Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə209/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   205   206   207   208   209   210   211   212   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yeri  gəlmişkən    kərə  yağ  haqqında;  kərə  yağ duzsuz 



olur.  Nehrədən  çıxan  yağa  duz  vurmayıb  açıqda 

saxlanılırsa bu kərə yaqdı... 

Zaur  Həsənov  “Çar  skiflər”  tədqiqat  əsərində 

Herodota,  onun  müasiri  olan  Mitilenli  Hellanikə 

əsaslanaraq  göstərir  ki,  “skiflər  və  kimmerlər  həm  də  ilk 

dəfə heyvan yağını hazırlayanlar kimi də tanınırlar”...(“Çar 

skiflər” səh. 39. Bakı-2005)  

Bu  gün  biz  haqlı  olaraq  idmanımızı,  muğamlarımızı, 

aşıq  havalarımızı  dünya  səhnəsinə  çıxardıb  qürur 

duyuruqsa bunlarla, -bu təqdim etdiyim kökü minilliklərə 

bağlı  olan  araşdırmalarla  da    dünyanı  heyrətə  salıb  fəxr 

edə  bilərik.  Çünki  bütün  bunlar  da  mədəniyyətimizin  bir 

ayrılmaz  parçasıdır.  Yuxarıda  dediyim  kimi  “suyun  yanı 

əyilməz,  suyun üzü   düzdü”,  xalqın  yaratdıqları bir  sahəli 

olmur,  yəni,  yalnız  bir  sahəsini  inkişaf  etdirmir,  təbiətdə 

olduğu  kimi  cəmiyyətdə  də  hər  şey  bir-birinə  bağlıdır. 

Əgər “Qız qalası” kimi tikililər yapa bilirsə, muğam sənəti 

kimi ucalığa vara bilirsə, saz havaları  təbiətin-varlığın özü 

kimi  insana  təsir  etmək  gücündə  ola  bilirsə  sözü  də, 

mətbəxi  –  bişi-düşüsü  də  o  səviyyədədir. Türkiyə  türkləri 

demiş, kəsin olaraq böylə kavramalıyız. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Biz  indi  lazımınca  dəyər  verməsək  də  bilməliyik  ki, 



qarın  yağı,  kərə  yağ,  üzdəmə  qaymaq,  motal  pendiri, 

axtarma pendiri, çanaq pendiri, çılğı pendiri, tecən (tejən) 

pendiri,sucuq,  üzlü-üzsüz  ayran,  üzlü-üzsüz  qatıq,  süzmə 

üzlü-üzsüz,  qurud,  onun  da  üzlü-üzsüzü  var,  hamısı  türk 

dünyasının,  indiki  halında  mənsub  olduğum  oğuzların 

min-min illiklər boyu yaratdıqlarıdır ki, öz zamanının kəşvi 

də  deyə  bilərik,  yer  üzünün  əksər  xalqları  bu  adətlərdən 

adıyla-sanıyla  öz  zamanının  kəşfləri  kimi  götürüb  istifadə 

ediblər, indi də yararlanmaqdadırlar... 

Məsəl  var,  “arvadı  əri  saxlar,  pendiri  dəri”,  bu  elə 

belə  söz  deyil,  nece  deyərlər,  əsilli-nəsilli,  köklü-köməcli 

sözdür.  Min-min  illərin  təcrübəsindən,  sınağından  çıxmış 

fikirdir. Dəyişməz əbədi bir qanunun ifadəsidir... 



Motal  böyüklüyündən,  kiçikliyindən  asılı  olaraq 

qoyun  dərisindən  düzəlir.  Yəni  motalın  çəkisi  dərinin 

böyüklüyündən,  kiçikliyindən  asılıdır.  Elə  qoç  dərisi  var 

ki,70-80  kq  pendir  tutur.  Motal  sıxma,  çanaq,  baş 

pendirlərdən  tutulur,  eyni  ölçüdə  üç  barmaq  enində 

doğranıb  duzlanır,  astar  üzünə  çevrilmiş  dəriyə 

doldurulur,  daha  doğrusu,  motal  ağacı  deyilən  xüsusi 

yonulub  sığallanmış  əltutanı  olan  ağacla  dəriyə 

yerləşdirilir. Motal ağacı da hər ağacdan olmaz, palıd, tut, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

göyrüc  ağacından  düzəlir  ki,  qamqalağı  (Abşeronda 

tilişgə)  qopub  pendirə  qarışmasın.  Həmin  ağacla  basılır, 

sıxılır  ki,  içində  hava  qalmasın.  Motallıq  dərinin  də  yağ 

qarını  kimi  yaxşı  olması,  yuyulub  qurumasından  çox 

asılıdır.  Pendirə  tük  çıxmasın  deyə  dərini  içindən  cuna  ilə 

(tənzif)  örtərlər.  Amma  tükün  pendirə  çıxması  dərinin 

hazırlığından:  yuyulmasından,  qurudulmasından,  xüsusən 

duzundan asılıdır. Çox yerdə pendirə kək otu qatırlar. Yeri 

gəlmişkən, bu ota kəklik otu da deyirlər. Eyni şey olsa da 

kək  otu  kəkdə  bitər,  deyiblər,  yəni  dikdə  bitər.  “Kək”  çox 

əsgi türkcəmizdə dik deməkdir. Saç mənasında işlətdiyimiz 

Kəkil də o sozdəndir, məncə “əmkək” sözünü də o sıraya 

aid  etmək  olar.  Deyərlər,  “Məhləmizə  dəllək  gəlib  kəkili 

yannan qoyur”. 

Pendirin daha ətirli olmasıyçün kək otundan istifadə 

edilir.  Kəklik  sözünün  əsgi  tüpkcəmizdə  mədə-qursaq 

anlamını  ifadə  etdiyi  də  məlumdur.  Ifadə  var:  “Kəkliyim 

azıb...”    Nə  gəldi  yeyəndə,  çox  yeyəndə  mədədə 

narahatçılıq yaranır, ağızda pis dad hiss olunur. Bu “kəkliyi 

azmaq”dır. 

Axtarma  pendir,  bu  ifadəyə  ustad  aşıq  Ələsgərin 

yaradıcılığında  da  rast  gəlinir.  Axtarma  pendir  qoyunun 

çiçək  axtardığı  dövrün  məhsuludur.  Yəni,  bu  dövr  yaylaq 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ayının  sonlarına  təsadüf  edir.  Sağmal  qoyunların  südü 

azalır,  soğulmaq  həddinə  çatır,  “payızın  ucu”  körünür 

artıq.  Ot-əncər  saralıb  yox  olmağa  başlayır.  Sürünün 

ot,çiçək,  -xam  axtardığı  vaxt  olur.  O  vaxtın  südündən 

pendir  tutulur,  bu  pendirləri  bir  müddət  qaymaqda 

saxlayırlar. Bu pendirlər qaymağı canına çıkib “yeyəndən” 

sonra  motallıq  dəriyə  yuxarıda  dediyim  qaydada, 

doldurulir, yerləşdirilir. 

 

   



 

 

*** 



 

Deyərlər,  durnalar  gələndə  həmişə  dimdiyində  bir 

şey  gətirir.  Sünbül  gətirsə  bolluğa,  sümük  gətirsə  pisliyə 

işarədi. Deyərdilər, bu yaz durnalar lələk saldı, deyərdilər, 

lələk barışıqdı, gedənlərimiz gələcək. Biz də səs-səsə verib 

çığırışardıq:  -  Ay  durna  lələ,  bizə  lələk  tulla,  sünbül  gəti, 

dən gəti... ay durna lələ, bizə lələk sal. 

 

*** 



 


Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə