Mövzu Biznesin təşkilati-hüquqi formaları


MMC-lərin üstünlükləri aşağıdakılardır



Yüklə 171,5 Kb.
səhifə11/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   ...   7   8   9   10   11   12   13   14   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

MMC-lərin üstünlükləri aşağıdakılardır:

  • Qısa müddətdə xeyli vəsait cəlb edilməsi imkanı;

  • Bir şəxs tərəfindən yaradıla bilməsi;

  • Cəmiyyətin üzvləri onun öhdəliklərinə görə məhdud məsuliyyət daşıması.

Nöqsanları:

Nizamnamə kapitalı qanunvericilikdə nəzərdə tutulmuş həcmdən az olmamalı; kreditorlar üçün az cəlbedici olması. (çünki cəmiyyətin üzvləri onun öhdəliklərinə görə məhdud məsuliyyət daşıyırlar)



Əlavə məsuliyyətli cəmiyyətə

Məhdud məsuliyyətli cəmiyyətlərdən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sənədləri əsasında müəyyən edilmiş əmanətin dəyəri çərçivəsində istər, öz əmanətləri üzrə öhdəliklərə və istərsə də cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyırlar. İştirakçılardan birinin məsuliyyətliliyi şəraitində onun öhdəlikləri qalan iştirakçılar arasında əmanətlərə uyğun proporsional qaydada bölüşdürülür. Əlavə məsuliyyətli cəmiyyətin təsis sənədləri məhdud məsuliyyətli cəmiyyətin tələblərinə, ünvanına və təsisçilərinə uyğun gəlməkdir.

Korporasiyanın bu iki müqayisəli növləri arasında fərq aşağıdakılardan ibarətdir. Əlavə məsuliyyətli cəmiyyətdə iştirakçılar cəmiyyətin əmlakı çatmayanda öz şəxsi əmlakları ilə cəmiyyətin öhdəliklərinə cavabdehlik daşıyırlar. Beləliklə iştirakçılar qoyduqları əmanəti bir neçə dəfə artıra bilərlər və bu nizamnamədə əks etdirilir. İştirakçılar həmrəy olaraq əlavə məsuliyyət daşıyırlar. Əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları öz qoyduqları əmanətlə yanaşı əlavə əmlaka da cavabdehdirlər. Bu cəmiyyətin üzvlərinə imkan verir ki, əlavə məsuliyyətli cəmiyyətin fəaliyyətindəki uyğunsuzluqlarla əlaqədar riski tam yoldaşlıqla əsaslanan müəssisə ilə müqayisədə azaltsın, yaxud məhdudlaşdırsın.

Bundan başqa, əlavə məsuliyyətli cəmiyyət iştirakçılardan birinin müflisləşməsindən də kreditorlara təminat verir. Əlavə məsuliyyətli cəmiyyətin iştirakçılardan hər hansı birinin müflisləşdiyi halda cəmiyyətin öhdəliklərinə görə onun məsu-liyyəti qalan iştirakçılar arasında onların qoyduqları əmanətə uyğun proporsional bölüşdürülür. Hərçənd nizamnamədə belə olan halda başqa norma nəzərdə tutula bilər.

Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə