Mövzu: 13. NƏQLİyyat logiSTİkasi plan: logiSTİkanin nəQLİyyata təSİRİ NƏQLİyyat nöVLƏRİNİn təSNİfati



Yüklə 427,5 Kb.
səhifə20/22
tarix18.05.2022
ölçüsü427,5 Kb.
#87311
1   ...   14   15   16   17   18   19   20   21   22
M-vzu-13

Dayanıqlı (ciddi) tarif dərəcələri ayrı – ayrılıqda hər bir gəmiçilik departamentləri üzrə kiçik kabotajlı ixtiyari yük növünün daşınması üçün müxtəlif olduğu halda, iri kabotajlı yüklərin daşınması üçün isə bu tarif dərəcələri differensiallaşdırılır. Belə ki, birinci qrup yüklər üçün müəyyən edilən tarif dərəcələri ən yüksək, sonuncu - 16 - cı qrupa mənsub edilən yüklər üçün isə ən aşağı olur.


5. YÜKLƏRİN NƏQL EDİLMƏSİNİN TƏŞKİLİ
VƏ İDARƏ EDİLMƏSİ

Yüklərin nəql edilməsinin təşkili və idarə edilməsi hər bir ölkədə dövlət səviyyəsində qəbul edilən çoxlu sayda qanunvericilik aktları və normativ – hüquqi sənədlər, habelə beynəlxalq razılaşmalar və konvensiyalarla tənzimlənir.


Azərbaycan Respublikası daxilində yüklərin daşınması üçün əsas normativ sənədlər:

  • Mülki məcəllə;

  • Dəmir yolu nizamnaməsi;

  • Avtomobil nəqliyyatı nizamnaməsi;

  • Hava məcəlləsi;

  • Dəniz gəmiçilik ticarəti məcəlləsi;

  • Daxili çay nəqliyyatı nizamnaməsi;

  • «Yol hərəkətinin təhlükəsizliyi haqqında» qanun;

  • Yükdaşımalar haqqında tövsiyələr və qaydalar.

Müxtəlif nəqliyyat vasitələri və müxtəlif nəqletmə sxemləri (marşrutları) ilə idxal – ixrac məhsullarının beynəlxalq daşımaları isə əlavə olaraq aşağıdakı normativ sənədlərlə:

  • Azərbaycan Respublikasının «Gömrük məcəlləsi»;

  • «Gömrük tarifləri haqqında» Azərbaycan Respublikasının qanunu;

  • Beynəlxalq yük konvensiyası (KOTİF);

  • Yüklərin beynəlxalq yollarda daşınması müqaviləsi haqqında BMT – nin AİK - nın 1956 – cı il konvensiyası;

  • Təhlükəli yüklərin beynəlxalq daşınması haqqında Avropa razılaşması (1961 və 1968 – ci illər);

  • Beynəlxalq yol daşımaları (BYD ) kitabçasının tətbiqi ilə beynəlxalq yükdaşımalar haqqında gömrük konvensiyası (BYD – nin 1975 – ci il 14 noyabr konvensiyası);

  • Dəmir yolu nəqliyyatının beynəlxalq tranzit tarifləri (BTT);

  • Beynəlxalq dəmir yolu yükdaşımaları haqqında razılaşma;

  • Yüklərin dəniz nəqliyyatı ilə daşınması haqqında BMT - nin konvensiyası (Hamburq qaydası);

  • Yüklərin beynəlxalq multimodal daşınması haqqında BMT - nin konvensiyası (Cenevrə, 1980 – ci il );

  • Beynəlxalq ticarətdə nəqliyyat terminalları operatorlarının öhdəlikləri üzrə BMT - nin konvensiyası (Vena, 1991 - ci il);

  • Beynəlxalq yükdaşımalar haqqında gömrük konvensiyası və s. beynəlxalq razılaşmalarla tənzimlənir.

Hal-hazırda Azərbaycan Respublikasında nəqliyyat kompleksinin tənzimlən­məsi üçün normativ–hüquqi bazanın vəziyyəti bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrlə müqayisədə bazar münasibətlərinin tələblərindən çox geri qalır və respublikanın dünya iqtisadi məkanına inteqrasiya olunması yolunda maneələr yaradır. Bu respublikada logistika üzrə normativ - hüquqi bazanın olmaması ilə bir daha dərinləşir. Mövcud vəziyyətin aradan qaldırılması və bu sahədə irəliləyişlərə nail olmaq üçün Respublika Nəqliyyatı Nazirliyinin aparıcı mütəxəssisləri ilə birlikdə Milli Məclisin müvafiq komissiyaları nəqliyyat kompleksinin müasir tələblərə cavab verə bilən qanunvericilik layihələri üzərində konkret iş aparırlar.
Ümumiyyətlə, nəqletmənin təşkili əsasən aşağıdakıları:

  • məhsulların alqı – satqısı üzrə kontraktların (müqavilələrin) nəqliyyat üzrə şərtlərini;

  • məhsulgöndərmələrin bazis şərtlərini;

  • yüklərin daşınması haqqında müqavilələr və daşıma sənədlərini;

  • nəqletmə prosesinin sığortalaşdırılmasını;

  • nəqletmənin gömrük tənzimlənməsini;

  • nəqletmə prosesinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin təşkilini;

  • nəqletmə prosesi zamanı tərəflər və ya iştirakçılar arasında yaranan mübahisələrin həllini;

  • qablaşdırmanın standartlaşdırılması, yüklərin markalaşdırılması; yüklərin konteynerlərlə daşınması şərtlərini və s. nəzərdə tutur.

Məhsulların alqı – satqı müqavilələrində (əvvəlki fəsillərdə alqı-satqı müqavilələri şərh edilmişdir) yüklərin nəql edilməsi - daşınmasını nəzərdə tutan xüsusi bölmə vardır. Beynəlxalq yükdaşımalar (idxal – ixrac ticarət əməliyyatları) zamanı müqavilələrdə: yüklərin daşınması qaydası, yükləmə – boşaltma şərtləri və müddəti, ödəmələrin aparılması forması və qaydaları tərəflərlə razılaşdırılır. Qeyd olunan şərtlərin mahiyyəti hər şeydən əvvəl nəqliyyatın növündən, daşımaların həyata keçirilməsi üsullarından, yüklərin növündən, müqavilələrin tipindən, məhsulgöndərmənin bazis şərtlərindən, habelə aşağıdakıları özündə birləşdirən bir sıra faktorlardan:

  • məhsulların yüklənməsi müddətindən;

  • məhsulların istehlakçılara konkret məkanda satıcılar tərəfindən təhvil verilməsi qaydalarından;

  • yük daşıyanın adından;

  • limanların, dəmir yolu stansiyalarının, sərhəd keçid məntəqələrinin, yükləmə məntəqələrinin adından;

  • yükləmə – boşaltma işlərinə çəkilən məsrəfləri ödə­yə­cək tərəfin müəyyənləşdirilməsindən;

  • üçüncü ölkənin ərazisindən keçən tranzit yüklərinin daşınmasına görə hesablaşmaların qaydasından;

  • agent, broker, operator, ekspeditor və s. vasitəçilərin təyin edilməsi və onlarla hesablaşmanın aparılması qaydasından;

  • nəqliyyat risklərinin sığortalaşdırılması qaydasından;

  • yükü müşahidə edən sənədlərdən asılıdır.

Yüklərin nəqletmə prosesinin logistik iştirakçıları bir – biri ilə müqavilə münasibətlərinə girirlər. Bu müqavilələr bir – birindən nəqliyyatın növünə, daşınmanın üsullarına və digər amillərə görə fərqlənən çoxsaylı sənədlərlə rəsmiləşdirilir.



Yüklə 427,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə