Mövzu 10 FƏRDİ VƏ TİBBİ FƏRDİ MÜhafiZƏ vasiTƏLƏRİ Fərdi mühafizə vasitələrindən istifadə



Yüklə 2,31 Mb.
səhifə5/5
tarix08.05.2023
ölçüsü2,31 Mb.
#109007
1   2   3   4   5
referat 6133

Radioprotektorlar - ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni həb şəklindəki “sistamin” adlı maddədir. Bu həbləri şüalanmadan (MM dəstələri radioaktiv zəhərlənmə zonasına girməzdən) 30-40 dəq əvvəl qəbul etmək məsləhətdir.
Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün xeyli təsirli tibbi vasitə olaraq kompleks yaradan (komplekson) maddələrdən, absorbentlərdən, kalium-yodid maddəsindən istifadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez çıxarılmasına imkan yaradır.
Antidotlar (zəhər əleyhinə dərman) - ZM-n təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Sinir-iflic edici (fosforlu-üzvi) təsirli sianid turşusuna, lüizitə və qıcıqlandırıcı ZM-yə qarşı antidotlar vardır.
Fosforlu-üzvi maddələr (FÜM) əleyhinə - afin, taren, atropin və sianidlərə qarşı - amilnitrit, propilnitrit adlı; lüizitə və arsin tərkibli digər maddələrə qarşı - unitol adlı antidotlar mövcuddur.
Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi yardım vasitəsi kimi istifadə etmək mümkündür.
Bakteriya əleyhinə maddələr - spesifik və qeyri-spesifik profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, ana-toksinlər və bakteriofaqlar aiddir.
Bu vasitələrin bəziləri fərdi tibb qutusunda (Aİ-2 tibb qutusunda) cəmlənmişdir.
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi tibb qutusunda Aİ-2, kimya əleyhinə fərdi paket İPP-8 və fərdi sarğı paketi aiddir.
Aİ-2 fərdi tibb qutusunda insan orqanizminə ionlaşdırıcı şüalanmaların, ZM və BV-nin təsirinin qarşısını alan və ya bu təsiri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar (tibb dərmanları) olur. Tibb qutusu narıncı rəngli plastik kütlə materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, içərisində plastik kütlə şprisi və dərman penalları yerləşdirilmişdir (şəkil).

Fərdi tibb qutusu Aİ-2.

Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zamanı ağrı şokuna qarşı ağrıkəsən dərman - 1 ml 2%-li promedol məhlulu işlədilir; məhlul tibb qutusunun 1-ci bölməsindəki şpris vasitəsilə əzələyə (dəri altına) yeridilir (sülh dövründə şpris tibb qutusundan çıxarılıb ayrı saxlanılır).





Promedol məhlulunun şprisi


Fosforlu-üzvi maddələrlə zəhərlənməyə qarşı tibb qutusunda tabel antidotu olaraq taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bir həbinin "Kimya həyəcanı” xəbərdarlığı verilərkən qəbul edirlər; zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır.


Tibb qutusunun 3-cü bölməsindəki ağ rəngli iri penalda bakteriya əleyhinə 2 №-li dərman-sulfadimetoksin (15 həb) yerləşir, bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu baş verərkən qəbul edirlər.
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya əleyhinə 1 №-li dərman (sistamin) işlədilir. Bu dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birində 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təhlükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edirlər. Bu dərmanların səmərəliliyi 50% təşkil edir.
5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə 1 №-li dərman-tetrosiklin (hər penalda 5 həb miqdarında) olur. Bu dərman bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təcili qeyri-spesifik profilaktik vasitə olaraq, habelə yara və yanıq yoluxmalarının profilaktikası məqsədilə).
6-cı bölmədə radiasiya əleyhinə 2 №-li dərman (kalium-yodid) penalı yerləşir. Bu dərman radioaktiv çöküntülər düşərkən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təhlükəsi olarkən 10 gün ərzində, gündə 1 həb qəbul edilir.



Həblər və onun qabları


Orqanizmin şüalanmadan ürəkbulanması və qusma ilə meydana çıxan ilk reaksiyanı aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu dərman tibb qutusunun 7-ci bölməsindəki göy rəngli penalda yerləşir.


Kimya əleyhinə fərdi paket (İPP-8) - dəri səthinin ZM damcıları və ya dumanı ilə habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini, bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsindən keçirmək (təmizləmək) üçündür. Bu paket içərisində hər cür ZM-i zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir.

Fərdi kimyəvi paket


Bir sıra ZM, xüsusən fosforlu-üzvi maddələr, hətta fiziki zədələnməsi olmayan dəri örtüyündən bədənə sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi zəhərlənmədən sonra sanitariya təmizlənməsinə başlandığı müddətdən bilavasitə asılı olur. Qismən sanitariya təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə təsir göstərəndən sonrakı 5 dəq müddətində keçirilsə, onda təmizlənmə son dərəcədə səmərəli olacaqdır.


Fərdi sarğı paketləri yaralara, yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi növ qanaxmaları dayandırmaq üçün işlədilir (şəkil).



Fərdi sarğı paketləri

Fərdi sarğı paketlərindən istifadə qaydaları


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə