7
ödənişlərin müəyyən edilməsi, yerli büdcənin və onun icrası haqqında
hesabatların təsdiq edilməsi daxil edilir.
2. Azərbaycan Respublikasının “ Büdcə sistemi haqqında “ Azərbaycan
Respublikasının Qanunu yerli büdcələrin tərtibi, müzakirəsi, təsdiqi və
icrasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilməsi qaydalarını tənzimləyir.
3. Azərbaycan Respublikasının vergi məcəlləsi Azərbaycan
Respublikasının vergi sisteminə daxil edilən vergilərin qruplar üzrə
təyinatını müəyyən etmişdir:
- dövlət vergiləri;
- muxtar respublika vergiləri;
- yerli vergilər( bələdiyyə vergiləri).
Eyni zamanda burada yerli vergilərin tərkibinə daxil olan vergilər,
rüsumlar və ödənişlər müəyyən edilmişdir.
4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının
Qanununun IV fəslinə görə yerli özünüidarəetmənin Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquqlarının
məhdudlaşdırılması qadağan edilir. Qanuna əsasən, bələdiyyələrin qəbul
etdiyi qərarlar bələdiyyələrin ərazisində yerləşən hüquqi və fiziki
şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə
bilməz(maddə 48).
5. “ Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan
Respublikasının Qanununda ( maddə5) qeyd edildiyi kimi, yerli
büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin
yerli büdcənin vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə
təmin edilir.
Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti
orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə,
Azərbaycan Respublikası qanunlarında nəzərdə tutulmuş hallar istisna
olmaqla yol verilmir.
Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst
qalıqlarına müstəqil sərəncam verir.
KitabYurdu.az
30
8
Bələdiyyə yerli büdcənin iqtisadi qanunların tələblərinə uyğun
müstəqil olaraq tərtib, müzakirə, təsdiq , icra və onun icrasına nəzarət
edir.
Yerli büdcələrin gəlirləri xüsusi gəlirlər, dövlət və ərazi vergi
rüsumlarından ayrılan gəlirlər hesabına formalaşdırılır.
Yerli büdcələrə bələdiyyə mülkiyyətində olan əmlakın ifadəsindən
əldə olunan gəlirlər və yerli özünüidarəetmə orqanlarının, onların
tabeliyində olan büdcə idarələrinin göstərdikləri pullu xidmətlərdən
əldə olunan gəlirlər tam şəkildə daxil olur.
Azərbaycan
Respublikasının büdcə qanunvericiliyinə əsasən
müxtəlif səviyyəli büdcə səlahiyyətləri müəyyən edilir. Qanunvericilik
orqanı, yerli özünüidarəetmə orqanları büdcəyə baxıb, onu və icrası
haqqında hesabatı təsdiq edir, büdcənin icrasına sonrakı nəzarəti
həyata keçirir.Azərbaycan Respublikasının büdcə sisteminin müxətlif
səviyyəli büdcəsinin icrasına nəzarəti həyata keçirən orqanların hüquqi
statusunu müəyyən edir və formalaşdırır. Azərbaycan Respublikasının
Naxçıvan Muxtar Respublikasının büdcə qanunvericiliyinin digər
hüquqi normativ aktlarına, yerli özünüidarəetmə orqanlarının aktlarına
uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikasının büdcə qanunvericiliyinin pozulmasına
görə məsuliyyət növləri tətbiq edilir. Bu məsuliyyət növləri
aşağıdakılardır:
- büdcə haqqında qanuna əməl edilməməsi;
- büdcə vəsaitlərinin məqsədsiz istifadə edilməsi;
- büdcə vəsaitlərini alanlara büdcə vəsaitlərinin tam və vaxtında
köçürülməməsi;
- büdcə vəsaitlərini alanlara büdcə vəsaitlərinin vaxtında hesaba
köçürülməməsi;
- büdcənin icarı ilə bağlı hesabatların və digər məlumatların vaxtında
təqdim edilməməsi;
- büdcə vəsaitlərini alanlara büdcə öhdəlikləri haqqında bildirişlərin
vaxtında çatdırılmaması;
KitabYurdu.az
31
9
- büdcə bölgüsünün büdcə haqqında qanuna( qərara) uyğun olmaması;
- büdcə vəsaitləri haqqında bildirişlərin, büdcə öhdəlikləri limitləri
haqqında bildirişlərin təsdiq olunmuş xərclərə və büdcə bölgüsünə
uyğun olmaması;
- büdcələrin gəlirlərin, büdcədənkənar dövlət fondlarının gəlirlərinin və
Azərbaycan Respublikası büdcə sisteminə digər daxilolmaların mütləq
hesaba köçürülməsinə riayət edilməməsi;
- büdcələrin və büdcədənkənar dövlət fondlarının hesabına
köçürüləcək vəsaitlərin ödəmə sənədlərinin vaxtında icra edilməməsi;
- büdcələrin lahiyələrinin və büdcələrin icrası haqqında hesabatların
vaxtında təqdim edilməməsi;
- qəbul edilmiş büdcə öhdəliklərinin təsdiq edilməsindən imtina
edilməsi;
- büdcə öhdəliklərinin vaxtında təsdiq edilməməsi, təsdiq edilmiş büdcə
öhdəlikləri üzrə ödəmələrin vaxtında həyata keçirilməməsi;
- büdcə bölgüsünə daxil edilmiş və təsdiq edilmiş büdcə öhdəlikləri
limiti
ilə
nəzərdə
tutulmuş
xərclərdən
artıq
xərclərin
maliyyələşdirilməsi;
- dövlət və bələdiyyə xidmətinin göstərilməsinə maliyyə məsrəfləri
normativlərinə riayət olunmaması;
- büdcə kəsirinin, dövlət bələdiyyə borclarına , xidmət edilməsinə
xərclərin həddlərinin ölçülərinə riayət olunmaması;
- mövcud qanunlara uyğun olan digər əsaslar həyata keçirilir.
- büdcənin icrası prosesinin lazımi qaydada olmaması haqqında
xəbərdarlıq;
- xərclərin blokirovkası;
- büdcə vəsaitlərinin götürülməsi;
- kredit təşkilatlarında hesablar üzrə əməliyyatların dayandırılması;
- cərimələrin tətbiq edilməsi;
- müamilələrin hesablanması;
- mövcud qanunlar çərçivəsində digər ölçülər.
KitabYurdu.az
32
Dostları ilə paylaş: |