Mövzu Biznesin təşkilati-hüquqi formaları


İnama(etibara) əsaslanan yoldaşlıq. (kommandit ortaqlıqlar)



Yüklə 171,5 Kb.
səhifə8/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

İnama(etibara) əsaslanan yoldaşlıq. (kommandit ortaqlıqlar)

İnama əsaslanan yoldaşlıq 2 qrup iştirakçılardan ibarətdir- tam yoldaşlardan (şəriklərdən) və payçılardan (komanditlərdən).

Birinci qrup iştirakçılar yoldaşlığın bütün öhdəliklərinə görə qeyri-məhdud və subsidiar məsuliyyət daşıyırlar və sahibkarlıq fəaliyyətini yoldaşlığın adından aparırlar. Digər qrup iştirakçılar isə -payçılar (kommanditlər) yoldaşlığın əmlakına paylar qoysa da, onun öhdəliklərinə görə özlərinin tam əmlakı ilə cavabdeh deyillər. Onlar yalnız qoyduqları payların dəyəri həcmində məsuliyyət daşıyırlar.

Payçı və şərikli müəssisə ən azı bir payçı və şərikli tərəfindən təsis edilə bilər. Bu tip müəssisənin idarə olunma qaydasının həmçinin öz xüsusiyyətləri vardır. Iki qeyd olunan qrup şəriklər idarəetmədə eyni dərəədə iştirak etmirlər. tam şəriklərin və payçıların əmlak qoyuluşu bir-birindən fərqlənməyə bilər, hərçənd onların payı çox vaxt kəskin fərqlidir. Bütün bunlar iştirakçıların razılığı ilə olur. Qoyuluş həm pul, həm də əşya kimi ola bilər. İntelektual qoyuluş payçılar tərəfindən nətinki nəzərdə tutulmu, hətta qanunla qadağan edilir.



Komandditlərin hüquqları və öhdəlikləri:

  • kommanditlərin yoldaşlığın işlərinin aparılmasında və idarəetməsində iştirak hüquqları yoxdur.(olsa da ancaq etibarnamə əsasında ola bilər).

  • Kommanditlər ümumi yığıncaqda iştirak etmək, illik hesabatlarla və balanslarla tanış olmaq, mənfəətin müəyyən hissəsini almaq hüququna malikdilər.

  • Öz paylarını geri alaraq yoldaşlıqdan istədikləri zaman çıxmaq hüququna malikdilər

  • Tam yoldaşların razılığı olmadan kommandit öz payını yaxud onun bir hissəsini digər payçıyı, yaxud üçüncü şəxsə vermək hüqüquna malikdilər.

Komandit yoldaşlığına əsasən müəssisə öz tərkibində dəyişikliyə məruz qala bilər hətta ləğv edilə bilər. Tam yoldaşın ölümü onun şəxsi iştirakını dayandırır, hansı ki vərəsəsinə keçmir. Onlar əmlak hüququ qazanır və payçı ola bilər. Payçının ölümü yoldaşlığın strukturuna heç bir təsir etmir, yalnız heyət dəyişilir, əgər vərəsələr və onların yoldaşlığa daxil olmaq arzusu varsa yalnız onda tərkib dəyişilir. İstənilən halda yoldaşlıq saxlanılır, əgər ən azı 1 payçı və 1 şərik qalırsa.



  1. Yüklə 171,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə