Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə40/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

İşgüzar diskussiya ─ ünsiyyətdə iştirak edənlərdən bəzilərinin və ya hamısının müəyyən məsələ üzrə fikir mübadiləsidir. Bir çox işgüzar iclaslar və müşavirələr diskussiya formasında keçirilir. Kütləvi diskussiyalarda, sədr istisna olmaqla, bü-tün iştirakçılar bərabər mövqeyə sahib olurlar. Burada hazırlanmış mövzular üzrə çıxış edən məruzəçilər olmur, eyni zamanda iştirakçılar da yalnız dinləyici qismin-də çıxış etmirlər. Xüsusi məsələ müəyyən qaydada, ciddi reqlamentə uyğun olaraq, vəzifəli şəxsin sədrliyi ilə müzakirə edilir. Qrup şəklində diskussiya onunla fərqlə-nir ki, xüsusi hazırlanmış qrup auditoriya qarşısında məsələni müzakirə edərək dis-kussiya açır. Bu cür diskussiyanın məqsədi problemin mümkün həlli yollarının, mübahisəli məsələlər üzrə ziddiyyət təşkil edən fikirlərin müzakirəsinin, yeni in-formasiyanın təqdim olunmasıdır. Bir qayda olaraq, bu növ diskussiyalar mübahi-sənin həllinə nail olmur, auditoriyanı da hər hansı bir fəaliyyət birliyinə sövq etmir.

Qrup şəkilli diskussiyada opponent qismində, aparıcı istisna olmaqla, 3-dən 8-10-a qədər adam iştirak edə bilər. Qrup şəkilli diskussiya iştirakçılarının sayı vaxtdan, problemin mürəkkəbliyi və aktuallığından, səlahiyyətli mütəxəssislərin mövcudluğundan asılı olaraq dəyişə bilər. Diskussiyada iştirak etməyə dəvət olunan mütəxəssislər yarımdairə şəklində üzü auditoriyaya, aparıcı isə ortada oturur. Diskussiya mühitinin bu cür təşkili hər bir iştirakçıya bir-birini daha yaxşı görmək və eşitmək imkanı verir. Diskussiya istirakşılarının yüksək səviyədə hazırlıqlı olması, statistik məlumatlardan, zəruri materiallardan bəhrələnmələri vacib şərtdir. Onların danışıq tərzi, nitq ünsiyyəti mədəniyyətinin nümayişi çox böyük əhəmiyyət kəsb edir. Çıxış edənlər diskussiyanı müşahidə edən auditoriyanı daim diqqət mərkəzində saxlamalı, onunla nəinki qeyri-verbal, həm də verbal əlaqə yaratmalıdırlar. Diskussiyanın aparıcısı isə onun gedişatını, bütün prosedurları idarə edir, mövzu-nu və çıxış edənləri təqdim edir, reqlamentə nəzarət edir, fikir mübadiləsini tən-zimləyir, sonda yekun sözü söyləyərək diskussiyanı başa çatdırır.

Telefon danışığı. ( burada söhbət məişətimizə son illər sürətlə daxil olmuş mobil telefonlardan yox, yalnız stasionar telefonlardan gedir) Telefon insanı çox qüdrətli, yaxud tamamilə hakimiyyətdən məhrum etməyə qadir olan bir vasitədir. O, çağırılmamış qonaq kimi xoşagəlməz ola, sizi əsas işinizdən ayıra, evinizdə, yaxud idarənizdə tamhüquqlu sahibə çevrilə bilər. O, sizin vaxtınızın əsas hissəsini əlinizdən ala da bilər. Telefon zənginə cavab verərkən siz öz evinizin qapılarını taybatay açırsınız və ora kefi istəyən hər kəsin daxil olmasına izn verirsiniz. Heç təəccüblü olmaz ki, belə saymazlıq və kobud deyilsə, sırtıqlıq telefonu ciddi stresslərə, anlaşılmazlıqlara, müxtəlif növ çətinliklərə və xoşagəlməzliklərə səbəb edər. Telefon danışıqları işgüzar həyatda mühüm yer tutur. Mütəxəssislərin hesablamalarına görə, telefon danışıqlarına iş vaxtının 27 % sərf edilir. Evdə, bəzən işdə, hətta istirahətdə olarkən telefonla nə qədər işgüzar danışıqlar aparmaq lazım gəlir! Əgər insan telefon ünsiyyəti mədəniyyətinə yiyələnməyibsə, danışıq aparmanın elementar qaydalarını bilmirsə, yaxud onlara əhəmiyyət vermirsə, bu, onun nüfuzunu əşhəmiyyətli dərəcədə aşağı salar, işgüzar həyatına ziyan gətirər, fəaliyyətin səmərəliliyini azaldar. Məsələni telefon damşıqı vasitəsilə həll etməyin peşəkar bacarıqlarına malik olmaq həmsöhbətə və bütün ətrafdakılara xoş təsir bağışlayır, danışanın nüfuzunu yüksəldir, onun işinin uğuruna kömək edir, qarşıya qoyulmuş məsələləri həll etməsinə imkan yaradır.

İşgüzar adamlar telefon danışıqları vasitəsilə zəruri informasiya mübadiləsi edir, nə haqda isə razılıq əldə edir (görüş, birgə tədbir, gələcək əməkdaşlıq və s.), müxtəlif məsələlər barədə məsləşhətləşmələr aparır, zəruri məlumatlar əldə edirlər. Telefonla xahişini söyləmək, əmr, yaxud sərəncam vermək, kiminsə fəaliyyətinə nəzarət etmək, əldə olunmuş nailiyyətlər, qarşıdakı bayramlar, yaddaqalan günlər münasibətilə təbrik etmək və s. mümkündür. Telefon lazım olan adamlarla əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək imkanı yaradır. Bir sözlə, telefon bu heç işdə əvəzolunmaz vasitəyə çevrilmişdir. Lakin işgüzar həyatda telefondan fəal şəkildə istifadə edərkən çox mühüm bir şərti unutmaq olmaz: zəngə sərf olunan müddət həll olunan problemin mürəkkəblik səviyyəsinə müvafiq olmalıdır. Əks halda, telefon sizin faydalı vaxtınızın çoxunu udan əjdahaya çevrilə bilər. Bəziləri səhv olaraq belə düşünürlər ki, insan telefondan nə qədər çox istifadə edirsə, masasının üzərində nə qədər çox telefon aparatı varsa, həm də bir o qədər nüfuzlu və sanballı görsənir, daha çox məlumat əldə edir və işləri də daha uğurlu edir. Əslində, bu heç də belə deyil. Telefona həddindən artıq aludə olmaq işə mane ola bilər. Bu səbəbdən, telefona yalnız zəruri hallarda müraciət etmək lazımdır. Gün ərzində aparılan telefon danışıqlarını mümkün qədər tənzimləmək çox önəmlidir. Zəng edilə bilən saatları müəyyənləşdirmək məqsədəuyğundur. Bununla əsas işinizə vaxt ayırmaq imkanı əldə edərsiniz. İş yoldaşlarınız və tabeliyinizdə çalışanlar bilməlidirlər ki, təxirəsalınmaz işlərlə məşğul olduğunuz zaman sizi telefon zəngilə əsas işinizdən ayırmaq olmaz. Onlardan sizin adınızdan danışmalarını xahiş etmək mümkündür. Sizə daha çox kimin və nə zaman zəng edə biləcəyini proqnozlaşdırmağı öyrənmək lazımdır ki, həmin danışığa müvafiq şəkildə hazırlaşa biləsiniz. Telefonla danışmağı bacarmaq özünəməxsus bir incəsənətdir ki, işgüzar adam üçün onun sirlərinə yiyələnmək zəruridir. Bir qayda olaraq, telefon danışığı müəyyən formada qurulur və xüsusi struktura malikdir.




Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə