Mövzu Biznesin təşkilati-hüquqi formaları


Məhdud və əlavə məsuliyyətli cəmiyyətlər



Yüklə 171,5 Kb.
səhifə10/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   ...   7   8   9   10   11   12   13   14   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

Məhdud və əlavə məsuliyyətli cəmiyyətlər

Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən cəmiyyət məhdud məsuliyygtli cəmiyyət adlanır. Məhdud məsuliyygtli cəmiyyətin (MMC) kapitalı təsis sənədləri ilə müəyyən edilmiş ölçüdə paylara bölünür. MMC iştirakçıları onun öhdəliklərinə cavabdeh deyillər və yalnız qoyduqları əmlakın dəyəri həcmində itkilərə görə riskə məruz qalırlar.

MMC-nin firma adında məhdud məsuliyyət sözü olmalıdır. MMC-nin iştirakçılarının sayı məhdud məsuliyyətli cəmiyyət haqqındakı qanunla müəyyən edilmiş həddi aşmamalıdır.

MMC-nin təsis sənədi onun işçilərinin imzaladığı təsis müqaviləsidir və onların təsdiq etdiyi nizamnamədir. Əgər cəmiyyət bir şəxs tərəfindən təsis edilirsə, onun təsis sənədi nizamnamədir.

MMC-nin nizamnamə kapitalını onun iştirakçılarının əmanətlərinin dəyəri təşkil edir. Nizamnamə kapitalı MMC-nin kreditorlarının maraqlarını təmin edən əmlakın minimal ölçüsü ilə müəyyən edilir. MMC-nin kapitalının ölçüsü MMC haqqındakı qanunla müəyyən edilmiş məbləğdən az ola bilməz.

MMc-nin ali orqanı iştirakçılarının ümumi yığıncağıdır. MMC onun iştirakçılarının yekdil qərarı ilə könüllü olaraq ləğv edilə bilər və ya yenidən qurularaq ixtisaslaşdırılmış cəmiyyətə çevrilə bilər.



MMC-nin spesifik xüsusiyyətləri aşağıdakılardır:

-kapitalların birləşməsi növlərindən biri olub cəmiyyətin işlərinin idarə olunmasında onun üzvlərinin məcburi olaraq şəxsən iştirakını tələb etmir;

-Cəmiyyətin nizamnamə kapitalının onun iştirakçıları arasında paylara bölünməsi və sonuncuların cəmiyyətin öhdəlikləri üçün məsuliyyət daşıması;

MMC haqqında qanunda yoldaşlıq müəssisələrinin ümumi kapitalına nisbətən MMC-nin nizamnamə kapitalına, onun müəyyən edilməsinə və formalaşmasına daha yüksək tələblər irəli sürülür. Hər şeydən əvvəl MMC-nin nizamnamə kapitalının ölçüsü heç bir halda qanunla müəyyən edilmiş minimumdan az ola bilməz.

Məhdud məsuliyyətli cəmiyyətin üzvlərinin aşağıdakı hüquqları vardır:

-cəmiyyətin işinin idarə olunmasında iştirak etmək;


Nizamnamə kapitalı cəmiyyət yaranarkən iştirakçılardan yarısından az olmayaraq alınmalıdır. Ancaq bir il ərzində onu tam həcmdə köçürmək lazımdır.
Əlavə məsuliyyətli cəmiyyət öz mahiyyətinə görə MMC-nin bütün ümumi qaydalarını özündə əks etdirən növlərindən biridir. Buna görə də MMC haqqında yuxarıda deyilənlərin hamısı eyni qaydada əlavə məsuliyyətli cəmiyyətə də aiddir.

Əlavə məsuliyyətli cəmiyyətin yeganə mühüm fərqləndirici xüsusiyyəti oun cəmiyyətin əmlakının çatışmaası üzündən kreditorların iddialarını ödəmək üçün cəmiyyətin iştirakçılarının birgə əmlak məsuliyyətinə cəlb edilmələridir.




Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə