Mövzu №3 İntellektual inkişafında pozulmaları olan uşaqların pedaqoji-psixoloji xüsusiyyətləri.


-Psixi proseslərin inertliyi- Psixi inkişafdan qalmanın totallığı



Yüklə 22,63 Kb.
səhifə2/9
tarix31.12.2021
ölçüsü22,63 Kb.
#81326
1   2   3   4   5   6   7   8   9
mövzu 3 yeni

-Psixi proseslərin inertliyi- Psixi inkişafdan qalmanın totallığı

-Qavramanın kasadlığı-Qavrayışda təhlil tərkib çətinlikləri

-Hafizənin zəifliyi

-Diqqətin həcminin azalması-Qeyri ixtiyari diqqətin daha yaxşı olması

-Nitqin pozulması, Emosional sferanın inkişafsızlığı, Elementar hərəkətlərin dəqiq hərəkətlərə nisbətən üstün olması

Oliqofreniyanın (əqli geriliyin) yaranma səbəbləri.

Müasir xüsusi pedaqogikada əqli cəhətdən geri qalma və ya “ əqli gerilik” terminləri altında mərkəzi sinir sisteminin üzvü zədələnməsi nəticəsində şəxsdə dərk etmə fəaliyyətinin davamlı və kobud şəkildə aşağı düşməsi nəzərdə tutulur. İrsi mənşəli xəstəliklərin qarşısın almaq olduqca çətin və mürəkkəbdir. Oliqofreniya isə, əsasən cinsi xromosomların genetik pozulmaları, çatışmazlığı nəticəsində yaranır. Həmçinin tədqiqatlar göstərir ki, eyni etioloji amil genotipik fona təsiretmə vaxtından və müddətindən aslı olaraq, bir halda inkişafın tempinə təsir göstərir, digər halda psixi geriləmənin mürəkkəb formasını-oliqofreniyanı yaradır. ( qeyd- bəzi hallarda əqli geriliyi gec dilaçma ilə, PİL-lə və s kimi pozulmalarla səhv sala bilirlər. bu baxımdan da dəqiq differensial diaqnostika aparılmalıdır)

Mərkəzi sinir sisteminin zədələnmə dərəcəsi uşaqlarda baş vermə zamanına, lokallaşmasına və ağırlığına görə müxtəlif ola bilər.

Oliqofreniya - prenatal (bətndaxili), natal (doğuş zamanı) və ya postnatal (doğulan gündən etibarən) mərəhələdə bu və ya digər səbəblərdən mərkəzi sinir sisteminin , baş beyin qabığının diffuz zədələnməsi nəticəsində yaranır.

Oliqofrenliyin səbəbləri müxtəlif ola bilər. Bu səbəblərə əsasən baş beyin qabığının üzvi zədələnməsinə gətirib çıxaran müxtəlif ekzogen (xarici) və endogen (daxili) xarakterli mənfi amilləri aid edirlr.

Ekzogen amillərə ananın hamiləlik dövründə müxtəlif yoluxucu xəstəliklərə (viruslu xəstəlikləri, məxmərək, qızılca və s.) tutulması, dölün ana orqanizmindən düşmüş parazitlərlə yoluxması (toksoplazmoz), düzgün qidalanmamaq və müxtəlif doğuş xəsarətləri aiddir.

Endogen – mənfi amillər dedikdə isə bura, ilk növbədə, patoloji irsilik, valideynlərdən hər hansı birinin zöhrəvi əstəlikləri (sifilis), endokrin sisteminin pozulması, xromosom dəstinin pozulması, rezus-faktor uyğunsuzluğu, valideynlərin əqli gerilikli olması və s. nəzərdə tutulur. Valideynlərin alkoqolizm, narkomaniya və toksikomaniyaya meilli olması onların ailələrində atipik inkişaflı uşağın doğulması riskini 60-70% artırır. Əqli geriliyin etiologiyasında alkoqolizm və narkomaniya həm ekzogen həm də endogen xarakter daşıya bilər. Birinci halda zəhərli maddələr ananın və dölün ümumi qan dövaranı sistemindən inkişafda olan dölü zəhərləyir. İkinci halda isə alkoqol və narkotik maddələrin uzun müddətli qəbulu valideynlərin genetik aparatında dönülməz dəyişikliklər yaradır, bu da uşağın endokrin sisteminin və xromosom patologiyalarına səbəb olur.

Xüsusi kliniki tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, oliqofrenliyin ən aparacı əlaməti baş beyin qabığının diffuz zədələnməsidir. Oliqofreniya zamanı böyük yarımkürələr, qabığın bütövlükdə kəmiyyət (diffuz) zədələnmələri ilə yanaşı, həm də baş beyin qabığında neyrodinamik proseslərin keyfiyyət pozulmalarına gətirib çıxarır. Sinir sisteminin və ya müəyyən analizatorun pozulması atipik inkişafın əsasını təşkil edir.





Yüklə 22,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə