Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə25/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
Movzu-12-Turkiyə

Azərbaycan-Türkiyə münasibətləri
Siyasi-diplomatik əlaqələr
Azərbaycan 1991-ci ildən sonra ikinci dəfə öz müstəqiiliyin bərpa etdikdən sonra 1991-ci il noyabrın 9-da onu ilk tanıyan dövlət məhz Türkiyə oldu. 1992-ci ilin yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılmışdır. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın diplomatik missiyası faəliyyət başlamışdır. 1
Türkiyə prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat strateji əməkdaşlığın təmməl daşını qoydu. İki ölkə rəhbərləri arasında keçirilən görüşlər və Birgə Bəyanat qarşlıqlıəlaqələrin əsas prinsiplərini və inkişaf perspektivlərini müəyyən etdi.
Azərbaycan Resöublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərfli əlaqlərin inkişafına yeni təkan verdi. Ankarada aparılan danışıqlardan sonra fevralın 9-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.2
İkili əlaqələrin artırılması və gücləndirilməsi məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi yaradıldı. Sonra Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçlü görüşləri keçirildi, regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər işlənildi.3


Beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq
Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. İkitərəfli əlaqlələrlə yanaşı regional və beynəlxalq təşkilatlar çərçivəsində də Türkiyə ilə səmərəli işbirliyinin möhkəm təməli yaradılmışdır. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə