Mövzu Biznesin təşkilati-hüquqi formaları



Yüklə 171,5 Kb.
səhifə3/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   2   3   4   5   6   7   8   9   ...   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

Hüquqi şəxslər. Hüquqi şəxs qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, o cümlədən həm fiziki, həm də hüquqi şəxslərin iştirakı ilə yaradıla bilər. Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya olmaqla iki qrupa ayrılırlar: Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxslər kommersiya hüquqi şəxsləri sayılırQeyri-kommersiya hüquqi şəxsləri isə ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və digər formalarda yaradıla bilər. Bu növ hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülmür. Bu təşkilatlar adətən sosial, xeyriyyə, mədəni, təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail olmaq, bədən tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi tələbatlarının ödənilməsi, insan hüquqlarını qorunması və ictimai mənafelərə yönəlmiş digər məqsədlər üçün nəzərdə tutulur.

Təsərrüfat subyektlərinin bütün dünya ölkələrində olduğu kimi ən geniş yayılmış formalarından biri fərdi (ailə)müəssisələridir.


Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə