Mövzu № Məktəbəqədər yaş dövründə əqli tərbiyənin vasitə və yolları


Uşaqların suallarına cavab verərkən nəyə diqqət yetirmək lazımdır?



Yüklə 31,54 Kb.
səhifə4/4
tarix26.10.2023
ölçüsü31,54 Kb.
#131438
1   2   3   4
Mühazirə 5

Uşaqların suallarına cavab verərkən nəyə diqqət yetirmək lazımdır?

Cavablar düzgün, lakonik, lakin hərtərəfli, izahlı olmalıdır. Qısa cavab (“bəli”, “yox”) marağın inkişafına kömək etmir: uşağa hadisəni daha dərindən görməyə kömək etməli, hadisələr arasında əlaqə və asılılıqlar göstərilməlidir. Cavab nümunələr və ya müşahidələrlə təsdiqlənərsə, bu daha yaxşı başa düşülən olar.

Uşaqların suallarına laqeyd yanaşmaq olmaz. Suallar uşağın əqli inkişafı üçün vacibdir. Sualların sayəsində uşağın təfəkkürü inkişaf edir və onlarda bilik əldə etməyə davamlı maraq formalaşır.


Uşaq bütün böyüklərə sual vermir, yalnız onun etibarını qazanmış birinə verir. O, erkən yaşda başa düşməyə başlayır ki, böyüklər onun suallarına fərqli münasibət bəsləyirlər. Daha tez-tez ona diqqətlə qulaq asdıqdan sonra ciddi və maraqlı cavab verən birinə müraciət edir. Beləliklə, uşaqların suallarına cavab vermək üçün ən vacib tələb onlara hörmətli və diqqətli münasibətdir.
Uşağın suallarına cavab verərkən müəyyən qaydalara əməl edilməlidir:
• Uşaqların problemlərinə hörmətlə yanaşmaq lazımdır. Yaşlı insana adi görünən məsələ uşaq üçün böyük problem ola bilər. Unutmaq olmaz ki, uşaq təcrübəsiz və biliksizdir. M.Montessorinin qeyd etdiyi kimi, uşağın bilməməsinə hörmətlə yanaşmaq lazımdır. O, sual verməklə hələ yenicə həyatda təcrübə yığır və bilik toplamağa çalışır. Onun irəlidə görəcəkləri “iş” çoxdur. O, az bir vaxt ərzində çox şey öyrənməli, eyni zamanda sosial təcrübəyə malik olmalıdır. Uşaq bütün bunları qazanmaq üçün bəzən kəsə yolla gedərək, böyüklərə sual verir və öz məlumat bazasını toplayır. Bunun üçün böyüklər məsuliyyət, diqqət, hövsələ və savad nümayiş etdirərək uşaqlara kömək etməlidir.
• Sualın motivini araşdırmaq lazımdır. Uşağı bu sualı verməyə nəyin vadar etdiyini anlamağa çalışmaq lazımdır. Çox vaxt sual öyrənmə məqsədi ilə olur, lakin bu, uşağın böyükləri ünsiyyətə çağırması, onu emosional vəziyyətə cəlb etmək üçün bir səbəb kimi də xidmət edir.
• İdraki suala elə cavab vermək lazımdır ki, o, uşaqların maraq qığılcımını söndürməsin, əksinə, onu alovlandırsın. Bəzən böyüklərin öz düşüncələrinə, fantaziyalarına uyğun uzun cavabları uşağı yorur və bezdirir. Deməli, növbəti tələb cavabın qısalığı və dəqiqliyidir. Uşağın əqli inkişaf səviyyəsini nəzərə almalı, onun həyat təcrübəsinə istinad edilməlidir.
• Cavabdan sonra ola bilər ki, uşağa sona qədər hər şey aydın olmasın. O, nəyisə başa düşür, lakin ona dediyiniz bilik yeni suallar doğurur. N.N. Poddyakova görə, əqli inkişafa əhəmiyyətli təsir göstərən kifayət qədər aydın bilik deyil, fərziyyələr də uşağın idrak fəaliyyətini stimullaşdırır.
• Tez-tez uşağa “sən nə düşünürsən?” sualını verməklə ona birlikdə düşünməyi təklif etmək, söhbətə cəlb edib birgə cavab axtarmaq lazımdır.
•. Uşağı geniş, onun başa düşmədiyi biliklə yükləmək olmaz. Məktəbəqədər yaşlı uşağa dünyada mənimsəməli olduğu bir çox bilik mənbələri olduğu barədə məlumat verilməlidir. Uşaqlar üçün nəşr olunan kitablardan istifadə edərək fikir mübadiləsi aparmaq, cavabı axtarmaq üçün uşağın şəxsi təcrübəsindən istifadə etmək olar.
• Əgər uşağın sualı bilik çatışmazlığı ilə bağlıdırsa, şərait yaratmaq lazımdır ki, boşluq aradan qalxsın. Bunun üçün müşahidələr təşkil etmək və ya uşağa uyğun kitablar oxumaq olar.
Yüklə 31,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə