Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya



Yüklə 43,05 Kb.
səhifə11/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
Texnologiyalar

Əmtəə françayzinqi işin elə bir təşkil üsulunu nəzərdə tutur ki, bu zaman françayzi məşhur bir şirkətdən onun əmtəələrini onun əmtəə nişanı ilə satmaq hüququnu əldə edir.

Lisenziya françayzinqi daha populyar forma hesab edilir. Bu forma nəzərdə tutur ki, özünün əmtəə nişanının daha da tanınmasında maraqlı olan françayzer françayziyə mağaza və ya mağaza şəbəkələri aşmaq hüququ verir. Bu mağaza və ya mağaza şəbəkələrində əmtəə və xidmətlər alıcılara françayzerin adı altında satılır. Bu cür françayzinq çox zaman restoranların, sürətli qidalanma müəssisələrinin istismarı, dondurma satışları, avtomobil icarəsi zamanı istifadə edilir.

Françayzinqin bu cür geniş yayılmış forma olmasının səbəbi onun həm kiçik, həm də iri müəssisələr üçün sərfəli olması ilə əlaqədardır. Kiçik biznes aşağıdakı səbəblərə görə françayzinqdə maraqlıdır:



  • müştərilərdə artıq inam qazanmış firmanın imicindən istifadə istehlakçıların rəğbətini daha sürətlə əldə etməyə zəmanət verir;

  • kapital qoyuluşlarının həcmi aşağı düşür;

  • fərdi müəssisəni yaratmaq və idarə etmək imkanı yaranır;

  • menecment, marketinq məsələlərində daimi yardım olur;

  • işlərin səmərəliliyi artıq praktikada yoxlanmış sxem üzrə aparılmasını öyrənmək real imkana çevrilir.

İri şirkətlərin kiçik müəssisələrlə işbirliyi qurmaqda maraqlı olmaları daha təbiidir. Birincisi, şirkət kiçik və əyalətdə olan bazarlara daxil olmaqla özünün məhsul satışını artırır, tələbin dəyişkənləyinə daha tez reaksiya verir və bu zaman əmtəə və xidmətlərin reallaşdırılmasına, satış şəbəkəsinin tikintisi və təşkilinə vəsait sərf etmir. İkincisi, françayzinq sisteminin inkişafı kiçik və orta sahibkarların vəsaitləri hesabına əlavə kapitalın cəlb edilməsi ilə meşaiyət edilir. Üçüncüsü, iri şirkət özünün imicinin qorunması məqsədilə françayzi tərəfindən istehsal edilən məhsul və xidmətlərin keyfiyyəti üzrəində ciddi nəzarət müəyyən etmək hüququna malikdir.

Bütün bunlardan başqa, françayzinq müqavilələrinin reallaşdırılmasından istehlakçılar da uduşda olurlar. Belə ki, bu zaman onlar istənilən regionda yüksək keyfiyyətli əmtəə və xidmətlər əldə edirlər.



Hələ inkişaf etməkdə olduğundan françayzinq sistemi müəyyən çatışmazlıqlara da malikdir: həm françayzi, həm də françayzer müəyyən risqlərlə, itki təhlükələri ilə üzləşirlər. Françayzi, məsələn aşağıdakı problemlərdən sığorta olunmayıb:

  • satış həcmi müqavilə imzalanan zaman nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə az ola bilər;

  • françayzerin idarəetmə və marketinqdə göstərdiyi kömək françayzinin gözlədiyindən az ola bilər;

  • françayzi françayzerin siyasətinə təsir etmək imkanına malik deyildir.

Potensial françayzer də ciddi problemlərlə üzləşə bilər:

  • françayzinq müəssisələrinin yerləşdirmə nöqtələrinin seçilməsində səhvlərə yol verilməsi mümkündür;

  • françayzinq sisteminin yaradılması üçün çəkilən xərclər ilkin nəzərdə tutulan həddi əhəmiyyətli dərəcədə üstələyə bilər;

  • françayzidən royalti müqaviləsi ilə nəzərdə tutulmuş vəsaitin əldə edilməsində problem yaşana bilər;

  • françayzer uğursuzluğa düçar olduğu halda, bunda françayzerin günahı olmasa belə, bu, bütün sistemin imicinə kölgə salacaq.

Müasir şəraitdə klassik françayzinqin daha çox üç variantına rast gəlinir: regional françayzinq, sub-françayzinq, inkişaf etməkdə olan françayzinq. Bu üç halın hər birində françayzi françayzinqlə bağlı olan bütün üstünlükləri (françayzerin ticarət markasından və loqotipindən, onun biznes sistemindən istifadə, texniki dəstək və s.) əldə edir. Onların bir-birlərindən əsas fərqləri aşağıdakılarda özünü göstərir:

    1. françayzerin françayzi ilə münasibətlərinin müddətində;

    2. françayzinin yardım üçün kimə müraciət etməyində;

    3. françayzinin müəyyən edilmiş vəsaitləri kimə ödəyəcəyində.


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə