aktlarına qədər vergi hüququ tamam ayrı, daha primitiv formada
fəaliyyət göstərirdi. Vergi hüququ təsdiqlənəndən və yığılan vergilərin
həcmi imkanları, aşkarlandırdan sonra büdcə dərəcələrinin müəyyən
edilmə və təsdiqlənmə hüququnun təşəkkül mərhələsi başlanır.
Büdcə dövlət idarəçiliyinin ən nüfuzlu siyasi vasitələrindən biri
iqtisadi siyasətin tərkib hissəsi olan maliyyə siyasətinin ən mühüm
alətidir. Dövlət xərcləri, gəlirləri və borcları siyasətindən çıxış edərək
biz dövlət büdcəsini, müxtəlif siyasi məqsədlərə çatmağın( gəlir
mənbələrindən səmərəli istifadə, gəlirin bölüşdürülməsində ədalətlilik ,
iqtisadi sabitlik, iqtisadi artım və inkişaf) siyasi vasitəsi kimi
qiymətləndirə bilərik. Dövlət büdcəsi idarəetmə vasitəsi kimi də kimi rol
oynayır. Büdcənin xərc və gəlir ölçülərinə təsiri iqtisadiyyatın bütün
sahələrində özünü göstərir.
Büdcə iqtisadi siyasətin çox vacib və zəruri bir alətidir.
Bütün iqtisadi
baxışlar tam məşğulluğa , pul siyasəti əvəzinə maliyyə siyasətinin
səmərəliliyinə, özəlliklə də iqtisadi sabitliyə nail olunmasında bir vasitə
kimi büdcədən istifadə olunmasına üstünlük verir.
Gəlirlərin ədalətli bölgüsü, iqtisadi artım və inkişaf baxımından
büdcənin xərc və gəlir hissələrinin ( vergilər, transfert və investisiyalar ,
borclar) mütənasibliyi çox böyük əhəmiyyətə malikdir.
Büdcə olmadan dövlət idarəçiliyinin fəaliyyət göstərməsi mümkün
deyil.
Büdcə həm planlaşdırma vasitəsi, həm də dövlətin mərkəzləşdirilmiş
maliyyə planıdır. Onun ilk keyfiyyətini ( planlaşdırma vasitəsi olmasını)
aşağıdakı iki məqamla izah etmək olar:
1.Proqnozlaşdırma. Büdcə formaca elə bir plandır ki, orada pul
vəsaitlərinin və dövlət sektoru xərclərinin necə və hansı həcmdə olacağı
qarşıdakı müəyyən müddət üçün proqnozlaşdırılır. Bundan başqa büdcə
proqnozları müxtəlif mənbələrdən gələn və dövlətin fəaliyyət sahələrini
təmin etməli olan pul vəsaitlərinin qiymətləndirilməsidir. Bununla belə,
proqnozlaşdırma fiziki kəmiyyət aspektində də aparıla bilər:
Plan qismində olan büdcənin aşağıdakı əsas xüsusiyyətləri var:
-büdcə dövlət gəlirləri və xərcləri ilə bağlı maliyyə əməliyyatını təmin
edən plandır;
KitabYurdu.az
8
-büdcə müxtəlif mənbələrdən təsirli şəkildə istifadəni təmin edən
plandır;
-büdcə dövlət təşkilatlarının məqsədlərinə nail olmasını, onların
qarşıdakı müəyyən müddət üçün nəzərdə tutulmuş siyasətinin və
proqnozlarının reallaşdırılmasını təmin edən plandır.
Beləliklə, dövlət büdcəsi vasitəsilə çoxlu proqnozlar verilir və bunlar
dövlət proqnozlarının necə, hansı vəsait və mənbələr hesabına
maliyyələşdirilməsinin mənzərəsini cızır.
2.Tarazlıq. Büdcənin tarazlığı büdcə xərclərinin və gəlirlərinin
mütənasibliyi deməkdir. Bu prinsip özünü ilk növbədə büdcənin
proqnozlaşdırılmasında göstərir, lakin dövlət büdcəsi sonralar da
iqtisadiyyatın ümumi balansına uyğun olaraq tənzimlənə bilər.
Dövlət büdcəsi iqtisadiyyatın və sosial sferanın inkişafının təmin
edilməsində mühüm alətdir. Onun köməyi ilə dövlət milli gəlirin
bölüşdürülməsini təmin etməklə, ictimai istehsalın strukturunu
dəyişdirir, təsərrüfatçılığın nəticələrinə təsir edir, sosial dəyişiklikləri
həyata keçirir. Bu məqsədlə dövlət iqtisadiyyata birbaşa və dolayı
təsirin
müxtəlif
formalarını
–
müəssisə
və
təşkilatların
subsidiyalaşdırılması, dövlət investisiyaları, elmi- texniki tərəqqini
müəyyən edən sahələrin büdcə maliyyələşdirilməsi tətbiq edir və son
nəticədə xalq təsərrüfatı proporsiyalarının dəyişilməsinə nail olur.
Iqtisadi proseslərin tənzimlənməsində dövlətin rolunun artması
təsərrüfatçılığın müasir mərhələsində büdcə vəsaitini iqtisadiyyatın
inkişafının strateji istiqamətlərini, zəruri istehsal infrastrukturlarının
müəyyən edən layihələrdə cəmlənməsi olduqca əhəmiyyətlidir. Vergi
siyasəti və büdcə maliyyələşdirilməsi vasitəsilə təsərrüfatçılığın müxtəlif
tərəflərinə təsir etmək mümkün olur ki, bu da istehsal fondlarının
surətləndirilmiş bərpasına, elmi- texniki tərəqqinin istehsala daha tez
tətbiq edilməsinə kömək etmiş olur.
Dövlət büdcəsi sosial sferanın – maarif, səhiyyə, sosial təminat-
maliyyələşdirilməsi mexanizmlərinin yaxşılaşdırılması əsasında sosial
problemlərin həllində əhəmiyyətli rol oynayır.
Müasir mərhələdə büdcə siyasətinin əsas parametrləri istehsalın
səviyyəsinin aşağı düşməsinin qarşısını almaqdan və ölkədə maliyyə
KitabYurdu.az
9