Mövzu Biznesin təşkilati-hüquqi formaları


Təsərrüfat yoldaşlığın təşkili və idarə ediləməsi



Yüklə 171,5 Kb.
səhifə5/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   2   3   4   5   6   7   8   9   ...   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

Təsərrüfat yoldaşlığın təşkili və idarə ediləməsi

İndi isə keçək kollektiv sahibkarlığın ən geniş yayılmış formları hesab olunan təsərrüfat yoldaşlıq və təsərrüfat cəmiyyətlərə və hər birini ayrılıqda təhlil edək.. Onlar təsisçilərin (iştirakçiların) nizamnamə kapitalında payları bölünməklə kommersiya təşkilatları sayılır. Təsərrüfat yoldaşlıq sadə yoldaşlıq, tam yoldaşlıq(tam şərikli) inama əsaslanan yoldaşlıq (kommandit ortaqlıqlar); təsərrüfat cəmiyyət səhmdar cəmiy-yəti, məhdud məsuliyyətli cəmiyyət və əlavə məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərirlər.



Yoldaşlıq müəssisələrində həm istehsal fəaliyyətinin təşkili, həm də nizamnamə kapitalının formalaşması iki və daha çox şəxsin (fiziki və ya hüquqi)birgə səy və vəsaiti ilə həyata keçirilir. Onlardan hər biri müəyyən hüquqlara malik olur və müəyyən məsuliyyət daşıyırlar. Bu hüquq və məsuliyyət dərəcəsi onların hər birinin nizamnamə kapitalındakı payının həcmindən və belə yoldaşlıq müəssisəsinin idarə edilməsi strukturunda tutduğu yerdən asılıdır.
Yoldaşlıq müəssisələri aşağıdakı şəxslər tərəfindən yaradıla bilər:

  1. Fərdi şəxslər tərəfindən;

  2. Fərdi şəxslər və kommersiya təşkilatları tərəfindən;

  3. Kommersiya təşkilatları tərəfindən

Mülki məcəlləyə ğörə nizamnamə kapitalı təsisçilərin (iştirakçıların) payına bölünən kommersiya təşkilatları təsərrüfat yoldaşlığı və ya cəmiyyət hesab olunur.
Təsərrüfat yoldaşlığın və cəmiyyətin ümumi əlamətləri aşağıdakılardır:

1-təsisçilərin əmanəti, həmçinin onun fəaliyyəti prosesində təsərrüfat yoldaşlığı və cəmiyyətin əldə etdiyi vəsait hesabına yaradılan əmlak ona mülkiyyətçi hüququ verir;

2 – bütün onlar hamısı ümumi hüquqi səlahiyyəyə malik olan kommersiya təşkilatları hesab olunur;

3 – cəmiyyət və yoldaşlıq hüquqi şəxs kimi digər cəmiyyət və yoldaşlıq müəssisələrinin iştirakçısı ola bilər;

4 – cəmiyyət və yoldaşlıq müəssisələri öz əmlaklarının mülkiyyətçiləri olduğuna görə cəmiyyətə münasibətdə onun iştirakçıları (təsisçiləri) məsuliyyət xarakterli hüquqlara malikdir. Onlar əmlak üzərində əşya hüququna malik deyillər.

Təsərrüfat yoldaşlığı və cəmiyyət təsərrüfatçılığının təşkilati-hüquqi formasına görə bir-birinə yaxındırlar. Bu da bir növünün digərinə çevrilməsinə imkan verir. Lakin onları bir-birindən fərqləndirən əhəmiyyətli fərqləri də vardır: Belə ki, əgər yoldaşlıq şəxslərin birləşməsidirsə, cəmiyyət kapitalların birləşməsidir. Bu əsas fərqə görə də cəmiyyət və yoldaşlığın müxtəlif hüquqi vəziyyətləri müəyyən edilir;

1- iştirakçıları sahibkarlıq fəaliyyətilə məşğul olmalı olan yoldaşlıqda yalnız fərdi sahibkarlar və ya kommersiya təşkilatları iştirak edə bilərlər;

2 – cəmiyyət bir nəfər tərəfindən yaradıla bilər, yoldaşlıq isə yox.

Təsərrüfatçılığın bu formaları üzərində daha ətraflı dayanaq.

Mülki Məcəlləyə görə təsərrüfat yoldaşlığı tam yoldaşlığa və inama əsaslanan (komamandit) yoldaşlığa bölünə bilər. Bunu əyani şəkildə aşağıdakı şəkildən görmək olar (şək.1)



Yoldaşlıq

Tam yoldaşlıq



Inama (etibara) əsaslanan yoldaşlıq. (Kommandit yoldaşlıq)

Şək. 1. Təsərrüfat yoldaşlığın növləri




Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə