1
Mövzu 3: Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının büdcə hüquqları.
Plan
1. Büdcə hüququ anlayışı. Azərbaycan Respublikasında büdcə
hüququnun əsasları.
2.
“Büdcə
sistemi
haqqında”
Azərbaycan
Respublikasının
qanunu.Azərbaycan
Respublikasının
Konstitusiyasına
əsasən
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri.
3. Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanlarının büdcə
hüquqları.
4. Yerli özünüidarəetmə orqanlarının büdcə hüquqları.
5. Büdcə qanunvericiliyinin pozulmasına görə tətbiq edilən məsuliyyət
növləri.
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı.Qanun 1999.
2. “Büdcə sistemi haqqında “Azərbaycan Respublikasının Qanunu.2002.
3. Azərbaycan Respublikasının vergi məcəlləsi.Bakı.Qanun 2011.
4.Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov,F.Ə.Qurbanov. Büdcə sistemi. Bakı
2003.
5. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007.
6.M.M.Sadıqov, S.Məmmədov. Maliyyə.Gəncə 2010.
KitabYurdu.az
24
3
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan
Respublikasının
Milli
Məclisinin
səlahiyyətinə
Azərbaycan
Respublikasının vahid dövlət büdcəsini işləyib hazırlamaq, müzakirə
etmək, təsdiq etmək və onun icrasına nəzarət etmək,büdcənin icrası
haqqında hesabatı təsdiq etmək, dövlət büdcəsini formalaşdırmaq üçün
vergi və gəlirləri müəyyən etmək aiddir.
Azərbaycan Respublikasının iqtisadi siyasət komissiyası büdcənin
formalaşması və müzakirəsində fəal iştirak edir. Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin
təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsini təsdiq
edir və onun icrasına nəzarət edir. Milli Məclis vergilər, rüsumlar və
digər ödənişlər haqqında ümumi qaydaları müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının
dövlət büdcəsini Azərbaycan Respublikasının Milli Məclisinin
müzakirəsinə və təsdiqinə cari ilin oktyabr ayının 15- dən gec olmayaraq
təqdim edir.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinin yuxarı icra orqanı olmaqla Azərbaycan
Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə tədqim edir, Azərbaycan Respublikası
dövlət büdcəsinin icrasını təmin edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Naxçıvan Muxtar
Respublikasının büdcəsini təsdiq edir. Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti Muxtar Respublika büdcəsinin lahiyəsini hazırlayıb
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir. Muxtar
Respublikanın büdcəsinin icrasını təmin edir.
Yerlərdə özünüidarəetmənin təşkili Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmişdir. Yerlərdə yerli özünüidarəetməni
bələdiyyələr həyata keçirirlər. Bələdiyyələrin iclaslarında yerli vergilər
və ödənişlər müəyyən edilir, yerli büdcələr və onun icrası haqqında
hesabatlar təsdiq edilir.
KitabYurdu.az
26