Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə201/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   197   198   199   200   201   202   203   204   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yüksək  vəzifələrəcən qalxar, amma xalqın yaddaşında izi 



qalmaz və yaxud qara ləkələrlə görünər, zaman-zaman üz 

qaralığı gətirən pislikləri xatırlanar. 

Necə  ki,  bütün  bunları  yaxın  zamanlaracan 

yaşamışıq. 

Fikir  verin,  bir  millət  olaraq  bizə  dəyən  zərbələr 

Heydər  Əliyevin  xalqın  taleyindən  uzaq  qaldığı, 

uzaqlaşdırıldığı zamanlar baş vermədimi? 

1988-ci  ildə  Sovet  imperatorluğunun  ən  uca 

nöqtəsindən düşmən qüvvənin dediyi: 

–  Heydər  Əliyev  yoxdur,  indi  kimi  gözləyirsiniz?  – 

ifadəsi  yadınızda deyilmi?! 

Və  biz  bu  tarixi  yoxluqda  talan  olmadıqmı, 

torpaqlarımız 

yağmalanıb, 

insanlarımız 

yerindən-

yurdundan  didərgin  düşüb,  ərazilərimizin  20%-  işğal 

olunub,  əhalimizin    bir  milyondan  çoxunun  qaçqına-

köçkünə çevrilməsiylə nəticələnmədimi?! 

1994-cü  il  oktyabr  ayının  4-ü  gecəsini  xatırlayaq. 

Azərbaycan  dövlətinin  və  dövlətçiliyinin  ölüm-dirim 

məsələsi həll olunurdu… İllər boyu fürsət axtaran düşmən 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

əllərini  içimizə  uzada  bilmiş,  aramızdakı  satqınlarla  işini 



qurmuşdu…  qarşıda  onlara  mane  ola  biləcək  bir  qüvvə 

qalmamışdı,  hamı,  demək  olar  ki,  Heydər  Əliyevi 

meydanda tək qoyub, qaçıb dağılmışdı. 

O,  dahiyanə    fəhmiylə  vəziyyəti  çox  düzgün  və 

vaxtında  qiymətləndirib,  gücünün  harda  olduğunu  doğru 

anlayıb, xalqa üz tutdu… 

Gecə yarıydı… 

Minilliklər boyu xatırlanacaq şərəfli bir tarix! 

…Əziz həmvətənlərim! Bacılar, qardaşlar! Oğullarım, 

qızlarım!  Vətənimizin    üstünü  qara  buludlar  alıb! 

Dövlətimiz-dövlətçiliyimiz təhlükə altındadır… 

O gecə əli çatan, ünü yetən hər kəs onun səsinə səs 

verdi… 

Ayağı  yer  tutan  yola  çıxdı,  avtobuslarla,  maşınlarla, 



metro  ilə,  piyada,  ayaqyalın,  başıaçıq  Prezident 

Aparatının qarşısına axışdılar… 

Bir-birini 

ruhuyla 


anlamış, 

tarixin 


 

bütün 


dönəmlərində bir-birinə səmimi, sadiq və həyan olmuş iki 

qüvvə:  Xalq  və  Heydər  qüvvəsi  birləşmişdi,  bütün 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

təhlükələri, 



xəyanəti 

tapdayıb  bayrağını 

yenidən 

ucaltmağa, dövlətini-dövlətçiliyini qorumağa gəlmişdi. 

Bu, yazın gəlişi, sellərin oyanması kimi təbii idi. Bunu 

ancaq  təbiət  hadisələriylə  müqayisə  etmək  olardı,  ona 

görə də qarşısıalınmaz gücdə idi. 

Heydər Əliyev bel bağlayıb arxalandığı gücü hiss et-

mişdi…  1994-cü  il    oktyabrın  4-ü  gecəsinin  ziddiyyətlərlə 

dolu  qoynunda  yenidən  ucalara  qalxmış  üç  rəngli 

bayrağımızın  fövqündə  onun  əzablardan,  təhlükələrdən 

sıyrılıb çıxmış, yorğun, amma ümidlərlə, sevgi və istəklərlə 

dolu, bir az da kövrək səsi eşidildi. 

...Əziz  həmvətənlərim!  Əziz  qardaşlarım,  bacılarım! 

Əziz atalar, analar..! 

Səhərə yaxın idi… 

Bu,  –  onun  səsinə  səs  vermiş,  Onu  meydanda  tək 

qoymamış Xalqına minnətdarlıq çıxışı idi… 

Xalq münasibətində – yəni nifrətində də, sevgisində 

də yanılmaz. Onu dəqiq tanıyıb, onun dilində danışıb, onu 

sevib  qoruyanları  unutmaz,  nəsildən-nəsilə  ötürər, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qadağalar  qoyulsa  belə  yaddaşında  gizləyib  saxlayar,  ən 



ümidsiz anında ona ümid bağlayar. 

Bu, Xalq ömrüdür, xalqın yaşamağıdır! 

Və  Heydər  Əliyevin  bütün  fəaliyyətinin  yaddaşlarda 

qalması dediyim anlayışa, mənaya görə, – Xalqın seçiminə 

görədir, təsadüfi deyil… 

Bu  gün  Azərbaycanda  1960-cı  illər  sərbəstliyindən, 

milli  oyanışdan,  azadlıq  duyğularının  artmasından  söz 

açanlar var. 

Haqlıdırlar…  Altmışıncı  illər  o  biri  onilliklərə 

bənzəməz.  Dərindən  izləyib  araşdırsaq,  demək  olar  ki, 

əksər sahələrdə özünə qayıdışın, özünü anlamağın, ədəbi 

proseslərdəki    sətiraltı  mənaların,  yeni  ab-havanın 

yarandığını  görərik.  Bakı  küçələrində  çox  zəif  halda 

eşidilən  Azərbaycan  dilinə  yeni  münasibətin,  yeni, 

nisbətən canlı səslənmənin şahidi olarıq. 

Artıq  DTK  qorxusunu  unudub  auditoriyalarda  milli 

mənliyimizdən, 

azadlıq 


duyğularından 

danışan  

müəllimlərimiz  yaranmışdı.  Tələbələrin,  ümumiyyətlə, 

ziyalılarımızın  birliyini,  görüşlərini,  anlaşmasını  təmin 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

edən çayxanalar aşıb-daşmaqdaydı… Ordan-burdan etiraz 



səsləri eşidilməyə başlamışdı hətta. 

Doğrudur,  bu  ab-hava  bütün  SSRİ  miqyasında  hiss 

olunmaqdaydı. Amma heç kəsə sirr deyil ki, Azərbaycana 

bu  tərkibdə,  yəni,  o  biri  respublikalardan    seçilən  xüsusi  

baxış  və  nəzarət  vardı.  Adətən  DTK-ya  əksər  hallarda 

Azərbaycan xalqına yad münasibətilə seçilən insanları işə 

götürürdülər. 

60-cı  illərdə  bu  münasibət  və  tənasüb  nisbətən 

dəyişmişdi… 

Mən bunun səbəbini çox sonralar anlaya bildim… 

DTK divarları arasından yayılan qadağalar, yasaqlar, 

qanlar-qadalar  xofu-qorxusu  səngimişdi…  Elə  bil  kimsə 

qapalı 

bacaları, 



pəncərələri 

qapıları 

aralamışdı, 

cəmiyyətin düşüncəsinə təmiz hava sızmağa başlamışdı. 

Bu hava 60-cı illərin tələbə mühitinə öz təsirini daha 

tez göstərdi… 

Cənubi  Azərbaycan  mövzusu  qəzet  səhifələrində 

görünürdü  artıq.  Azadlıq,  İstiqlaliyyət  sətiraltı  mənalarla 

xatırlanırdı… 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə