4
- perspektiv maliyyə planı;
- idarəetmənin dövlət və yerli səviyyələrində tərtib olunan icmal( toplu) maliyyə
planı.
Perspektiv maliyyə planı- Azərbaycan Respublikasının, Naxçıvan Muxtar
Respublikasının , bələdiyyələrin sosial- iqtisadi inkişafın orta və təcili
proqnozuna əsaslanan, büdcə, büdcə layihəsi ilə birlikdə formalaşdırılan və
özündə büdcə gəlirlərinin səfərbər edilməsi üzrə imkanları, dövlət və bələdiyyə
borc
götürmənin
cəlb
edilməsini
və
büdcənin
əsas
xərclərinin
maliyyələşdirilməsini əks etdirən sənəddir.
Perspektiv maliyyə planı aşağıdakı məqsədlər üçün tərtib olunur:
- sosial- iqtisadi inkişafın və maliyyə siyasətinin istiqamətlərini təmin etmək;
- planlaşdırılmış tədbirlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə
vəsaitləri həcminin proqnozlaşdırılması;
- islahatların, proqramların maliyyə nəticələrinin proqnozlaşdırılması;
- maliyyə siyasəti sahəsində müxətlif tədbirlərin həyata keçirilməsi imkanlarının
aşkar edilməsi;
-uzunmüddətli neqativ meyllərin qarşısının alınması və vaxtında müvafiq
tədbirlərin həyata keçirilməsi.
Perspektiv maliyyə planı üç ilə işlənir , onlardan;
-
birinci il – büdcə tərtib edilən il;
-
sonrakı iki il – plan dövrüdür. Bu zaman bəyan edilən iqtisadi siyasətin real
nəticələri işlənir.
Icmal( toplu) maliyyə balansı – konkret dövr üçün ölkədə maliyyə
vəsaitlərinin yaranma mənbələri və istifadəsi istiqamətləri barədə məlumatları
özündə əks etdirən maliyyə sənədidir. Icmal maliyyə balansı müvafiq ərazidə
yerləşən büdcələri və məqsədli büdcədənkənar fondları əhatə edir.
Büdcə proqnozlaşdırılması
Büdcə
proqnozlaşdırılması “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikası Qanununun 11- ci maddəsinin “Dövlət büdcəsi layihəsinin tərtibi
prosesi və büdcə təqvimi” maddəsinə əsasən həyata keçirilir. Büdcə
KitabYurdu.az
37
5
proqnozlaşdırılması Respublikanın iqtisadi- sosial inkişaf proqramı və
icmal(toplu)maliyyə planlaşdırılması ilə sıx əlaqədardır.
Təsərrüfat fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün onun
idarəetmə üsullarının daim təkmilləşdirilməsi gərəkdir. Bununla əlaqədar olaraq
perspektiv planlaşdırmanın rolu artır, deməli elmi proqnozlaşdırmanın zərurəti
meydana çıxır. Natural göstəricilərin parametrlərinin proqnozlaşdırılması
maliyyə ehyatlarının proqnozu ilə müşayət olunmalıdır. Belə ki, bu ehtiyatların
artım perspektivinin uçotu olmadan təsərrüfatının inkişafının keyfiyyət
baxımından proqnozlaşdırılması mümkün deyil.
Üzunmüddətli icmal maliyyə planlaşdırılmasından fərqli olaraq büdcə
proqnozlaşdırılması ünvanlı olur və büdcə ili üçün , yəni bir ildən çox olmayan
dövr üçün hazırlanır. Icmal maliyyə balansı göstəricilərinin əsas hissəsini büdcə
göstəriciləri təşkil etdiyi üçün perspektiv icmal maliyyə balansının tərtibi
zamanı əsas büdcə göstəricilərini proqnoz hesablamaları aparılmalıdır.
Büdcənin inkişaf proqnozu dedikdə , onun gəlir və xərclərinin inkişaf
yollarının ehtimal qiymətləri kompleksi nəzərdə tutulur.
Büdcə proqnozlaşdırılmasının məqsədi mövcud konkret sosial- iqtisadi
şəraitdə və perspektiv qiymətləndirmə əsasında büdcənin inkişafının optimal
yollarını işləmək əsaslandırmaq və onun möhkəmləndirilməsi üçün təkliflər
verməkdən ibarətdir. Belə proqnozlaşdırmanın nəticələrinin müasir uçotu,
dövlətin maliyyə siyasətində daha səmərəli tədbirlərin qəbul edilməsinin
mühüm şərtidir.
Büdcə göstəricilərinin proqnozlaşdırılmasının hesablanmasında illik büdcə
göstəricilərinin hesablanması ilə yanaşı, metodoloji yanaşmanın da böyük
əhəmiyyəti vardır. Büdcələrin illik və rüblük göstəriciləri iqtisadi və maliyyə
parametrlərinin birbaşa hesablamaları bazasında müəyyən edilir.
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırlması qaydası müəyyən
edilmişdir. Vergilərin proqnozlaşdırılması zamanı ilk növbədə məlumat bazası
əldə edilir. Bu məlumat bazası Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyindən, Statistika Komitəsindən, Vergilər Nazirliyindən, Gömrük
Komitəsindən, ayrı- ayrı təşkilatlardan əldə edilir. Bu bazaya əsaslanaraq hər bir
KitabYurdu.az
38
6
tədiyyə növü üzrə potensial vergi məbləği və əvvəlki illərin yığım əmsalı da
tətbiq etməklə proqnoz müəyyən edilir.
Vergilər üzrə mədaxillərin proqnozlaşdırılması zamanı onların xüsusiyyətləri
nəzərə alınır.
Mənfəət vergisinin proqnozunun hazırlanması zamanı ötən illərin faktiki
daxilolmaları, rayon və şəhər ərazisində fəaliyyət göstərən müəssisə və
təşkilatların maliyyə təsərrüfat- fəaliyyətinin göstəriciləri barədə məlumatlar
əldə edilməlidir. Bu tədiyyə növünün proqnozu müəyyən edilərkən rayon və
şəhər ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların balans
məlumatlarından istifadə edilir. Balans mənfəəti məhsulun satışından ( işlərin,
xidmətlərin) əldə edilən gəlirlərlə məhsulların ( işlərin, xidmətlərin) tam maya
dəyəri arasındakı fərq kimi müəyyən edilir. Bu zaman satışdan kənar sahələrdən
əldə edilən mənfəət də nəzərə alınmalıdır.Balans mənfəəti müəyyən edildikdən
sonra mövcud qanunvericilikdə müəyyən edilmiş güzəşt məbləği və çıxılmalar
edildikdən sonra mənfəət vergisinin proqnoz məbləği hesablanır.
Vasitəli vergilərə - ƏDV, aksizlər, görük rüsumları aiddir. ƏDV proqnozunda
ilk növbədə ÜDM – un daxili istehlakı , mal və xidmətlər əlavə dəyər vergisinə
cəlb olunan və olunmayan qruplara bölünməklə, güzəştlər nəzərə alınmaqla
ƏDV – i üzrə proqnoz hazırlanır, istehsal xərclərinə aid edilmiş məsrəflərin
məbləği, bu məsrəflər üzrə ödənişlər ƏDV- nin məbləği müəyyən edilir. Bundan
sonra satılmış malların , işlərin və xidmətlərin dəyəri( o cümlədən əlavə dəyər
vergisinə cəlb olunan və olunmayan satış) və bunlar üzrə alınmış ƏDV – nin
məbləği müəyyən edilməklə büdcəyə ödəmələri olan ƏDV- nin məbləği
müəyyən edilir.
Büdcə layihəsinin tərtibi üçün vacib olan məlumatlar.
Büdcə proqnozlaşdırılmasının növbəti mərhələsi - büdcə layihəsinin tərtibi
prosesidir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dvölət hakimiyyəti orqanı
və yerli özünüidarəetmənin iqtisadi və sosial proqnozlaşdırılmasında nəzərdə
tutulan tədbirlərin maliyyə təminatının həyata keçirilməsi məqsədilə büdcədə
mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir.
KitabYurdu.az
39
Dostları ilə paylaş: |