  dabanlarına  nal  vurdururlar  ki,  asfalt 

dabanlarını yeməsin... 

Bütün  bunlar  heç,  ən  ağırı  odu  ki, 

anamnan xəbər tuta bilmirəm, gələn var, onlar 

da çoxdan gəliblər, amma geri qayıtmırlar... nə 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə