Mövzu Fənnin mahiyyəti və vəzifələri


Mövzu 10. Biznes əlaqələrində kommersiya bankları



Yüklə 374 Kb.
səhifə22/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
biznes-alaqalari

Mövzu 10. Biznes əlaqələrində kommersiya bankları


10.1 Kommersiya banklarının yaradılması
10.2 Kredit təşkilatlarına bank lisenziyalarının verilməsi
10.3 Bankların fəaliyyəti və lisenziyanın geri götürülməsi qaydası
10.4 Kommersiya banklarının təşkilati və idarəetmə strukturları
10.5 Kommersiya banklarının funksiyaları


10.1 Kommersiya banklarının yaradılması

Kommersiya bankı konkret olaraq fiziki və hüquqi şəxslərdən vəsaitlərin qaytarmaq və ödəmək şərti ilə cəlb edilməsi və yerləşdirilməsi üçün yaradılmış və digər çoxlu bank əməliyyatlarını həyata keçirən hərtərəfli kredit təşkilatıdır. “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti” haqqında qanunda göstərilmişdir:


- kredit təşkilatı dedikdə öz fəaliyyəti məqsədində mənfəət götürmək üçün Milli Bankın lisenziyası əsasında, qanunda nəzərdə tutulmuş bank əməliyyatlarını aparmaq hüququna malik olan şəxsdir.
- bank dedikdə- fiziki və hüquqi şəxslərin pul vəsaitlərini cəlb etmək, həmin vəsaiti müddətlik və faizlə geri qaytarmaq şərtilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxlərin hesabını açmaq və aparmaq üçün müstəsna hüquqa malik olan kredit təşkilatıdır.
Kommersiya banklarının fəaliyyəti ikili xüsusiyyətə malikdir. Bir tərəfdən onlar kommersiya təşkilatı olmaqla yanaşı, həm də cəmiyyətin ictimai təşkilatları kimi çıxış edir. Digər tərəfdən kommersiya təşkilatı kimi onlar maksimal mənfəət əldə etmək istiqamətində fəaliyyət göstərir. Kommersiya banklarının fəaliyyətinin bu iki cəhəti qarşılıqlı vəhdət təşkil edir və daimi olaraq dövlətin və cəmiyyətin nəzarətindədir. Azərbaycan hökuməti və Milli Bank bankların yaradılmasının və fəaliyyət göstərməsinin əsas qaydalarını tənzimləyir, nizamlayıcı normativlər sistemindən istifadə edərək onların fəaliyyətinə nəzarət edir. Azərbaycan Respublikasının mövcud qanunlarının tələblərinə əsasən kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Kommersiya bankları bununla əlaqədar olaraq təsdiqedici sənədlər toplusunu hazırlamalı, bu sənədlər Milli Bankın aidiyyatlı şəxsləri tərəfindən yoxlanmalı, qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalıdır. Sənədlər toplusu “Hüquqi Şəxslərin dövlət qeydiyyatı haqqında“ Azərbaycan Respublikasının qanununa uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim edir. Kommersiya bankı dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu aldıqdan sonra bank lisenziyası almaq üçün Milli Banka yazılı olaraq müraciət edir.

Yüklə 374 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə