Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə202/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   198   199   200   201   202   203   204   205   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Əsas,  düşüncələrə  işığın  düşməsi  idi.  Əsas  o  idi  ki, 



toxum atılsın, atıldısa cücərməli idi. Belə də oldu… 

1963-cü  ildə  Azərbaycan  Dövlət  Universitetinin 

filologiya fakültəsinin II kurs tələbəsiydim. Əksəriyyətimiz 

rayon və kəndlərdən gəlmişdik. 

Yadımda  deyil,  necə  seçildik,  bir-birimizi  necə 

anladıq. 

Günlərin 

birində 


ADU-nun 

nömrəli 



yataqxanasının  bir  gizli  guşəsində  yığışdıq…  Hələlik,  adsız 

bir təşkilatın bünövrəsi qoyulurdu. 

İlk növbədə Güney Azərbaycan məsələsi idi. 

Çıxış  yolları  araşdırıldı,  daha  doğrusu  ümidsizliyi 

qırmaq,  Azad  olmaq  ruhuna  böyümək,  bir-bir,  iki-iki  olsa 

da  artıb  çoxalmaq  üçün  addım  atmaq,  təməl  daşı 

qoymaq.  Bir  olmağın,  birləşməyin  əhəmiyyətini  və 

Azadlığın nə olduğunu anlayıb, anlatmaq. 

Yəni,  bu  taydan  o  taya  gözləri  yaşara-yaşara  şeir 

yazmaq, ağlayıb sıtqamaq bəsdir, iş görmək lazımdır. 

İkinci  məsələ,  çox  sadəlövh  görünsə  də,  Sovet 

İttifaqının tərkibindən çıxmaqdan ibarət idi… 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Günün  müəyyən  vaxtlarında,  müəyyən  yerlərdə 



yığışmağa başladıq, təxminən bir-iki aydan sonra hərə öz 

proqramını  hazırladı.  Nə  isə,  hələlik  planlar  tökülür, 

müzakirələr, mübahisələr aparılırdı. 

Bir  il  təşkilatlandıqdan  sonra  o  zaman  müəllimimiz 

olan Bəxtiyar Vahabzadənin yanına getdik. 

Üniversitetin  uzun  dəhlizində  Bəxtiyar  müəllimin 

başına yığışmışdıq. Çox həyəcanlanmışdı. 

– Bura gəlin – Bəxtiyar müəllim belə deyib, bizi boş 

auditoriyaya apardı. O vaxt onun hər sözü, hər addımı göz 

qabağındaydı, daha doğrusu, göz qabağında olmalıydı. 

Bir  neçə  dəqiqə  heç  kəs  dinmədi.  Bəxtiyar  müəllim 

başını aşağı salıb susmuşdu. 

Elə bildik ağlayır… 

Başını qaldırdı, doğrudan da gözləri nəmli idi. 

–  Zindanlarda  çürüyərsiniz,  -  dedi.  –  Məsləhət 

görmürəm. Neynəmək olar. Şərait yetişsin gərək… 

 Bəxtiyar müəllimi bir daha narahat etmədik. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir  il  də  keçdi,  1964-cü  ilin    sentyabr  ayında  DTK 



gizlin fəaliyyətimizdən xəbər tutdu. 

1964-cü  ilin    payızı  idi.  Universitetin  Yasamalda 

yerləşən  yataqxanasında  səhər  tezdən  qapımız  döyüldü, 

tanımadığımız adamlar içəri girdilər. 

- Balakişiyev kimdir? 

- Mənəm, - dedim. 

- Gəl! 

Məni  araya  aldılar,  pilləkəni    endik…  Jurnalistika 



fakültəsinin  tələbəsi  Hüseyni  də  mənim  kimi  araya 

almışdılar. İki qara maşın dayanmışdı, hərəmizi bir maşina 

qoyub apardılar. 

Hara 


getdiyimizi 

bilirdim. 

Keçən 

həftə 


yoldaşlarımızdan  bir  neçəsini  aparmışdılar.  Gedib 

qayıdanlar  artıq  bizə  yaxınlaşmırdılar.  Münasibətlər 

qapanıb ətrafa anlaşılmaz dərin vahimə çökmüşdü. 

Səhər  tezdən,  qaranlıq  düşənəcən  məni  müxtəlif 

otaqlarda dindirdilər. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qaranlıq çökmüşdü, saat 9-10 radələriydi. Uzun, ala-



qaranlıq dəhliz boyu dolana-dolana xeyli getdik (bəlkə də 

mənə belə gəlirdi), bir otağın qapısında dayandıq. Qapını 

ehtiyatla və ehmalca açıb məni içəri saldılar. 

Qapının  ağzında  dayanıb  otağa  göz  gəzdirdim, 

özümü itirmişdim, fikrimdə-düşüncəmdə heç nə yox idi. 

 Çox güclü, şaqraq gülüş səsinə özümə gəldim. Otaq 

çox  böyükdür,  yuxarı  başda  saçlarını  arxaya  daramış, 

enlikürəkli bir adam oturmuşdu. 

- Yaxın gəl..! 

Bir neçə addım gedib yenə dayandım. 

- Yaxın gəl..! 

Stolun  üstündə  iri  vazada  alma  qoyulmuşdu.  Yaxın-

laşdım. 

- Alma ye! 

- Yemirəm, - dedim, dodağımın altında. 

- Otur, görüm!- Səs dəyişmişdi. Elə zəhimli idi ki, elə 

bil məni divara çırpdılar. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qorxulu-qorxulu başımı qaldırıb baxdım. Elin-obanın 



«komissar»  dediyi  əmimi  xatırladım,  kövrəldim…  Burdan  

çıxıb  qurtaracağıma  inanmırdım,  ümidim  üzülmüşdü 

artıq. 

- Neynəmisiz? 



Susmuşdum… 

- Düzünü de, görüm, neynəyibsiz! 

-  Heç  nə,  –  dedim.  –  Yığışıb  Cənubi    Azərbaycan 

haqda danışmışıq. 

-  Cənubi  Azərbaycanın  nəyindən  danışmısız? 

Tanıyırsız Cənubi Azərbaycanı?! 

Dinmədim. 

- Sonra neynəmisiz? 

- Heç nə… 

-  Onsuz  da  məlumdur  hər  şey…  Keçini  keçi 

ayağınnan, qoyunu qoyun ayağınnan asacayıq. 

Sözə  başımı  qaldırdım,  çoxdandır  bu  məsəli 

eşitmirdim. 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə