Mövzu №3 İntellektual inkişafında pozulmaları olan uşaqların pedaqoji-psixoloji xüsusiyyətləri.


Oliqofreniyanın struktur komponentlərinin təhlili, kliniki xarakteristikası və XBT-10 a görə təsnifatı



Yüklə 22,63 Kb.
səhifə3/9
tarix31.12.2021
ölçüsü22,63 Kb.
#81326
1   2   3   4   5   6   7   8   9
mövzu 3 yeni

2. Oliqofreniyanın struktur komponentlərinin təhlili, kliniki xarakteristikası və XBT-10 a görə təsnifatı .

Pozulmanın strukturunun dərinliyinə görə oliqofreniya 3 ağırlıq dərəcəyə bölünür:

1. Yüngül dərəcə

2. Orta dərəcə



3. Ən Ağır dərəcə
Yüngül dərəcə – oliqofreniyanın yüngül formasıdır. Psixratriyada onun özüdə ağırlıq dərəcəsinə görə yüngül, orta, ağır formalara bölünür. Ağır və orta dərəcəli oliqofrenlərdən fərqli olaraq, yüngül dərəcəli oliqofrenlərin müəyyən qədər korreksiya imkanları var, nitq qabiliyyətinin inkişafı, yüngülləşdirilmiş proqram əsasında yeni bilik və bacarıqların formalaşdırılması, sadə əmək vərdişlərinə alışdırılması mümkündür. Lakin bu şəxslərdə intellektin aşağı olması, emosional-iradi xüsusiyyətlərin pozulması onlarda ümumtəhsil məktəblərin proqramına yiyələnmək çətinliyi müşahidə olunur. Tədris materiallarının öyrənilməsi, qavranılması belə şəxslər üçün böyük çətinlik törədir. Yüngül dərəcəli əqli geri uşaqlar yazılı və şifahi nitqin öyrənilməsində, sadə hesab vərdişlərində, say anlayışında, yadda saxlamada çox böyük çətinliklərlə qarşılaşırlar. Hətta sadə riyazi biliklər, yüksək səviyyəli abstrakt təfəkkürü tələb edir və bu funksiya yüngül dərəcəli əqli geri şəxslərdə pozulmuş olduğundan onlar riyazi əməliyyatlarına çətinliklər yiyələnirlər. Somatik pozulmalar, ümumi fiziki zəiflik, motorikanın pozulmaları və emosional-iradi sferanın və davranış xüsusiyyətləri onların gələcək peşə-əmək fəaliyyətlərinin dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Yüklə 22,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə