Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Türkiyə Cümhuriyyəti Milli kitabxanasının yaradılması və fəaliyyəti



Yüklə 143,99 Kb.
səhifə31/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   25   26   27   28   29   30   31   32   33
Movzu-12-Turkiyə

Türkiyə Cümhuriyyəti Milli kitabxanasının yaradılması və fəaliyyəti
Qədim və orta əsr Türkiyəsində kitabçılıq və kitabxanaçılıq nıədəniyyətinin bir sıra elementləri Azərbaycan mədəniyyəli ilə ortaq əlamətlərə malik olmuşdur. Türkiyə ərazisi dünya mədəniyyətinin beşiyi olan bir çox sivilizasiyaların yaranması və yayılmasına şahidlik etmişdir. Zəngin tarixi hadisələr, insan zəkasının nailiyyətləri, miiharibələr və yox olmuş sivilizasiyalar Türkiyə ərazisində baş vermiş bəziləri tarixin dərin qatlarında qorunub saxlanmış, bəziləri ilə bütünlüklə silinib yox olmuşdur. Türkiyə coğrafiyasında ən erkən dövrlərdən əlifbaların yaranması, ilk yazı materialları, kitab və kitabxana mədəniyyatinin yaranması ilə əlaqədar xeyli tarixi arxeoloji və faktoqrafik məlumat qorunub saxlanmışdır. Orta əsrlərdə xüsusilə inkişaf etmiş kitabçılıq və kitabxanaçılıq ənənəbri tarixi mənbələrdə, təzkirə və digər sənədlərdə öz geniş təsvirini tapmışdır. Sultan Bəyazidin, Sultan Suleymamn saray kitabxanaları dövrünün dövlət kitabxanası milli kitabxana statusu daşımış və zamamn ən möhtəşəm kitabxanalarından biri olmuşdu.
1946-cı ildə Adnan Ötüken tərəfindən yaradılmış Türkiyə Milli Kitabxanası xarici ölkənin milli kitabxanaları ilə müqayisədə çox gənc bir kitabxana olmasma baxmayaraq bu gün maiik olduğu maddi-texniki bazası baxımından son dərəcə zəngin bir kitabxanadır. Miili Kitabxana sözün həqiqi mənasında türk mədəniyyətinin aynası, milli mədəni xəzinə və türk millətinin milli yaddaşıdır. Türkiyə Milli Kitabxanasının qarşıya qoyduğu məqsəd beynəlxalq informasiya axınnın mərkəzinə çevrilərək, cəmiyyətin mədəni inkişafında. iqtisadi cəhətdən genişlənməsində, informasiya cəmiyyətinin yaradılmasında mühüm rol oynamaqdır.


Türkiyə Respublikası Böyük Millət Məclisi kitabxanası və müasir kitabxana xidməti
Türkiyə Cümhuriyyətinin 85 illiyi ilə əlaqədar çap edilmiş “Məclis Kütübxanəsi” bülleteni Türkiyə parlamentarizmində kitabxana fəaliyyətinin mühum rolunu məzmunlu şəkildə ifadə edir. 1920 - ci ildə Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlaması ilə eyni vaxtda Məclis kiitabxanası istifadəyə verilmişdi. Aydın Miilət vəkili Dr. Mazhar kitabxananın ilk rəhbəri olmuş, məclis kitabxanasının ilk fəaliyyət siyasətini müəyyənləşdirərək həyata keçirmişdir. 5 nəfərdən ibarət “kitabxana komissiyonu” təsis edərək I və II Osmanlı məclisinin rəsmi sənədlərindən ibarət 5000 cild kataloq, qəzet, jurnal və digər materiallar kitabxananm fonduna daxil edilir. Müəyyən olunur ki, Məclis kitabxanası özünə qədərki, məclis kitabxanalarını varislik prinsipini qorumuş və ənənələri inkişaf etdirmişdi.
1960-cı ildə istifadəyə verilmiş məclis kitabxanasmm yeni binası əvvllər yerləşmiş olduğu binadan fərqli olaraq Parlament kitabxanası üçün layihələşdirilmiş və istifadəyə verilmişdir. 2550 kv.metr əraziyə malik kitabxanası xüsusi layihə nəticəsində, perespektivdə genişləndirmə imkanlarında malik və ən müasir kitabxana sturukturna malik şəkildə istifadəyə verilmişdi.
Kitabxana MARK proqramı ilə təmin olunmuş, elektron kataloqu tərtuib edilmiş, zəngin kitab və sənədlər fondu formalaşdırılmşdı. Ölkə daxilində çap məhsullarınm məcburi nüsxələrini alır, xaricdə çap olunan nəşrlərin seçilmiş komplektləşməsini həyata keçirir. Türkiyyə Cümhuriyyəti Böyük Millət Məclisinin kitabxanasının kadr təchizatı məsələsində xüsusi həssaslıqla həyata keçirilir. Kitabxananın müdir vəzifəsini tutmaq üçün mütləq kitabxanaçılıq təhsili almaq və 5 ildə artıq parlamentdə iş təcrübəsinə malik olması tələb olunur. Hal hazırda kitabxananın yüksək peşəkaıiardan ibarət kollektivi formalaşmışdı. Məclis kitabxanası dörd istiqamətdə fəaliyyətinin inteqrasiyasını həyata keçirir.
I istiqamət, Avropa şurası və Avropa parlamentləri ilo informasiya və rcsurs mübadiləsi.
II istiqamət. Türrk dilli respublikaların parlamentləri ilə informasiya və resurs mübadiləsi.
III istiqamət, islam ölkələri parlamentləri kitabxanaları ilə informasıya və resıırs miibadiləsi.
IV istiqamət. Dünya parlamentləri kitabxanaları ilə informasiya və resurs miibadiləsi.
Kitabxana əlaqələrinin genişliyi və əhatəliyi baxımdan unikal fəaliyyət həyata keçirməkdədir. İslam ölkələri parlamentlərarası əlaqəbr kontekstində də Məclis kitabxanası geniş fəaliyyət göstərməkdədir. Həyata keçirilən inteqrasiya və resursların mübadiləsi qeyd olunan bütün istiqamətlərdə xüsusiyyətlər nəzərə alınaraq həyata keçirılir kı, hər istiqamət müstəqil şəkildə araşdırma obyekti ola bilər.
Türk dilli respublikalarmm parlamentlərrarası əlaqolərinin prioritet təşkil etməsi məclis kitabxanalarının da əlaqələrində öz əksini tapmaqdadır. Qarşılıqlı səfərlərin, yazışmaların və resurs mübadiləsinin genişliyi bunu sübut edir. Əlaqələr inkişaf dinamikası və keyfıyyət dərinliyi və bu münasibətlərin yaxın illərdə daha genişlənəcəyinin iddia etməyə bızə əsas verir.
Kitabxananm elmi tədqiqat şöbəsi 1982-ci ildə yaradılmış və əsas tədqiqat obyekti millət vəkillərinin məlumat chtiyacının öyrənılməsı, sorğularının yerinə yetirilmə dərəcəsi, millət vəkilinin peşəkar fəaliyyətincə məlumat təminatının rolu problemlərini öyrənməkdən, hüquq, ekologiya, beynəlxalq münasibətlər, siyasət və ictimai elmlər sahəsində məlumatın analizi həyata kcçirilir. Xarici dilləri bilən peşəkar mütəxəssislər kollektivi formalaşmışdır. Dünyanın müxtəlif istiqamətlərindən daxil olunan məlumat analiz olunur və istifadəyə tövsiyə edilir. Millət vəkillərinin sorğuları əsasında, dövbt əhəmiyyətli və ya dünya gündəmində olan məsələlərlə əlaqədar biblioqrafıq və informativ icmalar hazırlanır və hesabatlar verilir. Mətbuatda və kommunikasiya vasitəsi ilə ötürülən məlumat kütləsi mütəxəssislər tərəfindən öyrənilir və sistemləşdirilir. Kitabxana elektron resursların xüsusi sistemləşdirilmiş fonduna malikdir. Kitabxana fondunda 300 min nüsxə türkcə və xarici dillərdə olan çap məhsulu saxlanılmaqdadır. Hər il 10-15 min nüsxə çap vahidi və ya elektron resursdan ibarət yeni materiallar xüsusi seçimdən keçməklə kitabxana fonduna daxil edilir. Kitabxananın hesabatlarından məlum olur ki, Osmanlı dövründən başlayaraq qəbul edilmiş sənədlərin 90%-n elektron formatda hazırlanıb və sistemə daxil ediiib. Bu sahədə kitabxananın qabaqcıl təcrübəsi diqqəti cəlb edir və əhəmiyyətlidir. Kitabxana ilk növbədə millət vəkillərinə geniş mənada kitabxana - informasiya xidməti göstərməkdədir. Bununla yanaşı kitabxananm əsas qaydalarına riayət etmək şərti ilə hər hansı bir vətəndaşa da xidmət göstəriiir. Kitabxananın elektron kataloqu və resursları sosial şobəkələr vasitəsilə kütləvi istehlakçının da istifadəsinə şərait yaradır. Bu baxımdan məclis kitabxanası proqresiv xidmət siyasəti həyata keçirməkdədir. Parlamentlərarası məlumat mübadiləsini həyata keçirən mərkəz funksiyasını artıq parlament kitabxanaları həyata keçirir. Bu məqsədlə vaxtaşırı seminarlar, treninqlər və təcrübə mübadiləsi məqsədi ilə qarşılıqlı səfərlər həyata keçirilir. Türkdilli Dövlətlərin Parlamentlər Assambleyası (Türk PA) son illər fəaliyyətini xeyli genişləndırmişdi. Vaxtaşırı keçirilən görüşlər, qəbul edilən rəsmi sənədlər münasibətlərin inkişaf dinamikasını ifadə edir. Yaxın illərdə Parlament kitabxanalannın inteqrasiya prosesində yeni addımlarm atılması ehtimal edilir. ESPRD-mn (Avropa Parlamentlərinin Sənədlərin Araşdırılması və Tədqiqi Mərkəzi) fəaliyyəti göstərməkdədir. Parlament kitabxanalarınm diıcktorları bu mərkəzin müxbiri səlahiyyətində fəaliyyət göstərir və öz dövlətlərini təmsil edir. Azərbaycan Milli Məclisində kitabxanası bu mərkəzin fəaliyyətində öz təmsilçiliyini təmin etmişdir.

Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə