Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Türkiyə Cumhuriyyətində təhsil, elm, mədəniyyət və kitabxana işi



Yüklə 143,99 Kb.
səhifə30/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   25   26   27   28   29   30   31   32   33
Movzu-12-Turkiyə

Türkiyə Cumhuriyyətində təhsil, elm, mədəniyyət və kitabxana işi
Türkiyə Yaxın və Orta Şərqin ən böyük dövlətlərindən biridir. XIV əsrdə Kiçik Asiya ərazisində yaranan Türk dövləti XV əsrdə böyük Osmanlı imperiyasına çevrildi və intensiv fəthlər, siyasəti nəticəsində XVI əsrin əvvəllərində artıq çox geniş bir əraziyə malik idi. Ancaq arası kəsilməyən müharibələr ölkənin iqtisadiyyatma ağır zərbə vurdu və ordunun döyüş bacarığını qabiliyyətini zəiflətdi. Getdikcə artan hərbi məğlubiyyətlər nəticəsində Turkıyə əldə etdiyi torpaqları itirməyə başladı və XIX əsrin axırıncı rübündə imperialist dövlətlərdən asılı vəziyyotə düşdü. I Dünya muharibəsindəkı məğlubiyyətdən sonra isə ölkə dövlət müstəqilliyini itirmək təhlükəsı qarşısında qalmışdı. Türk xalqının Antanta dövlətlərinin (1918-1923) qüvvələrinə qarşı apardığı milli azadlıq hərəkatı 1923-cü il oktyabrın 29-da Türk Xalq Cümhuriyyətinin yaranması ilə sona çatdı. Türkiyə Ciımhuriyyəti, I Dünya müharibəsindən sonra məğlub olan və torpaqları paylaşdırılan Osmanlı dövlətinin son ordusu vo polis qüvvələrindən ibarət olan Kuvayi Milliyə deyilən bir xalq mübarizəsi təşkilatının Atatürk tərəfindən təşkil edilərək işğalçı dövlətlərə qarşı qoyulması ilə qurulmuşdur. Türkiyə milli azadlıq hərəkatının rəhbəri, Türkiyə Böyük MiIIət Məclisinin ilk sədri və ölkənin ilk prezidenti Mustafa Kamal Atatürk (1881-1938) idi. O. Türkiyə tarixində çox böyük, önəmli dəyişikliklərin həyata keçirilməsində mühüm rol oynamış, Vahid Milli Ordunun yaradılması, Konstitusiyanın (Anayasa) qəbulu (20 yanvar 1921), Türk Mədəni Qanunu və Türk Cəza Qanununun qəbulu (1926), Tədris Birliyi Qanunu və mədrəsələrin ləğv edilməsi (1924). Yeni türk əlifbasının qəbulu (1928), geyimdə dəyişiklik (1925-ci il 25 noyabrda Şapka geyilməsi haqqında qanunun qəbııl edilməsi), təqvimdə dəyişiklik (1925-ci il 26 dekabr tarixində çıxan qanunla miladi təqvim qəbul edildi). ölçü vahidlərində dəyişiklik (1 aprel 1931) Soyadı qanununun qəbulu. türk qadınlarına seçkilərdə iştirak etmə haqqının verilməsi (1930) və iqtisadi, ticarət, sənaye, tibb və bir sıra başqa sahələrdə olan yeniliklər Atatürkün adı ilə bağlıdır. Yeni yaranmış dövlətin qarşısmda iqtisadi problemlərlə yanaşı əhalinin maariflənməsi məsələləri də kəskin şəkildə dururdu. Əhalinin çox hissəsi savadsız idi, yüksək ixtisaslı kadrlara böyük ehtiyac olduğu aydın şəkildə hiss olunurdu. Türkiyə dövlətinin başçısı Atatürkün ən böyük idealı Türk millətini «ən mədəni və rifah səviyyəsi yüksək bir millət olaraq varlığını yiiksəltmək» idi. O, yaxşı bilirdi ki, milli təhsili gücsüz olan bir millət heç bir şəkildə inkişaf edə bilməz, «Təhsil bir milləti ya azad, şanlı, yüksək bir cəmiyyət olaraq yaşadar, ya da bir milləti əsarət və səfalətə sürükləyər» deyə qeyd edirdi. Hər bir cəmiyyətdə və hər bir dövlətdə olduğu kimi, burda da maarifin və mədəniyyətin inkişafında ən mühüm rolu türk kitabxanaları oynamalı idilər. Beləki, Osmanlı imperiyasından Türkiyəyə miras qalmış kütləvi və təhsil müəssisələrinin kitabxanaları qarşılarında duran vəzifələri yerinə yetirəcək səviyyədə deyildi. Kitabxana işində köklü dəyişikliklərə, yenidənqurmaya ehtiyac vardı. Bu da müəyyən qanunvericilik aktlarının qəbulunu tələb cdirdi. 1920-ci ildə Maarif Nazirliyi nəzdində Mədəniyyət İdarəsi (Hars dairəsi) yaradıldı. Onun vəzifəsi əsasən kitabxana və muzeylərin təşkili və onlara rəhbərlikdən ibarət idi. 1921-ci ildə Kitabxana Müfəttişliyi varadıldı. 1924-cü ildə Vahid təhsil haqqında qanuna əsasən əvvəllər Şəriət və Vakıflar Nazirliyinin tərkibində olan bütün mədəni-maarif müəssisələri (o cümlədən kitabxanalar) dövlət müəssisəsi elan edildi və Maarif Nazirliyinə verildi. Vakıf (dini qurumların nəzdində) kitabxanalarının ycnidən təşkili və kitabxana fondlarının in vc n tc irIa ş d ır11 m 3Sı ilə əlaqədar olaraq maddi vəsaitin ümumi uçot və təlimatı haqqında 1927-ci ildə qanun qəbul edildi. Bütün bu qərar və qətnamələr ölkənin milli xəzinəsi olan kitabxana fondlarının qorunub saxlanmasının təşkilinə imkan yaratdı. 1928-ci ildə həyata keçirilən əlifba islahatı (ərəb əlifbasımn latın əlifbası ilə əvəz olunması) ölkədə mədəniyyətin və maarifin inkişafına xeyli təsir göstərdi nəşr olunan kitabların tirajı çoxaldı (çap texnikası, mətnlərin yığımı asanlaşdı), savadlılıq artmağa başladı. 1929-cu ildə Ttirkiyo kitabxanalarına rəhbərlik edən bir müəssisə — Kitabxana Idarosi (Kütüphaneler genel müdürlüyü) yaradıldı. 1930-cu ildə bütün bölgələrdə kitabxanalar, oxu zalları və muzeylərin yaradılmasını diktə edən Qanun nəşr olundu. 1934-cü ildə isə «Məcburi nüsxə haqqında» və Türkiyədə adlandırıldığı kimi desək, «Dövlət nüsxəsi haqqında» Qanun qəbul edildi. Bu qanun vətən ədəbiyyatının bütün nəşrlərinin sistemli uçotunun (qeydiyyatı) və qorunub saxlanmasının əsasını qoydu. 5 böyük kitabxana ölkə ərazisinə daxil olan nəşrlərin bir pulsuz nüsxəsini almağa başladı. Məcburi nüsxələrin toplanması və paylanması üçün İstanbulda xüsusi idarə təşkil olunmuşdu. 1920-1930-cu illər üçün kitabxana işinə dair qanunvericilik aktları yuxarıda qeyd etdiklərimizdən ibarət idi. 0 vaxtdan 1978-ci ilə kimi Qanunvericiiikdə kitabxana işinə dair köklü bir dəyişiklik olmamışdır. Ancaq bir sıra yeni qanunlarm qəbulu (məcburi nüsxə, kitabxana işçilərinin statusu və hüquqi vəziyyəti və ümumilikdə kitabxana işi haqqında qanunların) zəruri idi. Bu qanun layihələri mütəmadi olaraq Türkiyə Böyük Millət Məclisində müzakirəyə qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, 1963-cü ildən Türkiyədə kitabxana binalarının planlı inşasına başlandı. 1965-ci ildə kitabxana binalarının standartlaşdırılması və rasionallaşdırılması problemləri, kadr təminatı, komplektləşdirmə işlərinin nizama salınması ilə məşğul olan, kitabxana texnikasıınn unifikasiyası üzrə işlərə rəhbərlik edən Komissiya yaradılmışdı.
Türkiyədə əlyazma və çap əsərlərinin işlənməsi, kataloqlaşdırma və təsnilləşdirmə üzrə çox sayda ədəbiyyat nəşr olunmuşdur. Bunlardan ən çox yayılanları «çap əsərlərinin əlifba kataloqu üçün qaydalar» (Ankara, 1957), «əlyazma və köhnə nəşrli kitabları təsnifləşdirmə və kataloqlaşdırma üzrə dərslik» (İstanbul, 1958), kütləvi kitabxanalar üçün 1961-ci ildə «Kitabları kataloqlaşdırma qaydaları, «Məktəb kitabxanalari üçün dərslik» (1959), «Uşaq kitabxanalarına rəhbərlik» (1958) və s.-dir. Türkiyə kitabxanalarında vahid təsnifat sxemi yox idi. Bu işlər Universal Onluq Təsnifat, Konqres Kitabxanasının təsnifat sistemi və M.Düinin Onluq Təsnifat sxeminə əsasən aparılırdı. Beləliklə də, təsnifləşdirmə zamanı türk nəşrlərinin özünə xas ərazi coğrafı xüsusiyyətləri çox vaxt nəzərə alınmırdı. Ən xoşa gəlməyən cəhət isə o idi ki, kitabxana fondu kataloqlarda tam əks olunmurdu. Komplektləşmədə, xidmətdə, toplu kataloqların tərtibində yaranan çətinliklərin səbəblərindən biri də bu idi. Kataloqlaşdırmaya mərkəzləşdirilmiş rəhbərliyin olmaması faktı kitabxanaların əməkdaşlığını və onların apardıqları işlərin əlaqələndirilməsini də çətinləşdirirdi.
Kitabxanalar xidmət formalarına görə milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları, uşaq kitabxanaları, məktəb kitabxanaları, universitet kitabxanaları, özəl kitabxanalar, şəhər kitabxanaları və gəzici (səyyar) kitabxanalar kimi tiplərə ayrılır. Bunlardan başqa əlyazma kitab fondlarına sahib kitabxanalar da vardır. Türkcə, farsca və ərəbcə əlyazmaların ən zəngin fondları Türkiyədə, xüsusilə İstanbuldakı kitabxanalarda saxlanılır. 150.000 əlyazma kitabı, mikrofilm fondu və modern təsisi ilə Süleymaniyə Kitabxanası bütün əlyazma kitabxanalarının öndə gələnidir. Ayrıca məscid (cami) və digər yerlərdəki əlyazma kitablar da Süleymaniyə Kitabxanasında toplanmışdır. Bayezid Dövlət Kitabxanası, Millət Kitabxanası, Istanbul Universitcti Mərkəzi Kitabxanası, Atıf əfəndi Kitabxanası, Hacı Səlim Ağa, Köprülü və Ragıb Paşa kitabxanaları da əlyazma əsərləri baxımmdan Tiirkiyənin zəngin kitabxanalarıdır. Yüzillər boyunca yazılan və bu gün də çap olunan milyonlarca kitablar da bu kitabxanaların fondunda öz yerini tapmışdır. Ancaq Osmanlılar və daha öncəki dövrlərdə yazılmış olan kitabları oxuyub başa düşə biləcək çox az insan qaldığı və günümüzdəki texnoloji irəliləyişlər nəticəsində ortaya çıxan səsli və görüntülü nəşrlərə daha çox rəğbət göstərildiyi üçün kitabxanalardan faydalanan oxucular nisbətən azalmışdır. Ümumilikdə isə Türkiyədə kitabxanalar 2 tipə bölünür: dövlət və özəl sektora aid olan kitabxanalar.
Dövlət sektorunun kitabxanaları ən böyük kitabxana şəbəkəsidir. Buraya Milli kitabxana, əksər təhsil müəssisələrinin kitabxanaları, idarə kitabxanaları və xüsusi kitabxanaların çox hissəsi, memorial və müzey kitabxanaları, kütləvi (şəhər) və kənd kitabxanaları, uşaq kitabxanaları daxildir.
Özəl sektora-müxtəlif siyasi partiyaların kitabxanaları, klubların, təbliğat təşkilatlarının, özəl təhsil müəssisələrinin (o cümlədən xarici dövlətlər tərəfindən təşkil olunan), məscid kitabxanaları, qeyri-müsəlman dini qurumların kitabxanaları, elmi cəmiyyətlərin və digər təşkilatların kitabxanaları daxildir.
Türkiyə Milli Kitabxanası (MK), dünyanın ən gənc milli kitabxanalarından biridir. Quruluş çalışmaları, 15 Aprel 1946-cı ildə Milli Təhsil Nazirliyi Yayımlar Müdirliyində kiçik bir büroda başlanılmış, qısa bir vaxt ərzində 8000 əsəri özündə saxlayan bir fond yaradılmışdır. l Aprel 1947-ci ildə müvəqqəti bir zaman üçün başqa bir binaya daşınmış və bu dönəmdə fondun ümumi miqdarı 60.000-ə çatmışdır. Adı çəkilən kitabxana fondunu xidmətə verə bilmək üçün Ankara Kumrular küçəsində yerləşən və günümüzdə Ankara II Xalq Kitabxanasına ev sahibliyi edən bina verilmiş və MK, 16 Avqust 1948-ci ildə istifadəçilərin üzünə açıldı. 1974-cü ildə Mədəniyyət Nazirliyi yarandıqdan sonra isə kitabxana onun rəhbərliyi altına keçdi. 1950-ci ildə onun Milli kitabxana statusunu təsdiq edən qərar qəbul cdildi. Bunun nəticəsində kitabxana dövlət mülkiyyətinə keçirildi. Milli Kitabxana 29 Mart 1950-ci il tarixində qəbul edilən «Kuruluş Kanunu» ilə hüquqi status qazandı. 18 May 1955-ci ildə qəbul edilən "Milli Kitabxananın Yaradılması Haqqında Qanuna əlavə" ilə Milli Kitabxananın təkibində bir Biblioqrafıya İnstitutunun yaradılmasına nail olundu. İlk binanın gələcəkdəki tələbatların qarşılaya bilməyəcəyi öncədən görülərək 1965-ci ildə yeni bir binanın planlaşdırılması çalışmalarına başlandı. 1965-1973-cü illəri əhatə edən uzun bir planlaşdırma mərhələsi nəticəsində inşaat işlərinin təməli qoyulmuş və bina 1982-ci ildə tamamlanmışdır.
Milli Kitabxana 5 Avqust 1983-cü ildə yeni binasında istifadəçilərinə xidmət etməyə başlamışdır. Milli Kitabxana kitab, əlyazması, nadir əsər, ərəb qrafikalı çap əsərləri, gündəlik qəzet, jurnal, bülleten, illik, afişa, xəritə, not, səs yazısı (CD və kaset), rəsm və s. materiallardan ibarət olan 2.560.372 nüsxə fonda sahibdir. MK-nın fondunda kitabların sayı 1.120.940 ədəd olub, günlük qəzet, jurnal, bülleten. illik və buna bənzər materiallardan ibarət olan 1.302.528 cildlik bir dövri nəşr tondu da mövcuddur. Bundan başqa, 26.262 ədəd əlyazma əsəri olan kitabxanada, afışa, xəritə, not, səs yazısı (disk və kaset), rosm, atlas, video kaset, tablo, pul kolleksiyaları kimi xüsusi qaydada yığılmış 85.809 vahiddən ibarət bır qeyri-kağız material fondu vardır. Milli Kitabxana fonduna əsərlər aşağıda göstərilən yollarla daxil olmaqdadır: a) Derleme yoluyla: 1934-cü ildə qəbul edilən çap Yazı və Rəsmləri Derleme Qanununun maddələri əsasında, Türkiyidə nəşr olunan hər əsərin bir nüsxəsinin Milli Kitabxanaya göndərilməsi mütləqdir. Ancaq qanun bütün nıaterial növlərini əhatə etmir (CD, yeni texnologiya ilə istehsal olunan materiallar) və kifayət qədər icra giicü olmadığı üzün, bu qanunun aktuallaşdırılması moqsədilə başlanmış çalışmalar davam ctdirilməkdədir. b) Satınalma yoluyla: Ölkə xaricində nəşr olunan Türkiyə və türklərə aid nəşrlər əsas olnıaq şərtilə müxtəlif müraciət mənbələri və gözəl sənətlərlə bağlı əsərlər satın alınmaqdadır. c) Hədiyyə yoluyla: Müxləlif insanlar və qurumlar tərəfindən edilən kitab və s. materialda əsər hədiyyələri qəbul edilməkdədir. d) Mübadilə yoluyla: Türkiyə Cümhuriyyəti ilə müxtəlif ölkələr arasında hazırlanan Mədəni Mübadilə Proqramları ilə Kitabxanalararası əməkdaşlıq çərçivəsində xaricdəki kitabxanalar, Türkologiya Institutu və müxtəlif təşkilatlarla qarşılıqlı əlaqələr əsasında kitab mübadiəsi aparılmaqdadır.
Türkiyədə kitabxana işi sahəsində mütəxəssis kadr hazırlığı ən boyük problemlərdən biridir. 20-30-cu illərdə ölkədə kitabxana işçilərinin qısa müddəlli hazırlıq kursları təşkil cdildi. 1925-1926-cı illərdə İstanbul və 1936-cı ildə Ankara Kənd Təsərrüfatı universitetlərində kurslar təşkil olunurdu. O zaman müəllim kadrları çatışmamazlığı və maliyyə çotinlikləri müşahidə olunurdu. 1940-cı illərin əvvəllərində kitabxana işçilərinin təhsili nisbətən stabilləşməyə başladı. 1942-ci ildə Ankara Universitetində kitabxanaçılar iiçün kurslar toşkil olundu. 1954-cü ildə bu kurslar kitabxana şöbəsinə çevrildi. 1964-cü ilə qədər burada əsasən xarici mütəxəssislər dors kcçirdi. Şöbədə təhsil müddəti 4 il idi. İlk məzunlar 1958-ci ildə buraxıldı. 1965-ci ildən etibarən şöbədə günorta təhsili ilə yanaşı, axşam dərsləri də aparmağa başlandı. 1955-ci ildən 1975-ci ilə qədər bu şöbəni 568 nəfər bitirdi ki, bıınun da 198 nəfəri kişi, 370 nəfəri qadın idi. 1964-cii ildə İstanbul Univcrsitctinin Ədəbiyyat fakültəsi yanında təşkil edilən kitabxanaçılıq kurslarmda universitetin öz kitabxanaları üçün kadr hazırlannırdı. 1972-ci ildə Ankaranm Hacetepe Universitetində Kitabxana işi və sənədləşmə şöbosi açıldı. Burada təhsil müddoti 4-5 il idi. Hər il şöbəni 25 nəfər bitirirdi. Alıan biliklərin təkmilləşdirilməsi üçün bəzi məzunlar ölkədən kənara yollandı.
Orta ixtisash mütəxəssislər isə öz biliklərini kitabxana İdarəsinin və Türk Kitabxanaçılar Dərnəyinin təşkil etdiyi qısamiiddətli kurslarda və seminarlarda aparılırdı. Məsələn, 1975-ci ildə kütləvi və uşaq kitabxanalarının müdürləri və kitabxanaçıları üçün inventarlaşdırma və kitabxana statistikası, cildləmə işi və s. üzrə kurslar təşkil olunmuşdu. Bu kursları təxminən 200 nəfər bitirmişdi.
1975-ci ilin əvvəllərində kütləvi və uşaq kitabxanalarında 1460 nəfər çalışırdısa, 1983-cii ildə bu rəqəm 2500-ə çatdırılmışdı. 1949-cu ildə Türk Kitabxanaçılar Dərnəyinin əsası qoyuldu. Bu dərnəyin məqsədi Türkiyədə kitabxanaların və kitabxana işinin inkişalina təsir göstərməkdən ibarət idi. O, kitabxanaçıların hüquqlarının qorunmasının, peşakar kursların, seminarlarm, konfransların təşkili, kitabxana işinin nəzəriyyəsi və təcrübəsinə aid işləri hazırlayıb çap ctmək və bu məsələləri öz üzərinə götürmüşdii.
1961-ci ildən dəmək öz şöbələrini açnıaq imkanı qazandı. Bu şöbələrin sayı sabit deyildi. Çiinki onların əksəriyyəti əsasən kitabxanaların bu və ya digər yerlərdə inkişafını həyata keçirmək üçün təşkil olunurdu. Türk Kitabxaııaçılar Dərnəyi maddi cəhətdən bir sıra dövlot və özəl müəssisələr, həm də ayn-ayrı şəxslər tərəfindən dəstəklənirdi. 1952-ci ildə dornək “Türk Kitabxanaçılar Dərnəyinin bülteni”nini nəşr etdirməyə başladı. 1962-ci ildən 1974-cü ilə qədər dərnok kitabxanaçıların 7 qurultaymı təşkil ctmişdir. Türk Kitabxanaçılar Dərnəyi İFLA-nın kollektiv üzvüdür, YUNESKO-dakı Türkiyə Milli Komissiyasının tərkibinə daxildir.
İndiyə qədər Türkiyə Cümhuriyyətində kitabxäna işi sahəsində önəmli nailiyyətlər əldə edilmişdir. Hazırda ölkədə əksər kitabxanalar əvvəllər olduğu kimi ayrı-ayrı şəxslərin mülkiyyəti deyil, dövlət idarələri hesab olunurlar. Kitabxana şəbəkələri genişlənmiş, yeni tip kitabxanalar yaranmış, yeni iş növləri (informasiyaya açıq çıxış sistemi, sərgilər, kitab həftələri və s.) tətbiq edilməyə başlamışdır. Ali və orta ixtisaslı kitabxanaçı kadrların hazırlanması üçün xüsusi kurslar fəaliyyət göstərir. Türk Kitabxanaçılar Dərnəyi, Milli Kitabxana və Biblioqrafıya İnstitutu yaradılmışdır. Ölkənin 5 kitabxanası ölkəyə daxil olan ədəbiyyatm pulsuz məcburi nüsxələrini ahr. 1934-cü ildən İstanbulda milli “Türkiyə biblioqrafiyası” çap olunmağa başladı.
1952-ci ildə Milli Kitabxananın yanında Biblioqrafiya İnstitutu yaradıldı və o, Türkiyədə biblioqrafik nəşrlərin hazırlanmasında Koordinasiya mərkəzinə çevrildi. Bu institut Türkiyə biblioqrafıyasının hazırlanması məqsədi ilə xeyli işlər aparırdı. 1954-cü ildən sonra isə “Türkiyə məqalələr biblioqrafiyası”nı nəşr etməyə başladı. Hər iki biblioqrafik göstərici ölkənin və xarici dövlətlərin bir çox müəssisələrinə və kitabxanalarına göndərilirdi. Bundan başqa institut “Türk dövri nəşrlərinin toplu kataloqu (1729- 1928)”, “Xarici dillərdə olan dövri nəşrlərin toplu kataloqu” və s. nəşrləri də çap edir. Vətən ədəbiyyatının və dövri nəşrlərin toplu kataloqlarının daha geniş şəkildə hazırlanması planlaşdırıhr.
XX əsrin 70-ci illərinin əvvəllərində Biblioqrafıya İnstitutunun tətbiqi elmlər üzrə dövri nəşrlərin toplu kataloqunu hazırlamağa başladı. Toplu kataloqdan başqa sahəvi biblioqrafık vəsaitlər, göstəricilər, bələdçilər də tərtib edilirdi. Milli kitabxanada biblioqrafık informasiya fəaliyyəti də aparılırdı. Kitabxananın Sənədləşmə Mərkəzi 1971-ci ildən “Türkiyə Cumhuriyyətinin rəsmi dövlət nəşrlərinin biblioqrafıyası”nı və bir sıra digər nəşrləri buraxmağa başladı.
Mərkəz ölkə daxilindən və xarici ölkələrdən gələn yazılı sorğuları da araşdırır və cavab göndərirdi. Türkiyə Elmi-Texniki Sənədləşmə Mərkəzi 1965-ci ildə Elmi-texniki sənəd üzrə Şura tərəfındən yaradılmışdır. O, Türkiyə ərazisinə daxil olan elmi-texniki dövri nəşrlərin toplu kataloqunu aparır, kimya, texniki elmlər, baylarlıq, zoologiya, kənd təsərriifatı və s. sahələr üzrə referativ bülletenlər hazırlayıb nəşr edir. Elmi-texniki Sənədləşmə Mərkəzi həm də Türkiyədə olan xarici dövri nəşrlərin biblioqrafık göstəricisinı hazırlayır, sənədləşmə üzrə kurslar təşkil edirdi. Mərkəzdə yiiksək səviyyəh peşəkar mütəxəssislər çahşırdı. Bu təşkilat dövlət idarələrinə, universitetlərə sənaye müəssisələrinə, o cümlədən xüsusi şəxslərə informasiya xidməti göstərirdi.
Hazırda Türkiyə dövlətinin qarşısında duran kitabxana işi haqqında qanunun və məcburi nüsxələr haqqnıda yeni qanunun qəbulu, kitabxana işçilərinin hiiquqi statusu, kitabxanaçıhq təhsilinə diqqət yetirilməsi, kitabxanalarm inkişafı üçün maliyyə vasaitinin artırılması və s. kimi ümdə vəzifələr durur.
Türkiyə universitetləri və onların kitabxanaları müxtəlif sistemlər üzrə qurulmuşdur. Bıına görə də universitet kitabxanalannın bir hissəsi fakültə işçilərinin daxil olduğu xüsusi komissiyanın rəhbərliyi altındadır. Universitet kitabxanalarına vahid rəhbərlik sistemi formalaşmayıb. 1950-ci iliərə qədər yaranan universitetlərdə mərkəzi və fakültə kitab saxlayıcısından başqa, bir çox xüsusi kitabxanalar da vardır ki, bu da belə kitabxanaların idarə olunmasını, maliyyələşdirilməsini və komplektləşdirilməsini çətinləşdirirdi. 1950-ci ildən sonra yaranan universitetlərdə isə kitabxanaların sayınm məhdudlaşdırılması, bütöv bir kitabxana sisteminin yaradılmasına cəhd olundıığu müşahidə olunurdu. Ankara universitetinin kitabxanası (1950) Türkiyənin ali məktəb kitabxanalarından ən böyüyüdiir. Təkcə Dil, Tarix və Coğrafiya fakültəsinin kitabxanasının fondunda 200.000 nüsxəyə qədər kitab fondu var idi. Ankarada yerləşən Haccetepe universiteti(1967) kitabxanası da universitetin özü kimi əvvəllər Ankara Universitetinin tərkibinə daxil olan tibb institutları və tibb lakültələrinin bazasında yaradılmışdır. Gazi Universileti 1982-ci ildə Ankarada Dövlət Universiteti olaraq yaradılmışdır. (1926-cı ildə yaranma ili qəbul edildiyindən, Universitet logosunda hər iki tarix də göstərilməkdədir.) Türkiyənin ən böyük universitetlərindən biridir, Türkiyədə ən böyük təhsil sisteminə sahibdir. Türk Cümhuriyyətləri, ona qohum və yaxın ölkələrdən gələn 1500-dən çox tələbəsi ilə Gazi Universiteti, xaricdən ən çox tələbə qəbul edən universitetdir. Gazi Universitetinin hazırda təhsil və təlimi davam ctdirən 22 fakültəsi, 7 yüksek okulu, 12 məslək yüksek okulu, 26 araşdırnıa Mərkəzi və 5 Institutu vardır. Gazi Universiteti Kitabxanası 2004-cii ildə Rektorluq binası içində yer alan 11.000 m yeni və müasir xidmətlər təqdim edən binastnda xidmətə başlamışdır. Kitabxana Ankaranın ən genişmiqyash (əhatəli) fondlarından birinə sahibdir. Kitabxana, 150.346 ədəd kitab, 61.938 ədəd cildli jurnal, 10.474 ədəd yüksək lisans tezi (magistr disscrtasiyası) olmaqla, ümumilikdə 222.758 cild çap məhsulu fonduna sahibdir. Dövri nəşrlərin sayı 702-si xarici, 583-ü Tiirkcə olaraq ümumilikdə 1.285 ədəddir. 2006-cı ildə təxminən 20.000 ədəd elektron jurnal və 30 ədəd online məlumat bazasına çıxışı olmuşdur. Kitabxanaya daxil olunan yeni nəşrlərin sayı hər il 10.000- 15.000 arasındadır. Kitabxanada təxminən 200 kompüter tədqiqatçıların xidmətinə verilmişdir. Universitei yenı başlayanlar üçün hər tədrıs ilinin əvvəlində kitabxana ilə tamnışlıq (tanıtım) proqramlan həyata keşirir.
İstanhul universitetinin Kitabxanası (1925) mərkəzı kıtabxanadan başqa 7 fakültə və müxtəlif iytisaslaşmış kitabxanalardan ibarətdir. Kitabxana məcburi nüsxə alır. Ümumilikdə onun fondunda 1 mln. nüsxə ədəbiyyat, o cümlədən mərkəzi kitabxanada 250 min nüsxə kitab və dövri nəşrlər vardır. İstanhul universitetinin Kitabxana və Sənəd Dairə Başqanlığınm tarixçiləri İstanhul Universitetinin başlanğıcını Fateh Sultan Mehmetin XV əsrin ikinci yarısında tiktirdiyi mədrəsədən götürdüyünü qeyd edirlər. İstanbul Universiteti Mərkəzi Kitabxanasımn fondu XV əsrdon qalma tiirkcə və xarici dilli əsarfcrdən ibarətdir. XX əsrin ilk rübündə, əsasən əlyazma və əski əlifbalı türkcə çap əsərlərindən ibarət olan fondu, 1928-ci il əlifbanm dəyişməsindən sonra, yeni türk əlifbasıyla çap edilmiş əsərlərlə zənginləşməyə davam etmiş, çap əsərlərinin və Rəsimlərin Derleme Qanunu (1934) qəbul edildiyində isə, Türkiyə Cümhuriyyəti Dövlətinin sərhədləri daxilində nəşr edilən əsərləri toplamağa başlamışdır. Öz fondunda müxtəlif əsərləri, dillərdə ədəbiyyatı toplamağı bacaran ən qədim və ən büyük universitet kitabxanasıdır. Türkiyo Böyiik Millət Məclisi Hökumətinin yaradılması (23 Aprel 1920) və Türkiyə Cümhuriyyətinin elanım (29 Ekim 1923) izləyən illərdə Darülfünım Kitabxanası adtnı dajiyan bu kitabxana, 1933-cü ildə həyata keçirilən universitet islahatı /lə İstanbul Universiteti Mərkəzi Kitabxanası adını almışdır. llk rəhbəri Hasan Fehmi Ethem Karatay xaricdə kitabxanaçıhq ali təhsili almış bir memardır. Türkiyənin digər universitet Kitabxanalarına nisbətdə avtomatlaşdırmaya keçməsi daha gec və yavaş olsa da, əski və yeni binalarında milli və beynəlxalq səviyyədə istifadəçilərinə verdiyi xidmətlər, kəmiyyət olıraq yüksək sayda və keyfıyyət olaraq da çox müasirdir. Bu çağdaşlaşrmda, müasirləşmədə son yeddi ilin gətirdiyi yeniliklər üstünlük təşkil edir. Onun kataloq sistemi, inkişaf etdirilərək bu gün də fəaliyyət göstərməkdədir.
İstanbul Texniki Universitetində (1944) mərkəzi kitabxana ilə yanaşı, fakültə kitabxanaları da fəaliyyət göstərir. Onun fondunda 60 236.min nüsxə ədəbiyyat fondu tormalaşıb ki, bu da əsasən universitetin tərkibinə daxil olan texnik məktob və liseylərin kitabxanalarının toplusudur. Ortadoğu Texnikı Universietinin kitabxanası Ankara şəhərində yerləşir və 1957-ci ildə əsası qoyulmuşdur. Müasir tipli kitabxanadır, 70 min nüsxə ədəbiyyatdan ibarət fonda malikdir və geniş beynəlxalq məlumat mübadiləsini həyata keçirir.
Çukurova Universiteti Kitabxanası (Adana) Universitetin Kitabxanası 4 Aprcl 1979-cu il tarixində Kitabxanaçılıq Institutu tərəfmdən Tibb Fakültəsinin Dekanlıq binasında açılmış və 1997-ci ilin Yanvar ayında yeni binasma köçürülmüşdiir. Kitabxanamn fondu 155.000 kitab, 90.000 niisxo dövri noşr. 797 ədəd qədim niisxələr, 2161 odod dissertasiya avto-refcratları (Akademik Aşama Dosyası) vo 9 çeşid CD verilonlor bazasından ibarətdir. Cukurova Universiteti Kitabxanasında müəllimlərin, tələbələrin və digər tədqiqatçılarm ehtiyac duyduqları informasiya axtarışı xidmətləri üçün kifayət qədər PC və CD molumat bazaları mövcuddur. Kitabxana fərqli elm sahələrinə aid 20 ədəd məlumat bazası ilə (Blackwell Synergy, Cambridge Journals Online, C.Ü. A'dan Z'yc Elek-tronik Dcrgi Listesi, Ebsco Host - Academic Search Prcmier, Ebsco Host - Business Searclı Premier, Engineering Village 2, IEEE/IEE Elcctronic Library (IEL), lnstitutc of Physics, ISI - Web o f Science (Sciencc Citation Index, Social Sciences Citation Indcx), Kluwer Online, Math Science Net, OVID, Oxford Online Journals, ProQuest AGRICOLA Plus Text, ProQuest Medical and Health Package, Science Direct, Springer Eink, Swetwise və Wiley InterScience) istifadəçilərinə xidmət etməkdədir. Eləcə də 1500 odod müxtəlif mövzularda fılm, kitab, jıırnal və elmi CD resurs mövcuddur. Kitabxananın müxtəlif yerlərindən toplam 90 internet bağlantı nöqtəsi fəaliyyət göstərir. Kitabxana, Türkiyədəki 12 Avropa Birliyi Sənədləri Mərkəzindon biridir. Kitabxana; Konfans Zah, Oxu Zalı, Dövri Nəşr Zalı, Yeni Adana Qozcti Xiisusi Foııdu, Müraciot. mənbələri və Informasiya Morkəzi, CD Fondu, Sərbəst çalışma Zalı, Aktual Nəşriər, Qədim və Nadir əsərlər Fondu, Dissertasiyalar və Avtoreferatlar (Akadcmik Aşama Dosyaları) Fondu, Avropa Birliyi Nəşrləri Fondu, İnternetə çıxışı olan Terminallar, Xüsusi çalışma kabinetləri və Şərq Zalı ilə xidmət etməkdədir.
İbtidai və orta ümumtəhsil nıəktəblərinin I və II pilləlori və peşə məktəbləri kitabxanaları Türkiyədə bir ad altında məktəb kitabxanaları adı altında fəaliyyət göstərir. 70-ci illərin əvvəllərində ölkədə ümumilikdə 700 min nüsxə fonda malik olan 1800 məktəb kitabxanasının olduğu mənbələrdə qcyd olunur. Əksər ibtidai məktəblərdə, xüsusilə də ucqar rayonlarda yerləşən məntəqələrdə kitabxanalar mövcud olmayıb. Məktəb kitabxanaları 1975-ci ildən Maarif Nazirliyinin rəhbərliyinə vcrilmişdir. Uzun illər bu kitabxanalar (xüsusilə də ibtidai moktəblərdə) maarif və mədəniyyət orqanlarının fəaliyyət dairəsindən kənarda qalmışdır. Hesab edilirdi ki, məktəb kitabxanalarmm xüstısi diqqətə ehtiyacı yoxdur, onların təşkili və inkişaf etdirilməsi ilə məktəblər özləri məşğul olmalıdırlar. İdarə və müəssisə kitabxanalarına morkozi dövlot tosisatlarının, nazirliklorin, müxtəlif idarə və müəssisələrin kitabxanaları daxildir. Xüsusi kitabxanaların bu şəbəkəsinə elmi və mülki idarələrin və müxtəlif qeyri-dövlət təşkilatlarımn kitabxanaları daxildir. Bu tip kitabxanalar fondunu mənsub olduqları idarələrin profılinə və mövzusuna uyğun olaraq satınalma, kitab mübadiləsi və hədiyyələr vasitəsilə komplektiəşdirilir. Belə kitabxanaların ən böyükləri Türk Tarix Cəmiyyətinin kitabxanası (Ankara, 1931), Geoloji araşdırmalar İnstitutunun kitabxanası (1935), Türk Linqvistika Cəmiyyətinin kitabxanası (1932) və s.-dir. Onların fondunda 15 mindən 60 min cildə qədər kitab və dövri nəşrlər saxlamhr.
Memorial və muzey kitabxanalarıda Türkiyədə geniş yayılmışdı. Dünyada ərəb, türk və fars dillərində olan əlyazmaların 80%-i Türkiyənin bu tip kitabxanalarında saxlanılır. Burada, həmçinin erməni, yunan, latın və s. dillərdə olan əlyazmalara da rast gəlinir. Əlyazmalann dəqiq sayı məlum deyil, çünki onların çox hissəsi biblioqrafik təsvir olunmamışdır. Bundan başqa şəxsi külliyyatlardan əlyazmaların kitabxanalara verilməsi prosesi tam başa çatdırılmamışdır. Əlyazmalardan başqa, bu kitabxanalarda həm də köhnə çap kitabları da saxlanılır. Belə kitabxanaların ən böyüklərindən Topqapı sarayının muzey kitabxanası (1718), Süleymaniyyə məscidinin kitabxanasını (1752), Aya-Sofya məscidinin kitabxanasənı (1740), Nuru Osmaniyyə kitabxanasını (XVIII əsr), Millət kitabxanasını (1916) və s. göstərmək olar. Süleymaniyyə kitabxanasında 1975-ci ilə olan məlumata görə öz müəlliflərinin adını daşıyan 94 kolleksiya vardır ki, bu da 63908 əlyazmadan, 32629 köhnə çap kitablardan, 4381 mikrofilm və 222 əlyazmanın fotosurətindən ibarətdir. Adlan çəkilən kitabsaxlayıcılardan başqa Türkiyədə və xaricdə yaxşı tannınan, məşhur Köprülü kitabxanası(1616), Atıf əfəndi kitabxanası (1741), Raqib Paşa kitabxanası (1763), Murat Hoca kitabxanası (1745) və bir çox başqa bu kimi kitabxanaların da adlarmı qeyd etmək olar. Onların fondunda 2 mindən 17 minədək əlyazma və köhnə çap kitablar qorunub saxlanılır. Bütün bu memorial və muzey kitabxanaları əsasən İstanbulda yerləşir.
Kütləvi kitabxanalar bir çox nöqteyi-nəzərdən (təşkilati, maliyyə təminatı, fondunun həcmi və tərkibi, komplektləşdirmə, kadrlann vəziyyəti, oxuculara xidmət və s. baxımdan) kifayət qədər geniş və bir-birindən fərqli şəhər kitabxanaları şəbəkəsidir. Onlann bir çoxlarmm fondunda köhnə çap və əlyazma kitabları da vardır. 1975-ci ilin məlumatına görə 3 min. çap əsərlərindən və 160 mindən çox əlyazma kitablarından ibarət fondu olan 334 kütləvi kitabxana mövcud olmuşdur. Bu kitabxanalar öz fondlarını Kitabxana idarəsinin köməkliyi ilə satın almaqla, pulsuz rəsmi nəşrlərin və hədiyyələrin verilməsi yolu ilə komplektləşdirir. Türkiyədə 3 ən böyük kütləvi kitabxana - Ankara kütləvi kitabxanası (1928), Bəyazid məscidi yanmdakı kitabxana (1882) və İzmir Milli kitabxanası (1912) məcburi nüsxə alırlar. Böyük kütiəvi kitabxanalar sırasına İstanbul bələdiyyəsinin kitabxanasını (1929) və Bursa kütləvi kitabxanasını (1948) da aid etmək olar. Onların fondunda 10 mindən 100 minədək kitab saxlamhr. Kütləvi kitabxanalar Mədəniyyət Nazirliyi tabeçiliyində olan Kitabxana idarəsinin rəhbərliyi altındadır. Onlar əsasən dövlət tərəfindən maliyyələşdirilir. 1975-ci ildə bu kitabxanalara 85 mln. türk lirəsi həcmində maliyyə vəsaiti ayrılmışdır. Qeyd edildiyi kimi, kütləvi kitabxanaların təşkilində bələdiyyələr də iştirak edirdi. Kitabxana binalarının inşasında, onların fondunun təşkilində yerli kitabxana cəmiyyətləri və xüsusi şəxslər böyük rol oynayırdılar. Bundan başqa şəhərlərdə xalq cvlərinin, kənd yerlərində isə oxu zallarınm (halk odaları) kitabxanalan da əhaliyə kitabla xidməti həyata keçirirdilər. Onlar Xalq Maarif Idarəsi (Halk eyitim genel müdürlüyü) tərəfındən yaradılır, təşkil olunurdu və əsasən adı çəkilən idarənin qərarı ilə ııəşr olunan ədəbiyyatla komplektləşdirilirdi. Kitabların müəllifini və mövzusunu xüsusi komissiya müəyyən edirdi. 1955-ci ildə Maarif Nazirliyinin qərarı ilə kütləvi kitabxanalar kənd yerlərində evə kitab verilişi bölmələri açmış, «yeriyən» (səyyar) və ya stasionar kitabxanalar təşkil etmişdilər. Bü kitabxanalar maliyyə imkanları və məkan şərtlərindən asılı olaraq avtobuslarda gətirilirdi. 70-ci illərin əvvəllərində ölkədə 2 mindən artıq xalq evləri və oxu zalları var idi. 1974-cü ildə Ankara, Ərzurum, Əskişəhər, Qaziantep, Adana, İstanbul, İzmir, Kayseri, Konya, Ordu və digər şəhərlərin ətrafındakı kənd yeıiərində 15 «bibliobus» xidmət göstərmişdir. Rəsmi məlumatlara görə «yeriyon» kitabxanalarda 377486 oxucuya 55012 kitab verilmişdir və 31313 oxucu qeydə almmışdır. Ümumilikdə 1974-cü ildə 372 bölgədə əhaliyə belə kitabxana xidməti göstərilmişdir. Belə ki, türk kəndlərinin böyük hissəsi kitabxana xidmətindən məhrum qalmışdır, çünki bu işin təşkili üçün kütləvi kitabxanaların çox cüzi hissəsi Kitabxana idarəsindən maliyyə vəsaiti, nəqliyyat və kadrlar ala bilirdi. Uşaq kitabxanaları və kütləvi kitabxanalarm uşaq bölmələri Türkiyə Respublikası üçün yeni kitabxana növü idi. İlk uşaq kitabxanaları 1952-ci ildə açılmışdır. 1975-ci ildə onların sayı 300-dən çox olmuşdur.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə