Mövzu 10 FƏRDİ VƏ TİBBİ FƏRDİ MÜhafiZƏ vasiTƏLƏRİ Fərdi mühafizə vasitələrindən istifadə



Yüklə 2,31 Mb.
səhifə2/5
tarix08.05.2023
ölçüsü2,31 Mb.
#109007
1   2   3   4   5
referat 6133

Uşaq əleyhqazları quruluşca müxtəlifdir: DP-6 sm uşaq əleyhqazları 1.5 yaşdan yuxarı kiçikyaşlı uşaqlar üçündür. Bu əleyhqaz DP-6M tipli yüngülləşdirilmiş süzücü-qutudan və üzlük hissə olaraq dörd (1.2.3.4) ölçülü MD-1 maskasından (uşaq maskası, 1-ci tipli) ibarətdir süzücü-uducu qutu və üzlük hissə olaraq yalnız 5-ci ölçülü MD-1 maskası ilə komplektləşdirilmişdir.
PDF-7 əleyhqazları kiçik və böyük yaşlı uşaqlar üçündür; QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq dörd (1.2.3.4) ölçülü MD-3 maskalarından ibarətdir.
PDF-Ş əleyhqazı 7 yaşdan 17 yaşa qədər olan uşaqlar üçündür; QP- 5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq iki ölçülü (3.4) MD- 3 maskaları və ya dörd (0.1.2.3) ölçülü şlem-maskalardan ibarətdir.
Uşaq əleyhqazlarının quruluşu (yuxarıda göstərilən xüsusiyyətlər istisna edilməklə) və iş prinsipi yaşlı adamlar üçün olan əleyhqazlar kimidir.
Təcridedici əleyhqazlar (İP-4, İP-46) (şəkil). Təcridedici əleyhqazlar İP-4, İP-5 və ya təcridedici oksigen cihazları (KİP-5, KİP-7, KİP-8) adamın tənəffüs orqanlarını ətrafdakı havadan tamamilə təcrid edir; nəfəs almaq üçün regenerativ (bərpaedici) patrondan alınan, yaxud oksigen balondan verilən oksigendən istifadə olunur. Belə əleyhqazlar və cihazlar: havada ZM-in konsentrasiyası çox yüksək olduğu üçün ZM süzücü qutudan "keçmək qorxusu yaradan və süzücü əleyhqaz etibarlı surətdə mühafizəni təmin etməyən hallarda; havada karbon 2-oksidin konsentrasiyası yüksək olduqda işlədilir.

Təcridedici əleyhqaz:İP-4.

Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əleyhqaz və cihazlar iki qrupa ayrılır: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci qrupa İP-4, İp-46 M əleyhqazları, II qrupa İP-5, KİP-7, KİP-8 cihazları aiddir.


Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarım-maskadan ibarətdir ki, ondan dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq mümkündür.

Respiratorlar

R-2D respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə