Mövzu Biznesin təşkilati-hüquqi formaları


Holdinq şirkətləri biznesin



Yüklə 171,5 Kb.
səhifə14/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   ...   7   8   9   10   11   12   13   14   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

5. Holdinq şirkətləri biznesin təşkilinin effektiv forması kimi

Biznes fəaliyyətinin səmərəli təşkilində, rəqabət qabiliy-yətli iqtisadiyyatın formalaşmasında iri korporativ strukturların, o cümlədən holdinq şirkətlərinin yaradılması çox böyük rol oynayır. Holdinq şirkətlərində sənaye kapitalı, investisiya, elmtutumlu texnologiyalar, kompüterləşdirilmiş iş yerləri, yük-sək ixtisaslı kadrlar cəmləşir. Korporativ idarəetmə strukturları ölkəni düşdüyü ağır iqtisadi böhran vəziyyətindən çıxarmağa qadir olan lokomativ sayılır, müəssisələrin qarşılıqlı borclar probleminin həllinə kömək edirlər.

Dövlət əmlakmın özəlləşdirilməsi və iqtisadiyyatın trans-formasiyası prosesində biznesin müxtəlif təşkilati-hüquqi formaları -- səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları, holdinq şirkətləri yaradılmışdır. Təhlil göstərir ki, mövcud maliyyə-sənaye qrupları və səhmdar cəmiyyətləri səmərəli fəaliyyət göstərmir, biznesin və bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyətli rol oynamırlar. Bununla əlaqədar olaraq tanınmış iqtisadçı alimlər korporativ idarəetmənin müasir strukturu kimi holdinq şirkətlərinin yaradılmasına və geniş miqyasda fəaliyyət göstərməsinə üstünlük verirlər. Hətta Müstəqil Dövlətlər Birliyinin bir sıra ölklərində, xüsusilə Rusiya Federasiyasında mövcud maliyyə-sənaye qruplarının restruk-turizasiya olunaraq holdinq şirkətlərinə çevrilməsi meyli müşahidə olunur.

Holdinq şirkəti - ticarət, maliyyə və digər kommersiya fəaliyyətini birgə həyata keçirən qarşılıqlı əlaqəli hüquqi şəxslərin məcmusudur. Holdinq şirkətlərinin aktivlərirıin çox hissəsini başqa kompaniyaların, cəmiyyətlərin səhmləri təşkil edir.



Korporativ bizrıesin bir sıra müsbət və mənfi cəhətləri var. Böyük həcmdə kapitalın daha asan toplanması və uzunmüddətli mövcudluq imkanı, məsuliyyətin məhdudluğu, mülkiyyət hüququnun sərbəst ötürülə bilıməsi, korporasiyanın digər müəssisələrə nisbətən üstün cəhətləri sayılır.

Holdinq şirkətlərinin mülkiyyətçiləri çoxlu sayda müəs-sisələr, səhrndarlar ola bilər ki, bu da böyük həcmdə kapitalın formalaşdınlmasını asanlaşdırır. Qanuniləşdirilmiş müstəqil hüquqi şəxs olmaqla korporasiya uzunmüddətli mövcudluq imkanı əldə edir. Çünki hər hansı səhmdann, müəssisənin holdinq şirkətini tərk etrnəsi onun fəaliyyətinə əhəmiyyətli təsir göstərmir.

Xarici iqtisadi ədəbiyyatlarda holdinq şirkəti bütün mülki hüquqlara malik olan hüquqi şəxs kimi səciyyələndirilir. Holdinq şirkəti rnüqavilələr bağlaya, mülkiyyətə malik ola, iddiaçı və cavabdeh qismində çıxış edə bilər.

Məsuliyyətin məhdudluğu holdinq şirkətinin üstün çəhətlərindən biridir. Şirkət öz hərəkətləri üçün öhdəlikləri üzrə məsuliyyət daşıyır. Mülkiyyətçilər yalnız öz qoyuluşlan həcmində cavabdehlik daştyırlar. Buna görə də kreditorlar yalnız şirkətin əmlakına iddia ilə çıxış edə bilərlər.

Holdinq şirkətləri səhmdar kapitallı müəssisələrdir. Holdinq şirkətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı oimadan və şirkətin fəaliyyətinə təsir göstərmədən sata bilər.

Holdinq şirkətlərinin üstün cəhətlərindən biri də iri biznesin səmərəli idarə edilməsi hesab olunur. Holdinq strukturlarında idarəetmə və mülkiyyətin ayrılması xüsusi bilik və vərdişlərə malik insanların idarəetməyə cəlb edilrnəsini zəruriyyətə çevirir.

Biznesin təşkilinin korporativ forrnasmın bəzi mənfi cəhətlərinə də rast gəlinir. Korporasiyalara, o cümlədən holdinq şirkətlərinə qarşı dövlət tənzimlənməsi çox güclüdür. ABŞ-da korporasiyalar qeydiyyata alındığı ştatın hakimiyyət orqanlarına öz fəaliyyəti haqqında hesabat verməlidir. Bundan əlavə iri korporasiyaların qiymətli kağızlar və birja əməliyyatları üzrə komissiyaya da hesabat təqdim etməsi məcburidir digər nöqsan cəhəti ödənilən vergilərin yüksək olmasıdır. ABŞ-da iri korporasiyalar həm federal, həm də ştat səviyyəsində vergiyə cəlb olunurlar. Nəticədə şirkətlərin mənfəətinin 50 faizdən çoxu vergilərin ödəniiməsinə yönəldilir. Həmçinin mənfəətdən səhmdarlara ödənilən dividentlərdən vergi tutulur.

Məsuliyyətin məhdudluğu ilə bağlı kredit almaq imkanlarının azalması holdinq şirkətlərinin mənfi cəhətlərindən biridir. Kreditorların yalnız şirkətin əmlakına iddia edə bilməsi kredit məbləğinin şirkətin əmlakı həddində məhdudlaşdırılmasına səbəb olur?

Holdinq şirkətlərinin iki növü fərqlənir: maliyyə və qarışıq. Kapitalının 50 faizdən çoxunu başqa kompaniyaların, müəssisələrin qiymətli kağızları və digər maliyyə aktivləri təşkil edən holdinq şirkəti maliyyə holdinq sayılır. Maliyyə holdinqiərində müəssisələrin yalnız kapitalları birləşdirilir və ona görə də əsas (ana) firnna törəmə (qız) müəssisələrin maliyyə fəaliyyəti ilə bağlı məsələiəri yerinə yetirir. Qarışıq holdinq şirkətinin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, əsas firma müstəqil təsərrüfat fəaliyyəti ilə məşğui ola bilər. Bu tip holdinq şirkətləri elmtutumlu və texnoloji cəhətdən əlaqəli təsərrüfat subyektləri üçün faydalıdır. Çünki həmin müəssisə və təşkilatlar ən mürəkkəb elmi-texntki, istehsal və başqa fəaliyyət növləri ilə məşğul olurlar. Qarışıq holdinq şirkətləri, həmçinin baş podratçı funksiyasını yerinə yetirmək, elmi-texniki və kommersiya işlərini həyata keçirmək, törəmə müəssisələrin adından xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququna malikdir.

MDB ölkələrində, o cümlədən Azərbaycan Respublika-sında holdinq şirkətlərinin böyük əksəriyyəti qarışıq holdinqlərdir. Buna misal olaraq «Azərenerji» SC, «Azərqaz» SC, «AzərSUN» və s. holdinq şirkətlərirıi göstərmək olar.

Müxtəlif profilli müəssisələrin holdinq şirkətində birləşmələrinin əsas səbəbi törəmə müəssisələrin istehsal-təsərrüfat fəaliyyətini daha səmərəli təşkil etməklə maksimum mənfəət əldə etməkdir.

Holdinq şirkətləri qanunvericiliklə qadağan edilməyən müxtəlif təşkilati-hüquqi formada - açıq tipli səhmdar cəmiy-yəti, qapalı tipli səhmdar cəmiyyəti və məhdud məsuliyyətli cəmiyyət kimi yaradıla və fəaliyyət göstərə bilərlər.

Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə holdinq şirkətləri geniş yayılıb, hətta bir çox mövcud korporasiyalar holdinq strukturlarına transformasiya olunurlar. Holdinq şirkətlərinin yaradılmasının zəruriliyi hər şeydən əvvəl onunla izah edilir ki, törəmə müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasında böyük rol oynayırlar. Məhz elə ona görə də holdinq şirkəti iri biznesin təşkilinin ən effektiv forması kimi dəyərləndirilir.

Holdinq şirkətlərinin fəaliyyətinin mahiyyəti, ilk növbədə istehsalın sürətli inkişafı üçün müəssisə və firmaların vəsaitlərini cəlb etməkdən ibarətdir. Buna görə də holdinq strukturlarının başlıca məqsədi alınan mnənfəətin yığılması və investisiyaya yönəldilməsi hesabına öz kapiitalını artırmaqdır. Bu isə cəmiyyətin müəyyən növ əmtəə və xidmətlərə olan tələbatının ödənilməsi məqsədilə əsaslanır.

İqtisadiyyatın idarə olunması və tənzimlənmə-sində dövlətin iştirakını nəzərə almaqla holdinq şirkətinin təşkilati layihəsini işləyib hazırlayarkən aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

- Holdinq şirkətinin əsas müəssisəsinə dövlətin səhm paketinin verilməsi;

-Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində dövlətin nəzarət səhm paketi vasitəsilə holdinq şirkətinin əsas müəssisəsinin yaradılması;

- Holdinq şirkətlərində mıüqavilə münasibətlərinin yaradılmasına, idarəetmə kadrlarının yerləşdirilməsinə dövlətin dəstəy verməsi.




Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə