6
Bütün bu problemlərin həlli üçün son dövrlərdə Azərbaycan
Respublikasının Milli Məclisi bir sıra qanunlar və məsələlər qəbul etmişdir.
Dövlət büdcəsinin gəlirləri ölkənin büdcə fondunun formalaşması
prosesində dövlətin müəssisə, təşkilatlar və əhali arasında yaranan iqtisadi
münasibətlərini əks etdirir.
Dövlət büdcəsinin gəlirləri Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş vergilər, rüsumlar , digər ödənişlər və daxilolmalar
hesabına formalaşır.
Azərbaycan Respublikasının dövlət büdcəsindən aşağıdakı xərclər
maliyyələşdirilir:
Azərbaycan Respublikası Prezidentinin Milli Məclisinin, Hesablaşma
Palatasının,Mərkəzi Seçki Komissiyasının , Mərkəzi İcra Hakimiyyəti
orqanlarının fəaliyyətinin təmin edilməsi;
Məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının fəaliyyətinin təmin
edilməsi;
Dövlət əhəmiyyətli beynəlxalq fəaliyyətin həyata keçirilməsi;
Milli müdafiə və dövlətin milli təhlükəsizliyinin təmin edilməsi, hərbi-
sənaye kompleksinin fəaliyyətinin təmin edilməsi.;
Dövlət mülkiyyətinin saxlanılması;
Azərbaycan Respublikasının dövlət borcunun ləğv edilməsi;
Seçkilərin və referendumların keçirilməsi;
Dövlət investisiya proqramının həyata keçirilməsi;
Sənaye sahələrinin dövlət təminatı;
Elmi- tədqiqat işlərinin aparılması;
Ətraf mühitin mühafizəsi;
Fövqaladə halların nəticələrinin aradan qaldırılması;
Bazar infrastruktunun inkişafı;
Kütləvi informasiya vasitələrinin işinin təşkili;
Yerli büdcələrə maliyyə yardımı;
Dövlət, bələdiyyə strukturlarının səlahiyyətləri çərçivəsində digər
xərclər və s.
KitabYurdu.az
17
7
Bələdiyyə( yerli) büdcələr.
Yerli vətəndaş birliklərinin yaradılmasının hüquqi bazası “ Yerli
özünüidarəetmə haqqında Avropa xartiyası” nda , Azərbaycan
Respublikasının yerli özünüidarəetməyə dair sənədlər toplusunda öz əksini
tapmışdır.
Yerli özünüidarəetmə dedikdə, yerli özünüidarəetmə orqanlarının qanun
çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək yerli əhalinin mənafeyi
naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə
etmək hüququ və real bacarığı başa düşülür.
Bələdiyyə - qanunla müəyyən olunmuş ərazi hüdudları daxilində yerli
özünüidarəetmə formasıdır.
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının
Qanununun 33- cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli
vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaitləri,
bələdiyyələrin büdcədənkənar fondları daxil edilir.
Bələdiyyə maliyyəsinin əsasını yerli büdcələr təşkil edir.
Yerli büdcə- bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə
prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikası
Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata
keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vasitəsidir. Yerli
büdcələrin formalaşmasını, tərtibi, müzakirəsi və təsdiqi, icrasına nəzarət “
Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında
həyata keçirilir.
Yerli büdcələrin iqtisadi mahiyyəti onun təyinatında öz əksini tapır və
aşağıdakı funksiyaları həyata keçirir:
- yerli bələdiyyə orqanlarının fəaliyyətinin maliyyə təminatı olan pul
fondlarının yaradılması.
- fondların təsərrüfatın müxtəlif sahələri arasında bölgüsü və istifadə
olunması.
- bu orqanların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların maliyyə-
təsərrüfat fəaliyyətinə nəzarət.
Yerli büdcələrin tərtibi və icrası prosesində büdcə sisteminin
qanunvericiliklə müəyyən edilmiş prinsipləri və Azərbaycan
Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur. Yerli
KitabYurdu.az
18
8
büdcələrin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil
etmək üçün bələdiyyələr dövlət xəzinədarlığının ərazi ( rayon) orqanları ilə
müqavilələr bağlaya, yaxud da yerli büdcənin vəsaitləri hesabına bələdiyyə
xəzinədarlığı yarada bilərlər.
Yerli büdcənin müstəqilliyi öz daxili mənbələrinin olması və
bələdiyyənin yerli büdcə vəsaiti haqqında sərəncam vermək müstəsna
hüququ ilə təmin edilir. Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna
əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir.
Qanun yerli büdcələrin möhkəmlənməsi üçün dövlət üzərinə aşağıdakı
əlavə məsuliyyətləri qoyur:
1) investisiya və pul- kredit siyasəti əsasında istehsal sferasının inkişafına
şərait yaratmaq;
2) yerli sosial- iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına
maliyyələşdirmək mümkün olmadıqda yerli büdcə kəsirini ödəmək üçün
dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrini müəyyən
etmək və ya dövlət büdcəsindən dotasiya və subvensiya ayırmaq;
3) yerli büdcənin gəlirlərini azalması və ya xərclərinin artması baş verdikdə
uyğun azalma və artma məbləğlərinin müvafiq qərar qəbul edən orqan
tərəfindən kompensasiya edilməsi.
Büdcə ili yanvarın 2- də başlanır və dekabrın 31- də qurtarır. Yerli
büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır:
1. Yerli vergilər və ödənişlər. Azərbaycan Respublikasının “ vergi məcəlləsi”
ndə nəzərdə tutulmuş yerli vergilər ( bələdiyyə vergiləri) bunlardır:
- fiziki şəxslərin torpaq vergisi;
- fiziki şəxslərin əmlak vergisi;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi;
2. Yerli ödənişlərin tərkibi( reklamlar yerləşdirilməsi, bələdiyyə
torpaqlarında stasionar və ya səyyar ticarət, ictimai iaşə və ya digər
xidmətlərə görə ödəniş , bələdiyyə ərazisində mehmanxana, stasionar- kurort
və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş).
Yerli büdcələrin xərclərini aşağıdakı maddələr təşkil edir:
KitabYurdu.az
19
Dostları ilə paylaş: |