Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Akademik yazının strukturu



Yüklə 1,16 Mb.
səhifə106/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   101   102   103   104   105   106   107   108   109
M vzu “Az rbaycan dilind i g zar v akade

2.Akademik yazının strukturu
Giriş-
Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir; - Problemi və ya vəziyyəti təhlil edir; - Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur; - Tədqiqat sualı qeyd olunur; - Tədqiqat metodu göstərilir; - Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir; - Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir. əsillər – arqumentlər və əsaslandırmalar: - Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir. - Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir. - Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir. - Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s. - Bir hissədən digərinə keçid olmalıdır. - Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1-2 cümlə ilə nəticə göstərilməlidir.
Yekun Hissə
Nəticə və tövsiyyələr - Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir. - Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir. Akademik Yazıya əlavələrənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
- Akademik yazının quruluşu dedikdə onun ilk səhifəsindən son səhifəsinədək tədqiqatın əsas hissələrinin, bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür. 9Bu quruluşa habelə tədqiqatın nəticələri, istifadə olunmuş ədəbiyyat, əlavələr daxil olur. Titul Vərəqi • Titul vərəqi – qısa olmalıdır; ikinci dərəcəli deyil, əsas sözlər böyük hərflərlə yazılmalıdır. • Qısa başlıq –yazıda səhifənin yuxarısında yazılan qısaldılmış başlıqdır və 50 hərfi (interval və punktuasiya da daxil olmaqla) keçməməlidir. • Yazı müəllifinin adı - ad (adınız, soyadınız, atanızın adı); əgər yazı digər şəxslərlə birgə yazılırsa, onların da adları daxil edilməlidir. • İnstitusional bağlılıq - Azərbaycan Dillər Universiteti Mündəricat – Titul vərəqindən sonra ikinci səhifənin ortasında (vərəqin yuxarı sağ küncündə 2 rəqəmi yazılır və səhifələr ardıcıl nömrələnir) MÜNDƏRİCAT yazılır. Mündəricat titul vərəqindən sonra gəlir və səhifələri göstərməklə dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların paraqrafları, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələr. Burada dissertasiyanızın bütün bölmələri ardıcıl yazılmaqla bərabər, hər bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları dissertasiyanızın mətnində olduğu kimi - qısaldılmadan, dəyişdirilmədən yazılmalıdır. Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun diqqətini çəkən bir hissəsinə nəzər salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın başlıqlarını, yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə