Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 1,16 Mb.
səhifə103/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   99   100   101   102   103   104   105   106   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

Planı verilir və sonra məzmunu yazılır. (Bəzən plansız da ola bilər.)

  • Sonda müəllifin adı, atasının adı, soyadı və tarix yazılır.



  • Böyük Sovet ensiklopediyadınsa referat belə izah olunur: “Referat kitabın və ya elmi işin məzmunun yazılı formada şərhi olmaqla yanaşı, özündə müvafiq mənbələrin xülasəsini birləşdirir”. Referat hansısa məsələni daha dərindən araşdırmağa imkan verir. Çətin ki, hansısa tələbə ömründə bir dəfə də olsun referat yazmasın.

  • Referatın yazılmasında bir neçə mərhələ var. Bu mərhələlərə əsasən, siz mükəmməl iş ortaya çıxara və onu “əla” müdafiə edə bilərsiniz.

  • Beləliklə, ilk mərhələ - mövzu seçimidir. Bəzi müəllimlər tələbələrə referat mövzularının siyahısını təqdim edir. Yaxşı olar ki, yazacağınız mövzu barədə cüzi də olsa təsərrünüz olsun. Ən başlıcası isə odur ki, mövzu sizin üçün maraqlı olmalıdır. Yadda saxlayın ki, referat diplom işi və ya dissertasiya deyil, onun yazılması elə də çox vaxt aparmayacaq və mövzu barədə ədəbiyyat tapmaqda çətinlik çəkməyəcəksiniz. Müəlliminizdən ədəbiyyat siyahısını da almağı unutmayın. Bu sizə çox kömək olacaq.
  • . İkinci mərhələ - planın hazırlanmasıdır. Adətən referatlar 20-30 səhifədən az olmamalıdır. Ona görə də, dəqiqləşdirməlisiniz ki, sizin referatınız hansı şöbələrdən ibarət olacaq və hər bir şöbədə nədən yazacaqsınız. Istənilən referatda Giriş və Nəticə olmalıdır.


  • Üçüncü mərhələdə müəllimin verdiyi ədəbiyyat siyahısı işinizə yarayacaq. Referat yazarkən daha yaxşı olar ki, kitablardan və məqalələrdən istifadə edəsiniz. İnternetdə hazır olan referatlardan istifadə etməyin. Çünki həmin referat müəllimənizə yəqin ki, bir neçə dəfə təqdim olunmuşdur. əgər hər hansı kitabdan müəyyən bir fikir sizin daha çox xoşunuza gəlibsə, ondan müəllifin adı, familiyası, kitabın adı, nəşr ili və səhifənin nömrəsi göstərilməklə sitat gətirə bilərsiniz.



  • Artıq hazırladığınız referata Nəticə vermək tamamilə özünüzdən asılıdır. Diqqətli olun. Çalışın, özünüzün də çətin başa düşəcəyiniz mürəkkəb, anlaşılmaz cümlələr yazmayın. Nəticədə siz bütün yazdıqlarınızdan hansı nəticəyə gəldiyinizi aydın şəkildə yazmalısınız.

  • Sonda referata yenə göz gəzdirin. Ola bilsin, hər hansı səhvinizi tapdınız. Belə etsəniz, müdafiə zamanı müəllimin qarşısında daha az çətinlik çəkərsiniz.


    Yüklə 1,16 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   99   100   101   102   103   104   105   106   ...   109




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə