Mövzu: 13. NƏQLİyyat logiSTİkasi plan: logiSTİkanin nəQLİyyata təSİRİ NƏQLİyyat nöVLƏRİNİn təSNİfati



Yüklə 427,5 Kb.
səhifə14/22
tarix18.05.2022
ölçüsü427,5 Kb.
#87311
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
M-vzu-13

Multimodal daşımalarda bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqletmə ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər. İlkin nəqliyyat növü vahid nəql­etmə sənədlərinin rəsmiləşdirilməsi zamanı nəqletmə prosesindəki iştirakçıların sayından asılı olmayaraq daşınmanı təşkil etdiyindən son təyinat məntəqəsinə qədər maddi məsuliyyət daşıyır.
İntermodal daşımalar zamanı yük sahibləri yüklərin hərəkəti boyu bir şəxslə (operatorla) müqavilə bağlayırlar. Operator kimi logistik yüklərin müəyyən edilmiş marşrut üzrə müxtəlif nəqliyyat vasitələrilə daşınması üçün fəaliyyət göstərən, yük sahiblərini digər nəqliyyat təşkilatları ilə müqavilə münasibətlərinə girməkdən azad edən ekspeditor firmaları çıxış edirlər. Vahid operatorun mövcudluğu material axınlarının ardıcıl və fasiləsiz hərəkətini layihələşdirmək üçün prinsipial imkanlar yaratmaqla çıxışda (yük alıcılarında) logistik parametrlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına köməklik göstərir
İntermodal (multimodal) daşımaların əsas əlamətləri:

  • yükləri ilkin məntəqədən son təyinat məntəqəsinə qədər çatdıran operatorun varlığı və onların fəaliyyət mexanizmi;

  • vahid fraxta dərəcələri;

  • vahid nəqliyyat sənədi;

  • yüklərə və yüklərin daşınması üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinə görə maddi məsuliyyətdən ibarətdir.

Yükdaşımaların intermodal və multimodal sistemlərinin əsas fəaliyyət prinsiplərinə:

  • kommersiya fəaliyyəti üçün normativ hüquqi bazanın yaradılması və formalaşdırılması;

  • yükdaşımaların təşkili ilə bağlı maliyyə – iqtisad səpkili məsələlərinin həllinə kompleks yanaşma;

  • telekommunikasiya şəbəkələri və sənəd dövriyyəsinin elektron sistemindən maksimum istifadə olunması;

  • nəqletmədə iştirak edən bütün logistik vasitəçilərin fəaliyyətinin əlaqələndirilməsi;

  • logistik vasitəçilərin kooperasiyası;

  • müxtəlif nəqliyyat vasitələri ilə yükdaşımaların infrastrukturunun kompleks inkişafı aid edilir.

Ölkə daxilində idxal – ixrac əməliyyatlarının aparılması üçün multimodal tə­yinatlı daşımaların həyata keçirilməsi zamanı yüklərin gömrük rəsmiləş­diril­məsi, nəqliyyat məcəlləsi və yüklərin hərəkət marşrutlarının keçdiyi ölkə­lərdə yükdaşımaların tənzimlənməsi üzrə normativ - hüquqi bazanın beynəl­xalq standartların tələblərinə cavab vermə səviyyəsi böyük əhəmiyyət kəsb edir.
Multi və intermodal daşımalarda nəqliyyat prosesinin informasiya - kompyüter təminatının oynadığı rolu, daşıdığı əhəmiyyəti xüsusi qeyd etmək lazımdır. Ölkəmizin beynəlxalq informasiya fəzası ilə inteqrasiyası üçün logistik sistemlərdə müasir məlumatların elektron mübadiləsini nəzərdə tutan EDI, EDIFACT kimi beynəlxalq standartlardan istifadə olunması, kağızsız elektron sənəd mübadiləsinin inkişafı daha məqsədə­uyğundur. Nəqletmə üçün əhəmiyyətli rolu kommersiya (CompuSeve, America Online, Reicom) və qeyri - kommersiya (Internet) sputnik rabitə sistemləri və nəqliyyat vasitələri üçün naviqasiya (Inmarsat – C, GPS) xarakterli beynəlxalq kommunikasiya şəbəkələri yerinə yetirir.
Beləliklə, müxtəlif təyinatlı logistik yükləri konkret məntəqələr arasında müxtəlif nəqliyyat vasitələrilə daşımaq mümkündürsə, onda bu işin səmərəli və əlverişli aparılması üçün texniki – iqtisadi hesablamaların yerinə yetirilməsi lazım gəlir. Hesablamalar müxtəlif variantlar üzrə aparılır. Optimal variantın seçilməsi üçün əsas göstəricilər kimi yükün son təyinat məntəqəsinə çatdırılması müddəti və istis­mar xərclərinin həcmi mütləq nəzərə alınmalıdır. Aydındır ki, müxtəlif nəqliyyat növləri üzrə bu göstəricilər bir-birindən kəskin fərqlənir. Ona görə də ayrı-ayrı nəqliyyat növlərinin üstünlüklərini nəzərə almaq üçün onların aşağıdakı texniki – iqtisadi göstəricilərini bir-birilə müqayisə etmək lazımdır:

  • nəqletməyə çəkilən minimum məsrəflər;

  • yüklərin göndərilməsi tezliyi;

  • yük qrafiklərinə maksimum riyaət olunması etibarlılığı;

  • nəqliyyat ehtiyatları ilə bağlı minimum məsrəflər (ziyanlar);

  • nəqliyyat vasitələrinin yükləri istənilən yerə çatdırması imkanları;

  • məhsullar üzrə differensiasiya;

  • nəqletmə müddəti;

  • təhlükəsizlik və s.

Daşınmaya çəkilən məsrəflər bilavasitə həm müəyyən həcmdə yüklərin da­şın­masına (nəqliyyat işlərinin yerinə yetirilməsinə) görə nəqliyyat tariflə­rin­dən, həm də nəqliyyat – ekspedisiya əməliy-yatlarına (yükləmə-boşaltma, tara­laşdırma, yenidən yükləmə, sortlaşdırma və s.), yəni fiziki bölüşdürmə ilə əlaqədar logistik əməliyyatlara çəkilən məsrəflərdən ibarətdir. Nəqletməyə çəkilən məsrəflər nəqliyyat növünün və daşıma üsullarının seçilməsi üçün əsas meyar rolunu oynayır.
Yüklərin nəqletmə müddəti (tranzit vaxtı) həm alternativ seçimin aparılması zamanı prioritet göstəricilər üzrə daşınmaya çəkilən məsrəflərin, həm də müasir JIR, QR, DDT logistik konsepsiyaların müəyyənləş­dirilməsində mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən yüklərin təyin edilən müddətdə son təyinat məntəqələrinə bütün bərabər şərtlər daxilində çatdırıl­ması daşıma marşrutlarının və ya sxem-lərinin düzgün seçilməsini və onların etibarlı olmasını təsdiqləməklə hazır məhsul satışı bazarında əhəmiyyətli dərəcədə rəqabət üstünlüklərini təmin edir, məhsul differensiasiyası strate­giyasının tətbiq edilməsinə imkan yaradır.
Konkret nəqliyyat növünü seçən logistik menecmentin nəqliyyatın texniki – istismar göstəricilərini, daşıma imkanlarını və bu nəqliyyat vasitələrindən istifadənin əlverişli olmasını, nəqliyyatın coğrafi baxımdan heç bir məhdu­diyyətlə rastlaşmaması kimi amilləri mütləq nəzərə alması lazımdır.
Nəhayət, nəqliyyat vasitələrinin seçilməsi zamanı mühüm şərtlərdən biri də yüklərin hərəkəti boyu nəqliyyat vasitələrinə qoyulan beynəlxalq ekoloji, habelə yüklərin kəmiyyət və keyfiyyətcə qorunması, saxlanmasını təmin edən standart tələblərdən ibarətdir.
Qeyd edilən bu amillərin müxtəlif ekspertlər tərəfindən qiymətləndirilməsi göstərir ki, sadalanan göstəricilər içərisində nəqliyyat vasitələrinin seçilməsi zamanı əsasən aşağıdakı:

  • yükgöndərmə qrafiklərinə riayət olunması;

  • nəqletmə müddəti;

  • daşınmanın dəyəri kimi amillərə daha çox üstünlük verilir.

Logistik menecmentin konkret xüsusiyyətləri baxımından hər bir nəqliyyat növü logistik sistem daxilində onun istifadə imkanlarını müəyyənləşdirə bilən üstünlüklərə və çatışmazlıqlara malikdir.
Hər bir nəqliyyat növü (boru kəməri nəqliyyatından başqa) nəqliyyat vasitələrinin müəyyən tipi və onun istehsal-texniki bazası (nəqliyyat vasitələrinə texniki xidmət göstərən, təmir edən və istimarı üçün şərait yaradan) ilə xarakterizə olunur.
Nəqliyyat logistikasının tədqiqi ilə məşğul olan əksər xarici müəlliflər nəqliyyat sisteminin kompo-nenti kimi yolları (dəmir yol, avtomobil, hava, dəniz və s. nəqliyyat), terminalları, dəmir yolu nəqliyyat vasitələrinin hamısını və dartı vasitələrini nəzərdə tuturlar. Logistik menecerlər üçün bu komponentlərin bir sıra texniki – istismar parametrləri əsas təyinedici faktor kimi çıxış edir. Nəqliyyat vasitələri üçün məhz belə parametrlərə:

  • texniki və istismar sürəti;

  • nəqliyyat vasitələrinin qabarit ölçüləri;

  • oxlara düşən ümumi yükün kütləsi;

  • mühərrikin gücü;

  • yükgötürmə qabiliyyəti;

  • vaqon, qoşqu, yarımqoşqu və yedəklərin qabarit ölçüləri.


Yüklə 427,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə