Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə15/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   11   12   13   14   15   16   17   18   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

aydı yemək verirəm sənə, sən mənim tüfəngimi 



mənnən  alıb  niyə  erməniyə  verirsən?”    Ona 

görə  də  elliklə,  “...bizə  dərs  olmur  daa...” 

deyib 

özlərinə 



çəkilmişdilər, 

kənddən 


çıxmırdılar. Ordan-burdan qanlı xəbərlər gəlirdi 

amma...Hər  şey  -  bütün  hərəkətlər  -  yerindən 

qopmuş  kimiydi,  yerindən  oynadığına  görə  heç 

nəyə inanılası deyildi... 

-Turki  cınund...!

7

-  akademik  Ulubabyan 



sonrasını  türkcə  söydü.  -  Türkdən  dönmə 

köpəyoğlu!  -  Başını  maşının  pəncərəsindən 

çıxardıb  tez  də  içəri  saldı.  Rayonun  1-ci  katibi 

İsrailyanı  söyürdü,  dünən  yanında  olmuşdular, 

yanından  çıxandan  söyür  elə.  İsrailyan 

Yerevanda  keçirilən  qapalı  müşavirədən  yenicə 

qayıtmışdı, 

amma 


ordakı 

çıxışı 


bütün 

Ermənistana  bir  deyəndə  yayılmışdı,  bu  ucqar 

dağ rayonuna da özündən qabaq gəlib çıxdı. “-

Bəlkə 


tələsməyək, 

yoldaş 


Arutunyan, 

azərbaycanlıları  Ermənistannan  çıxartmaqla 

təsərrüfatımızı,  əkin-biçinimizi,  bağlarımızı,  ən 

                                                           

7

 -Türkdən dönmə...(ermənicə)  




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

əsası,  bazarlarımızı  məhv  etmiş  oluruq,  bəlkə 



bunların qovulmasının başqa variantı... 

-Kezi  cınoğin....

8

 -SSRİ  xalq  artisti  Sos 



Sarkisyan  o  boyda  boyuyla  qalxıb      İsrayilyanı 

sürüyüb tribunadan yerə salıb... bu söz-söhbət 

Ermənistanı  kənd-kənd,  oymaq-oymaq  dolaş-

maqdaydı... 

-Türkdən dönmə, çatlaq...! 

Şaxtaydı,  soyuq  maşının  pəncərəsindən  su 

kimi  axır,  hər  şey  buz  bağlayırdı.  Erməni 

kəndindən  indicə  çıxsalar  da,  qarı  yarıb  türk 

kəndinə  keçə  bilməzdilər,  o  səmtdən  iliyə 

işləyən 


sazaq 

gəlirdi, 

maşının 

üzünü 


döndərdilər. 

-Gedərik,  birdən  qayıdammarıq...  türklər 

yavaşca-  yavaşca  dərimzi  soyar,  -  dəriyığan 

Aped 


dedi, 

yanakı 


Ulubabyana 

baxdı. 


Ulubabyan  bayaqdan  gülümsəyirdi,  Aped  bir 

şey anlaya bilmədi, “...nəsə qurur yenə...” 

 Yetmişinci 

illərin 


ortalarınacan 

at 


arabasıyla  türk  kəndlərinə  düşüb  dəri  yığardı, 

indi  rayon  mərkəzində  iri  mağazası  var. 

                                                           

8

 -Səni doğanın...! (ermənicə) 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Arabasını  söküb  düz  mağazanın  həyətində 



saxlayır,  təkərlərinin  üstünə  iri  erməni 

hərfləriylə  yazıb:  “SKİZBUNK”,  yəni,  “başlan-

ğıc”.  Atı  da  bir  az  aralıda  otlayır.  Nə  vaxt 

getsən, elə beləcə görərsən. 

 -Məni sən pullu elədin... 

Sözün  nədən  getdiyini  bilsələr  də,  dost-

tanış həmişə sataşır: 

-Kimi  deyirsən  Aped?  Kim  pullu  eləyib 

səni? Türkləri deyirsən?!  

-Yox,  canım...!  -  Əllərini  gen-gen  açıb 

təkərin üstündəki yazını göstərər:  

- Acınnan ölmüşdüm yoxsa...  

Amma  rayon  mərkəzində  univermağı  olsa 

da  son  vaxtlaracan,  yəni  elə  bu  ötən  yayacan, 

yenə  türk  kəndlərini  qapı-qapı  gəzib  dəri 

yığırdı...  

İndi  yelin-sazağın  sovurub  iki  dağ  arasına 

doldurduğu  qar  tayını  keçə  bilmədikləri  üçün 

maşını 

saxlayıb 



üzlərini 

döndərmişdilər 

gəldikləri yerə. Aped araq ağzı açırdı ki, maşın-

dakılara  araq  süzsün,  özü  yerdə,  o  birilər 

maşındaydı.  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Soyuq  it  kimi  yeyir  adamı...  -dedi,  it 



saxlayan  Civan,  başını  çıxardıb  tez  də  içəri 

saldı...Rayonun mərkəzi bazarının bir küncündə 

yer  ayırıb  saxladığı  itlərindən  danışırdı  bayaq-

dan...  Apedsə  araq  süzə-süzə  türk  kəndinin 

ötən yay gününü xatırlayırdı... 

                          

*** 

 

1987-ci  ilin  yayı  idi,  elə  həmin  bu  maşını 



türk  kəndinin  ortasında  saxlayıb  qapısını  açıq 

qoymuşdu,  kəndin  kişiləri  Apedin  başına 

yığışmışdılar.  Arvad-uşaq  gətirdikləri  dəriləri 

maşına yığırdılar. Bu dərilər də, bu arvad-uşaq 

da  Apedin  başına  yığışmış  kişilərin  olsalar  da, 

özlərini  elə  aparırdılar,  elə  bil  bu  arvad-uşaq 

onların  deyildi,  bu  dəriləri  də  öz  əlləriylə  soy-

mamışdılar... 

Apedlə 

xırdaca-xırdaca 



məzələnməkdəydilər... 

-Aped, 


“başlanğıc” 

sözünü 


arabaya 

yazmısan, atın dalına da yaz... 

Kəndin  Arıq  dediyi,  adının  doğrudan  da  nə 

olduğu  çoxdan  unudulmuş  arıq  adam  belə 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə