1
Mövzu 4: Azərbaycan Respublikasında büdcə prosesinin təşkili əsasları.
Plan
1. Büdcə prosesinin mahiyyəti və mərhələləri.
2. Dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçısı. Dövlət büdcəsi vəsaitlərinin
sərəncamçıları.
3. Büdcə prosesinin iştirakçıları və onların səlahiyyətləri. Büdcə
proqnozlaşdırılması.
4. Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar.
5. Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı sənədlərin hazırlanıb Milli
Məclisə təqdim edilməsi.
6. Büdcə layihəsinin hazırlanması və təsdiq edilməsi.
7.
Yerli büdcələrin tərtibi, müzakirəsi və təsdiq edilməsi qaydası.
Ədəbiyyat
1. Azərbaycan Respublikası regionlarının 2009- 2013- cü illərdə sosial- iqtisadi
inkişafı.Dövlət proqramı.
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002.
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011.
4. Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov, F.Ə.Qurbanov.Bakı 2003.
5. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007.
6. M.M.Sadıqov,S.M.Məmmədov .Maliyyə 2010.
7. Z.Vəliyev.Büdcə.Bakı 2010.
KitabYurdu.az
34
2
Büdcə prosesləri növbəti il üzrə büdcə layihəsinin hazırlanmasından
başlamış həmin büdcə layihəsinin müzakirəsi, təsdiqi, icrası və icrası ilə bağlı
hesabatın hazırlanması və dövlət başçısı tərəfindən büdcənin icrası haqqında
qanunun imzalanmasına qədər olan dövrü əhatə edir.
Büdcə layihəsinin məsələlərinə daxildir: icmal maliyyə planlaşdırılması,
büdcə proqnozlaşdırılması, büdcə layihəsinin tərtib edilməsi, müzakirəsi və
təsdiq edilməsi , büdcə ili ərzində büdcənin icra edilməsi, büdcənin icrası
haqqında hesabatın tərtib edilməsi və təsdiqi.
Dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçısı dövlət büdcəsinin xərclərinin
təşkilatlar üzrə təsnifatı əsasında büdcə vəsaitini vəsait alanlar arasında
bölgüsünü həyata keçirmək hüququ olan ilk birbaşa büdcə vəsaiti alan
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanıdır.
Büdcə vəsaitlərinin baş sərəncamçısının səlahiyyətləri aşağıdakılardır:
- dövlət büdcəsinin xərclərini təşkilatlar üzrə təsnifləşdirmək, büdcə vəsaitlərini
vəsait alanlar arasında bölüşdürmək;
- qaytarmaq şərtilə verilən büdcə vəsaitlərinin, dövlət və ya bələdiyyə
zəmanətlərinin, büdcə investisiyalarının verilməsi haqqında müqavilələrdə
dövləti təmsil etmək;
- tabeçiliyndə olan büdcə vəsaitlərinin məqsədli istifadəsini təmin etmək, onların
vaxtında qaytarılması,hesabların vaxtında təqdim edilməsi, dövlət və ya
bələdiyyə xidmətləri üzrə tapşırıqların yerinə yetirilməsi
üzərində nəzarət etmək;
- tabeçiliyində olan büdcə idarələrinin gəlirlər və xərclər smetalarını təsdiq
etmək;
- büdcənin bölgüsünü tərtib etmək, büdcə öhdəlikləri limitlərini, büdcə
vəsaitlərini tabeçiliyində olanlar arasında bölüşdürmək;
- büdcə vəsaitlərinin istifadəsinə
nəzarət etmək;
- büdcənin icrası haqqında icmal hesabatı, gəlir və xərclərin icmal smetasını ,
həmçinin dövlət və ya bələdiyyə xidmətləri üzrə verilən tapşırıqların yerinə
yetirilməsi haqqında hesabatları hazırlamaq və təqdim etmək.
KitabYurdu.az
35
3
Büdcə vəsaitlərinin sərəncamçıları – büdcə vəsaitinin tabeçilikdəki büdcə
təşkilatları, büdcə vəsaiti alanlar arasında bölüşdürmək hüququ olan dövlət
hakimiyyəti arasında bölüşdürmək hüququ olan dövlət hakimiyyəti orqanı və ya
yerli özünüidarəetmə orqanı sayılır.
Mərkəzi səviyyədə büdcə səlahiyyətlərinə malik olan büdcə prosesinin
iştirakçıları aşağıdakılardır:
- Azərbaycan Respublikasının Prezidenti;
- Azərbaycan Respublikasının Milli Məclisi;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti;
- Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi;
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Azərbaycan Respublikasının Mərkəzi Bankı;
- Azərbaycan Respublikasının Hesablama Palatası;
- Büdcədənkənar dövlət fondları.
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə büdcə, vergi və digər
səlahiyyətlər həvalə edilən orqanlar.
Büdcə prosesinə aşağıdakılar daxildir:
- icmal maliyyə planlaşdırılması və proqnozlaşdırılması;
- büdcə
layihəsinin tərtibi, baxılması( müzakirəsi) və təsdiqi;
- büdcə ili ərzində
büdcənin icra edilməsi;
- büdcənin icrasının təhlili və büdcənin icrasına nəzarət.
Maliyyə vəsaitinin yaradılması, bölgüsü və yenidən bölgüsü və istehlakı
prosesinin idarə edilməsi maliyyə planlaşdırılmasının köməyi ilə həyata keçirilir.
Maliyyə planlaşdırılması iqtisadiyyatı, təsərrüfatlarası nisbəti balanslaşdırır,
əmək , maddi və maliyyə ehtiyatlarından səmərəli istifadənin yollarını müəyyən
edir.
Dövlət və yerli səviyyələrdə maliyyə planlaşdırılması dəyər istifadəsində
maddi və əmək balansları ilə əlaqələndirilən maliyyə planları sistemi ilə təmin
olunurlar. Hər bir maliyyə planı idarəetmənin konkret sahəsində maliyyənin
təşkili və idarə edilməsi məsələləri həll edir.
Maliyyə planları sisteminə daxildir:
KitabYurdu.az
36