10
dəqiqləşdirir və təyin olunmuş qaydada Milli Məclisə təqdim etməkdən qanun
layihəsini nəzərdən keçirir.
Azərbaycan Respublikasının hökuməti növbəti maliyyə ilinin dövlət büdcəsi
haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və matterialları
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Növbəti maliyyə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər hazırlanıb
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:
- cari ilin dövlət büdcəsinin icarsının vəziyyəti haqqında hesabat;
- növbəti büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında
qanun layihəsi;
- Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə iqtisadi və sosial inkişaf
konsepsiyası və proqnoz göstəriciləri;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan
məqsədli proqramlar;
- büdcə və vergi siyasətinin əsas istiqamətləri;
- Azərbaycan Respublikasının inzibati ərazisi üzrə icmal maliyyə balansı;
- dövlət büdcəsinə daxil olmayan məqsədli dövlət fondlarının büdcələri
haqqında qanun layihələri;
- büdcə təsnifatına uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsinin
gəlirlərinin və xərclərinin məbləği;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə
edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15- dən gec olmayaraq
Azərbaycan Respublikasının Konstitusiyasının 109- cu maddəsinin 2- ci
bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin
müzakirəsinə və təsdiqinə təqdim edilir.
Növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan
Respublikasının Milli Məclisində dekabr ayının 20- dən gec olmayaraq təsdiq
edilir.
KitabYurdu.az
43
11
Büdcə layihəsinə baxılması və təsdiq edilməsi
Maliyyə orqanlarından müvafiq büdcə layihələrini aldıqdan sonra, icra
hakimiyyəti orqanları layihəyə baxır və zəruri hallarda düzəlişlər və əlavələr
edir.
Azərbaycan Respublikasının hökuməti növbəti maliyyə ilinə dövlət büdcəsi
haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları
oktyabrın 1- dək Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan
Respublikasının Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun
layihəsinə və ona əlavə olunmuş materiallara baxdıqdan sonra onların oktyabrın
15- dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim edilir:
- növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun
layihəsinə dair izahat;
- Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və
sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;
- büdcə- vergi siyasətini əsas istiqamətləri;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan
məqsədli proqramlar;
- büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və təşkilati təsnifatların
paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;
- dövlət borcları və dövlət zəmanətləri ilə digər öhdəliklərə dair məlumat;
- növbəti il üzrə icmal büdcəsinin layihəsi;
- Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;
- qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə
büdcədənkənar dövlət fodlarının büdcələri haqqında qanun layihələri;
- növbəti büdcə ili üzrə gəlirləri ötən ilin faktiki və cari gözlənilən nəticləri ilə ,
habelə xərclərinin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqayisəsi;
KitabYurdu.az
44
12
- funksional, təşkilati və iqtisadi təsnifatlar paraqrafları səviyyəsində cari ilin
dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti;
- cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;
- büdcədənkənar əməliyyatlara dair icmal hesabat;
- keçən büdcə ilində, faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə
mənbələri barədə hesabat;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
Azərbaycan Respublikasının Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi
haqqında qanun layihəsi ilə birlikdə Milli Məclisə aşağıdakı qanun layihələrini
göndərir:
-
Azərbaycan Respublikasının vergilər və rüsumlar haqqında qanunvericilik
aktlarına dəyişiliklər və əlavələr edilməsi;
-
Azərbaycan Respublikasının büdcədənkənar fondlarının büdcələri
haqqında qanun layihələri.
Mərkəzi Bank cari ilin oktyabrın 1- dən növbəti maliyyə ilinə vahid dövlət
pul- kredit siyasətinin əsas istiqamətlərinin layihəsini Milli Məclisə təqdim edir.
Bu layihə həmçinin Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan
Respublikası hökumətinə göndərilir.
Milli Məclisdə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə
tutulan məqsədli proqramların layihələri dövlət büdcəsinin layihəsi ilə eyni
zamanda baxılır və qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti dövlət büdcəsi haqqında qanuna
dəyişiliklər və əlavələr edilməsi haqqında qanun layihəsini Milli Məclisə təqdim
edir.
Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun
layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikası Milli Məclisinin
Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq üç oxunuşda baxılır. Milli
Məclisin sədrinin qərarı ilə və ya Milli Məclisin protokol qaydasında qəbul
etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər.
KitabYurdu.az
45
Dostları ilə paylaş: |