Mövzu Biznesin təşkilati-hüquqi formaları



Yüklə 171,5 Kb.
səhifə4/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   2   3   4   5   6   7   8   9   ...   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Bu növ fəaliyyət həmin şəxslərin mülkiyyətə əsaslanaraq, risk və məsuliyyəti öz boynuna götürməklə həyata keçirilir.

Fərdi (ailə) müəssisələri dedikdə hər hansı bir şəxsin öz vəsaiti hesabına yaradılan müəssisələr başa düşülür. Belə müəssisələrin idarə edilməsi ilə onu yaradan fərd şəxsən məşğul olaraq özünü zəruru vasitələrlə təchiz etmək məsuliyyəti daşıyır və müstəqil qərarlar qəbul edir. Belə müəssisələr yaradanların mükafatı sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən gəlir və işdən məmnun qalmaqdır. Lakin eyni zamanda o, müəssisə müflisləşib iflasa uğradıqda bütün itgiləri öz üzərinə götürmək riskini də etməlidir.

Fərdi, ailə müəssisələrinə nümunə olaraq kəndli-fermer təsərrüfatlarını, pərakəmdə tacirləri, bərbərxanaları, avtomobil təmiri emeletxanalarını, xüsusi məişət xidməti köşklərini. Kiçik layihə-konstruktor xidməti müəssisələrini və s. göstərmək olar.

Fərdi müəssisələr inkişaf etmiş ölkələrdə sahibkarlığın ən geniş yayılmış təşkilati formalarından biridir.



Fərdi müəssisələrə olan hüquqi tələblər aşagıdakılardır:

  • Fərdi müəssisə şəxsin öz adı altında fəaliyyət göstərirsə, onun qeydiyyatdan keçməsi tələb olunmur. Lakin, fərdi ad altında fəaliyyət göstərirsə,onda mütləq müvafiq orqanda qeydiyyatdan keçməlidir;

  • Ticarət edilməsi və ya xidmət göstərilməsi haqqında müvafiq səlahiyyətli orqanlardan lisenziya alınmalıdır;

  • ərazi vergilər idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmalıdır;

  • əgər başqa adamların əməyindən istifadə olunursa, muzdla işə götürmə haqqında mövcud qanunvericilik gözlənilməlidir;

  • müvafiq sahibkarlıq fəaliyyəti növü haqqındakı mövcud qanun və tələbatlar gözlənilməlidir.

Fərdi müəssisənin sahibi hər hansı bir borca və öhdəliyə görə şəxsən mülkü məsuliyyət daşıyır. Bu o deməkdir ki, müəssisənin yaranmış borcunu ödəmək üçün onun yaşayış evi, avtomobili və digər əmlakı satıla bilər.

Fərdi (ailə) müəssisələrin sahiblərinin məqsədi mənfəət əldə etmək, məşğul olduğu fəaliyyət növünün nəticələrindən məmnun qalmaq, müəssisənin fəaliyyət göstərməsini (mövcud olmasını) təmin etmək, fəaliyyət göstərdiyi cəmiyyət tərəfindən hörmətlə qəbul edilmək və “daima mövcud” olmaqdır.

Daima mövcud olmaq dedikdə fərdi sahibkarların elə bir müəssisə yaratmaları nəzərdə tututlur ki, həmin müəssisə sonradan onun varislərinə keçsin və bununla da həm firmanın adı saxlanılsın, həm də varislər müəyyən yaşayış mənbəyi ilə təmin edilmiş olsunlar.

Fərdi müəssisələrin üstünlükləri.

-təşkilinin sadəliyi;

- Fərdi müəssisələrin sahiblərinə müştərilər şəxsən məlum olduğuna görə onların tələbat və zövqlərinin dəyişməsinə gecikmədən reaksiya verə bilir.

- fəaliyyət azadlığı. Sahibkar öz fəaliyyətilə bağlı olan bütün məsələlər üzrə qərar qəbul edilməsində tam azaddır.(fəaliyyət növünün və onun həcminin müəyyən edilməsində, tərəf vüqabillərinin seçilməsində)

- güclü iqtisadi motivin olması-xalis mənfəətin tamamilə sahibkara çatması

Qeyd edilən üstünlüklərinə baxmayaraq fərdi müəssisələrin bir sıra çatışmayan cəhətləri də vardır:



  • biznesin miqyasının kapital çərçivəsində məhdudluğu;

  • iri miqyaslı istehsala nail olmağın az perspektivli olması;

  • iri miqyaslı tədarükün həyata keçirilməsinin qeyri məhdudluğu;

  • rəqabət qabiliyyətinin zəif olması





  1. Yüklə 171,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə