Mövzu 10 FƏRDİ VƏ TİBBİ FƏRDİ MÜhafiZƏ vasiTƏLƏRİ Fərdi mühafizə vasitələrindən istifadə


Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr



Yüklə 2,31 Mb.
səhifə3/5
tarix08.05.2023
ölçüsü2,31 Mb.
#109007
1   2   3   4   5
referat 6133

Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr. Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən hazırlanan kütləvi mühafizə vasitəsi olaraq işlədilməsi tövsiyə edilir. Tənəffüs orqanlarının ən sadə mühafizə vasitələrinə tozdan qoruyan parça maska: PTM-1 və pambıqlı tənzif sarğı aiddir. Hər bir adamın iş və yaşayış yerində belə mühafizə vasitələri olmalıdır.
Tozdan qoruyan PTM-1 parça maskası iki əsas hissədən - maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, buraya şüşə lövhəcikləri (və ya hər hansı şəffaf material, plyonka) salınır. Maska başa onun yan kənarları boyu tikilmiş parça zolaq (bərkidici hissə) vasitəsilə geyilir. Bərkidici hissənin yuxarı tikiş yerindəki rezin və aşağı tikiş yerindəki bağlar vasitəsilə, həmçinin gövdənin yuxarı kənarı boyu eninə bənd edilmiş rezin vasitəsilə maskanın üzə kip yatması təmin edilir ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava maskanın bütün səthində süzülüb təmizlənir.
Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif parçasından hazırlanır. Onun orta hissəsinin üzərinə 30x20 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir, tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatın üstünə qatlayır, tənzifin uclarını ortadan uzununa kəsirlər, bu zaman iki cüt bağ alınır. Sarğını taxarkən onun aşağı bağları kəllədə, yuxarı bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv tozdan qorumaq üçün tozdan qoruyan eynək taxmaq olar.

Pambıqlı tənzif sarğı


Dəri səthini mühafizə edən vasitələr


Dəri səthinin mühafizə vasitələri - bədənin açıq sahələrini, paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının tə­sirin­dən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə - ümum­qo­şun mühafizə komplekti - OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri - növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (hava keçirən) və təcridedici (hava keçirməyən) növləri olur.

Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyilmək üçün yararlıdır.
Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlem altlıqdan, iki cüt ayağa sarınan parça zolaqlardan ibarətdir ki, bunların hər birinə kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlem altlıq və hopdurulmuş bir cüt ayağa sarınan parça zolaqlar adamın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür.
Süzücü mühafizə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən artıq olan üçündür.
Dərinin təcridedici mühafizə vasitələri - hava keçirməyən materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar),həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər önlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti OZK, yüngül mühafizə komplekti L-1,mühafizə kombinezonu və ya kostyumu), əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.
Ümumqoşun mühafizə komplekti OZK - mühafizə plaşından mühafizə corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir.
Yüngül mühafizə kostyumu L-l rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlem altlıqdan ibarətdir.



Yüngül mühafizə kostyumu – L-1
1. Corablarla birlikdə şalvar; 2. Başlıq; 3. Köynək;
4. Əlcəklər; 5. Çanta

Dərini təcrid edən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM-in yüksək konsentrasiyası şəraitində zəhərli sahələrdə iş aparılarkən, habelə deqazasiya, dezaktivasiya və dezinfeksiya işləri yerinə yetirilərkən istifadə edilir.


Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi paltarları uyğunlaşdıra bilər. Belə paltarların hermetikliyini təmin etmək üçün onlara əlavə hissələr: sinəbənd, başlıq, şalvarların yanda düymələnən yerlərinə xiştəklər tikmək lazımdır. RM-dən mühafizə üçün həmçinin dəri səthini qoruyan əlaltı vasitələrdən (əlavə olaraq kipləşdirilmiş məişət, iş, idman paltarı və ayaqqabılarından, digər fərdi geyimlərdən) istifadə oluna bilər.
Yadda saxlamaq lazımdır ki, təcridedici mühafizə paltarlarında qalmaq müddəti məhduddur (cədvəl).


Ətraf havanın temperaturundan asılı olaraq adamın təcridedici mühafizə paltarında qalma müddəti


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə