Mövzu Biznesin təşkilati-hüquqi formaları


Həmin tədbirləri nəzərə almaqla layihələndirilən holdinq



Yüklə 171,5 Kb.
səhifə15/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   ...   7   8   9   10   11   12   13   14   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

Həmin tədbirləri nəzərə almaqla layihələndirilən holdinq şikətləri proqram-məqsədli, ixracyönümlü, problem (elmi-texniki) və transmilli ola bilər.

Proqram-məqsədli holdinq şirkətləri ölkə və regional əhəmiyyətli məqsədli proqramların reallaşmasında həqiqi rıçaq rolunu oynayır və bunun üçün aşağıdakı şərtləri nəzərə almalıdır:

  • proqram tədbirlərinin həyata keçirilməsinin xalq təsərrüfatı və kommersiya əhəmiyyəti, istehsal edilən məhsulunyüksək rəqabətqabiliyətli olmalıdır;

  • proqramın maliyyələşdirilməsinə dair qərar qəbul edilərkən reallaşma və idarəetmə mtjyarları cləqiq nəzərə alınmalıdır. Baş podratçı roluna iddia edən müəssisə holdinq şirkətinə çevriiməsi üzrə tədbirlərin həyata keçirilməsinə təmi-
    nat verməlidir;

proqramda iştirakçıları müəyyənləşdirmək üçün müsabiqədə bank təminatı olan holdinq şirkətlərinə üstünlük veril-məlidir, iştirakçı firmalar arasında holdinq münasibət-lərinin qurulması üzrə tədbirlər proqramda əks etdirilməlidir.

Ixracyönümlü holdinq şirkətlərinin layihələşdirilməsi bə-zi istehsal sahələrinin restrukturizasiyası zamanı aktual ola bilər. Dövlət bu tip şirkətlərin fəaliyyətinə aşağıdakı formada müdaxitə edə bilər:

  • müəssisələrin ixrac fəaliyyətinin reallaşması istiqamnətlərini dəqiqləşdirmək və yeniləşdirmək;

  • ixrac layihələri çərçivəsində iş və xidmnətləri yerinə yetirən müəssisə və təşkilatların siyahısını müəyyənləşdirmək;

  • seçilmiş müəssisə və təşkilatların ixrac potensialının qiymətləndirilməsinə imkan verən informasiyaları toplamaq və təhlil etmək;

  • seçilən müəssisə və təşkilatların maliyyə vəziyyətinin, dərin ekspertizasmı aparmaq, korporasiyanın xarici resurs təminatını qiymətləndirmək;

Problem (elmi-texniki) holdinq şirkəti ölkə və regional əhəmiyyətli strateji problemləri, yaxud iri elmi-texniki layihələri müvəffəqiyyətlə həll edə bilən elmi-tədqiqat institutlarının və konstruktor bürolarının birgə fəaliyyətini təşkil etmək məqsə-dilə yaradılır. Bu tip holdinq şirkətlərinin təşkilati layihələndiril-məsi aşağıdakı məsələləri nəzərdə tutur:

  • sənayenin prioritet məsələlərinin uğurlu həlli üçün zəruri elmi-texniki potensialın saxlanması və inkişafı istiqamətlərinin aydınlaşdırılması;

  • real fəaliyyət göstərən və elmi-tədqiqat işləri planını yerinə yetirərı eimi-tədqiqat institutlarının və konstruktor bürolarının siyahısının müəyyərı edilməsi;

  • iştirakçı müəssisə və təşkilatların elmi, maliyyə və kadr potensialınm qiymətlənclirilməsinə imkan verən informasiyaların toplanması, emalı və təhlili;

dövlətə məxsus səhmlərin, yaxud intellektual mülkiyyət obyektlərinin əsas firmanın nizamnamə kapitalına verilməsi əsasında elmii-texniki holdinq şirkətinin yaradılması imkanlarının qiymətiəndirilməsi.

Transmilli holdinq şirkətləri uzunmüddətli dövlətlərarası iqtisadi proqramları reallaşdırmäq məqsədilə yaradılır. Bu tip holdinq şirkətinin təşkilati layihələndirilməsində aşağıdakı məsələiər rıəzərə alınmalıciır:

- dövlətlərarası əhəmiyyət kəsb edən iqtisadi məsələlərin həlli ilə bağlı fəaliyyət göstərən yerli və xarici müəssisələrin tərkibinin müəyyən edilməsi;



- dövlətlərarası iqtisadi proqramların yerinə yetirilməsindlə yerli və xarici müəssisələrin rolunun qiymətləndirilməsi;

  • müəssisələrin təşkilati-hüquqi statusunun və nnülkiyyət formasırıın ımüəyyən edilməsi;

  • əsas firmanın sərnərəli yerləşdirilməsi variantlarının əsaslandırılması;

  • holdinq şirkətinin yaradılması haqqında dövlətlərarası sazişdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əsasında korporasiyanın idarə olunmasının tərəflərin icra hakimiyyətləri ilə razılaşdırılması.

Müasir dünya iqtisadiyyatının inkişaf meyilləri böyük həcmdə kapitala malik korporasiyaları, xüsusilə xoldinq şirkətlərini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ən əlverişli təsərrüfat subyekti, biznesin təşkilinin effektiv forması kimi dəyərləndirilməyə imkan verir.



Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə