Mövzu Coğrafiya fənninin tədrisinin metodikasının predmeti, əhəmiyyəti və digər elmlərlə əlaqəsi Plan


Məktəb coğrafiyasının təlim-tərbiyə vəzifələri



Yüklə 17,28 Kb.
səhifə2/2
tarix31.12.2021
ölçüsü17,28 Kb.
#82144
1   2
muhazire1

Məktəb coğrafiyasının təlim-tərbiyə vəzifələri

  • Məktəb coğrafiyasının məzmunu

  • Müəllimin təlim fəaliyyəti

  • Şagirdin öyrənilməsi

  • Coğrafiyanın təlim prosesində şagirdlərin tərbiyəsi və inkişafı

    Təlim-tərbiyə nəzəriyyəsinin işlənib hazırlanması zamanı metodika elmi coğrafiyanın metodologiyasına və məzmununa , pedaqogikanın və psixologiyanın bütün sahələrinin nailiyyətlərinə istinad edir.

    Metodika praktikaya əsaslanır. Şagirdlərin təlim və tərbiyəsinin qanunauyğunluqlarını tədqiq edir, tədrisin təcrübəsini zənginləşdirir, tədris və tərbiyə işinin keyfiyyətini yüksəltməkdə müəllimlərə kömək edir. Bu köməklik konkret olaraq aşağıdakılarda öz əksini tapır.

    1.Şagirdlərin ümumi və politexnik təhsili, əmək təlimi, əxlaq və estetik tərbiyəsi sistemində və elmidünyagörüşün formalaşmasında coğrafiyanın əhəmiyyətinin və vəzifələrinin açılıb göstərilməsində

    2.Məktəb coğrafiya kurslarının elmi təhlilində və təkmilləşdirilməsində

    3.Coğrafiyanın müxtəlif kurslarının məzmununa, şagirdin yaş xüsusiyyətinə, müasir təchizat sisteminə uyğun olaraq təlim və tərbiyənin elmi cəhətdən əsaslandırılması və praktikada yoxlanılmış metodlarla silahlandırmaq

    4.Təlimin təşkili formalarının işlənib hazırlanması

    5. Şagirdlərin öyrənilməsinin daha səmərəli üsullarının tapılması və onun inkişafı

    6. Dərslik, sinifdənxaric oxu üçün ədəbiyyatlara tələblərin işlənib hazırlanması

    7. Coğrafiyanın tədrisi üçün tədris avadanlığının və ondan istifadə metodokasının işlənib hazırlanması

    8. Müəllimin ölkəşünaslıq işinin və sinifdənxaric işin formaları, məzmunu və metodları ilətanış edilməsi

    Metodika təlim-tərbiyə işinin keyfiyyətinin yüksəlməsinə kömək edən prinsip və metodları müəyyən edir və tədris prosesində rast gəlinən çətinliklərin aradan qaldırılması yollarını göstərir.

    Coğrafiyanın tədrisinin metodikası didaktika ilə sıx əlaqədə olub həmçinin onu zənginləşdirir (xəritədən istifadə didaktika). Metodika tərbiyə nəzəriyyəsinin ümumi qanunauyğunluqlarına xidmət edir. Metodikanın psixologiya ilə sıx əlaqəsi var. Məs. metodika psixologiyanın dərketmə və yadda saxlama məsələlərinə aid olan ümumi didaktik qanunauyğunluqlarından istifadə edir. Psixologiyanın tanıma, anlama, yaddasaxlama, dil və təfəkkürün inkişaf etdirilməsi, anlayış, bacarıq və vərdişlərin formalaşdırılması problemlərinin həllinə çalışır.

    Biliklərə yiyələnmək üçün şagirdlər məntiqi təfəkkür priyomlarını –təhlil, tərkib , mücərrədləşdirmə, ümumiləşdirmə, müqayisı və s. tətbiq edilir. Tədris prosesində məntiqi proseslərin məqsədəuyğun əlaqələndirilməsi kursun vəzifəsinə daxildir.

    CTM-nın məntiq ilə əlaqəsi problemi hələ də öz həllini gözləyir. Tədris prosesində məntiqin priyomu olan müqayisə metodundan istifadə edilir. Coğrafiya fənninin tədrisi metodikasının coğrafiya elminin qolları ilə əlaqəsi onun iki bölməsinin : 1. Fiziki coğrafiyanın tədrisinin metodikası və 2.İqtisadi coğrafiyanın tədrisinin metodikasının yaranmasına səbəb olmuşdur. Bu bölmələrin ümumi əlamətləri ilə yanaşı tədqiqat obyektləri və elmi tədqiqat metodları müxtəlifdir. Hər iki bölmə öyrənilərkən onların sıx və qırılmaz əlaqədə olmasını nəzərə almaq lazımdır. Çünki təbiəti adamlarsız ,insan cəmiyyətini coğrafi mühitsiz təsəvvür etmək mümkün deyildir.

    Məntiqi proseslərdən istifadə edilməsi düzgün təfəkkürün- gerçəkliyin dərk edilməsi üçün zəruri şərtdir.

    CTM-nin inkişafında onun ümumi və xüsusi metodikaya, eyni zamanda CTM-nin tarixi bölməsinin də yaranmasını da nəzərə almaq lazımdır. Ümumi metodika həm coğrafiya metodikasının predmetinin özünü və onun elmi tədqiqat metodlarını öyrənməklə yanaşı , həm də bütün məktəb coğrafiyasının ümumi vəzifələrini onun məzmununu, təlim və tərbiyənin elmi nəzəri əsaslarını müəyyən edir.



    Xüsusi metodika şagirdin hazırlıq səviyyəsini nəzərə alaraq orta məktəbin coğrafiya kurslarına uyğun olaraq , şagirdlərin təlim-tərbiyəsinin vəzifələrini , məzmununu və metodik əsaslarını işləyib hazırlayır. Hazırda coğrafiyanın tədrisinin metodikasının qarşısında aşağıdakı problemləri həll etmək durur.

    1. Məktəb coğrafiyasının məzmununu müasir inkişaf səviyyəsinə uyğunlaşdırmaq

    2. Təhsil sahələrinin bazis tədris proqramlarına, tədris ilinin müddətinə uyğun olaraq ayrı-ayrı kursların məzmununa uyğun dərsliklər yaratmaq.

    3.Təlimin metod və formalarının təkmilləşdirilməsi

    4. Ən yeni təlimin texniki vasitələrinin və proqramlaşdırılmış təlimin işlənib hazırlanması və tətbiqi

    5. Şagirdlərin seçdikləri məşğələ, fakultətiv , sinifdən xaric işlər üzrə proqramların hazırlanması, qarşıya çıxan bütün problemlərin həll edilməsi istiqamətində tədqiqatların aparılması.
    Yüklə 17,28 Kb.

    Dostları ilə paylaş:
  • 1   2




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə