Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə208/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   205   206   207   208   209   210   211   212   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

toyluq  kələfləriylə,  kərə  yağ  qarınları,  üzdü-üzsüz 



qurudları,  qız  hörüyü  kimi  hörülən  yaylaq  əvəliyi,  kəklik 

otu-kək  otlarıyla  yaylaqdan  enərdilər.  El-oba  zurna-

balabanla yola çıxıb qarşılayardı... 

Hər  halda  yaylaqdan enən  məhsul,  ağartı  Aran azığı 

(azuqəsi-ruzusu) seçilirdi... yaylaq ruzusu idi. 

Bizim  tərəkəmələrdə  işlənən  qarın  yağına  Türkiyə 

türkləri  “dəri  yağı”  deyirlər.  Bizlərdə  işlənən  qarın  yağı 

ancaq  qoyun  qarnından  düzələr.  Qoyun  kəsilərkən 

öncədən qarnı  yağ saxlamaq üçün  ayrılır.  Çox  kök  qoyun 

da,  arıq  qoyun  da  bu  mənada  hesaba  alınmaz,  yəni 

yaramaz.  Lap  yağlı qarınlarda  yağı  saxlamazlar,  ona  görə 

də  deyərlər:  yağlı  qarın  yağ  saxlayar,  amma  öz  dadını 

verər.  Sağlam,  gümrah  qoyunların  qarnı  yağ üçün  ayrılır, 

yuyulub,  təmizlənib,  duzlanıb  sonra  da  üfürülməklə 

şişirdilib qurumağa qoyulur, üzü, astarı asta-asta qurusun 

deyə  günün  altına  yox,  kölgəyə  asarlar,  elə  yerə  ki,  yağ 

tutanların  diliylə  desək,  yelquz    olsun,  yəni  yeldöyəndən 

(skvoznyak)    asardılar.  Təcrübəsiz  gəlinlər  dərinin 

quruyub  qurumadığını  yaxşı  bilmədikləri  üçün  analara, 

nənələrə  göstərərdilər  ki,  görün qarın  quruyubmu.  Onlar 

da baxıb deyərdi: -Hələ canını tapşırmayıb. Yəni hələ nəmi 

var,  yaxşı  qurumayıb.  Qurumuş  olsa  deyərlər:  hə,  canını 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tapşırıb...Yalnız  onnan  sonra  işə  başlayardılar.  Belə  bir 



deyim  var;  yağın  dadı  yamacdadı.  Yəni,  örüşdən,  -otlaq 

yerindən  asılıdır.  Ən  dadlı  məhsul,  -ağartı  güney 

otundadı.  Hara  gün  çox  düşürsə  oranın  otu  dadlı  olar. 

Ona  görə  də    deyərlər,    qoy  may  ayı  keçsin,  may  ayının 

südü  suludur.  Ağartını  adətən  qora  bişirən  ayında 

yığarlar. Qarın yağı da o vaxtlar hazırlanır. Nehrələr asılır, 



yağı  yağ,  ayranı  ayran...Deyərlər,  nehrə  asılanda  yan-

yörədə yarasa görünərsə xeyir üçündü. Doğrudan da çox 

vaxt nehrə asılan kimi  üstündən o yan - bu yana yarasalar 

uçuşar.  Ona  görə  də  hətta  yarasanı  tutub  qanadının 

tozunu nehrəyə sürtərlər ki, bərəkətli olsun... Yağ tutanda 

qurudulmuş  qarını  astar  üzünə  çevirib  dediyimiz  kimi 

üfürüb şişirdirlər, sonra nehrədən təzəcə çıxmış kərə yağı 

əl içi boyda eliyib qarına doldururlar, elə etmək lazımdı ki, 

içəridə  hava  qalmasın.  Beləliklə,  ağzı  qayım  bağlanıb  so-

yuq aylara saxlanılar. Bu haqda belə deyim var: “yağ qarı-

nının  ağzını  yayda  açan  kasıb”.  Bu  o  deməkdir  ki,  qarın 

yağı  qış  üçündür...  ancaq  kasıb  olan  məcburiyyət 

qarşısında  yayda  yağ  qarnının  ağzını  açar...  Ona  görə  də 

bu deyim yaranıb. 

Çox  adamlar  dadlı  olsun  deyə  yağa  sınanılmış  otlar, 

göyərti,  ətirli  çiçəklər  qatardılar.  Bir  vaxtlar  bu  otların, 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çiçəklərin  adı  bəlliydi,  çox  təəssüf  ki,  bu  adları  öyrənə 



bilmədim. 

Çalxandıqca yağdan ayrılmış nehrə ayranı da maraqlı 

ağartılardandı.  “Ayran  aşı”  deyilən  yemək  növü  var.  Ən 

yaxşı  dovğa  ayrandan  olar.  Ayran  dovğasının  ətri  bütün 

kəndi  başına  götürər.  Ayran  bir  də  qurud  hazırlananda 

işlədilər, süzməyə ayran qatıb qurud üçün yoğurub qurud 

kündəsi  yapılardı...Bir  zamanlar  yəni,  tələbə  olduğum 

illərdə  rus-sovet  arxeoloqları  Sibirdə,  səhv  etmirəmsə, 

Tuva  Muxtar  Respublikasında  arxeoloji  qazıntılar  zamanı 

üç  min  il  bundan  qabaq  düzəldilmiş  qurud  aşkar 

etmişdilər,  o  vaxtın  mətbuatının  verdiyi  bilgiyə  görə 

tərkibini  o  qədər  də  dəyişməmişdi,  tədqiqatçılar  bunun 

nə  olduğunu  bilmirdilər,    onlara  yerli  tuvalılar 

anlatmışdı... 

Dediyimiz  kimi  qatıq  çalınır,  (qatığın  mayalanması- 

çalınması  haqda  artıq  yazmışam)  uyuşandan-tutandan 

sonra kətan torbaya doldurulur, asılır bir yerdən ki, suyu 

süzülsün.  Suyu  süzülür,  torbada  qalır  süzmə.  Süzmə 

kündələnir,  xəmir  kündəsindən  fərqli  olaraq  bir  ucu  iti, 

armudvari yumrulanır. Qurud üçün əsas olan onun harda 

qurumağıdı.  Həmişə  hündürdə  yelquzda  günün  altında 

qurudarlar.  Qurud  günəş  şüalarını  özündə  bol  və  uzun 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

müddət  saxlayandır.  1970-ci  illərdə  kinorejissor  Xamis 



Muradovun  aptekçi  qardaşı  Məhəmməd  Muradovun 

xahişiylə  kənddən  beş-on  dənə  qurud  gətirdim. 

Labaratoriya  şəraitində  tərkibini  araşdırdı,  heyrətli 

nəticələr  söyləyirdi:  ikinci  elə  bir  maddə  tanımıram  ki, 

günəş şüasını özündə bu qədər saxlamış, yaşatmış olsun...   

Dediyim kimi süzməyə ayran qatılırsa bu olur, ayran 

qurudu, ən yaxşı qurud sayılır. Elə belə adi, yəni ayransız 

süzmədən üzlü üzsüz qurud tədarük edilir; əsasən Güney 

Azərbaycanda,  Qərbi  Azərbaycanda,  Göyçə  qurudu  adla 

söylənərdi,  Borçalıda  qurudsuz  qışı  keçirməzlər.    Qurud 

ən  çox  xəngəldə  işlədilir.  “Ahsaqulağı”  deyilən  yemək 

növümüz var, kərə yağı əridilir, əzilib həll olunmuş quruda 

tökülür, 

bu 


da 

dadlı, 


gözəl 

ayaqüstü 

yaylaq 

yeməklərimizdəndir.  Anaların, nənələrin  “qım-qımı”  çalıb 



belə bir mahnı oxuduqları yadımdadır: 

 

Qurudu, qurudu quruddaq, 

Gün vurar yanı çatdar...  

 


Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə