Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə27/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   23   24   25   26   27   28   29   30   ...   33
Movzu-12-Turkiyə

İqtisai-ticari əlaqələr
Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin hüquqi çərçivəsini təşkil edən “Türkiyə ilə Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Saziş 1992-ci ildə, “Türkiyə ilə Azərbaycan arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” Saziş ilə “Türkiyə ilə Azərbaycan arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında” Saziş isə müvafiq olaraq 1994 və 1997-ci illərdə imzalanıb və bununla da hüquqi bazanın qurulması önəmli ölçüdə tamamlanıb.7
2007-ci il noyabrın 6-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramı və İcra Planı”na əsasən isə tərəflər iqtisadi əməkdaşlıqda 8 prioritet sahə müəyyən ediblər ki, bunlar da aşağıdakılardır: ticarət, azad iqtisadi zona, sənayə, energetika, nəqliyyat, rabitə, turizm və kənd təsərrüfatı. Sənədə əsasən, Azərbaycan-Türkiyə azad iqtisadi zonasının yaradılması imkanlarının araşdırılması məqsədilə müzakirələr başlanmalı və müzakirələr nəticəsində tərtib olunacaq hesabat azad iqtisadi zona layihəsinin hazırlanması və həyata keçirilməsi ilə məşğul olan təşkilat və firmalara təqdim edilməlidir. Azərbaycanda azad iqtisadi zonanın yaradılması zamanı lazım olan təlim dəstəyi və texniki yardımları Türkiyə təmin edəcək.8
Azərbaycanla Türkiyə arasında magistral Bakl-Tbilisi-Qars dəmir olunun tikintisiə 2007-ci il noyabrın 21-də Azərbaycan, Türkiyə və Gürcüstam prezidentlərinin gğrüşündə strat verildi. Bu yol bölgədə təhlükəsizliyin, əməkdaşlığın, daşınma xərclərinin 30 faizədək azalacağına zəmanət verməklə yanaşı, iqtisadi və siyasi cəhətdən də çox əlverişlidir, həm də Şərq-Qərb dəhlizin açılmasıdır.9
2010-cu ildə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 12,2 faiz artıb. 2010-cu ildə Azərbaycana Türkiyədən 771.2 milyon dollarlıq mal idxal edilib ki, bu da idxal üzrə əsas tərəfdaş ölkələr arasında Rusiyadan sonra 2-ci mövqedir.
Bu gün iki ölkə arasında ticarət həcmi təxminən 5 milyard dollardır. Hər iki ölkənin hədəfi 2023-cü ilə qədər ticarət həcmini 15 milyard dollara çatdırmaqdır.
Beləliklə, tarazlaşdırılmış və çoxşaxəli xarici siyasət kursu yürüdən müstəqil Azərbaycan Respublikası Avropa sturukturları ilə hərtərfli inteqrsiya xəttini həyata keçirsə də, etnik və dini yaxınlığı ilə seçilən Şərq ölkələri, xüsusiə də Türkiyə ilə qarşılıqlı münasibətlərin inkişafına ciddi diqqət yetirərək, bu əlaqələri bu gün strateji tərəfdaşlıq səvviyəsində davam etdirir. Bu isə həm regional təhlükəsizliyin və stabiliyin qorunmasında, həm də Azərbaycanın Avropa dövlətləri ilə səx inteqrsiya olunmasında Türkiyənin potensialından səmərəli şəkildə istifadə olunmasında və dövlətimizin milli maraqlarının təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə