Mövzu Fənnin mahiyyəti və vəzifələri


Biznes əlaqələrinin başqa elmlərlə əlaqəsi



Yüklə 374 Kb.
səhifə2/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
1   2   3   4   5   6   7   8   9   ...   41
biznes-alaqalari

1.3. Biznes əlaqələrinin başqa elmlərlə əlaqəsi
Bilmək lazımdır ki, müasir zəmanəmizdə ixtisasından asılı olmayaraq hər bir təhsilli, ziyalı biznes əlaqələri elminin müvafiq məsələləri barədə lazımi biliyə, məlumata malik olmalıdır. Xüsusilə indi Azərbaycan Respublikasının bazar iqtisadiyyatı sisteminə keçdiyi bir zamanda biznes haqqında kifayət qədər elmi biliklərə malik olmaq aktual əhəmiyyət kəsb edir. Biznes əlaqələri müxtəlif biznes elmlərinin məhsuludur. Onlar hamısı eyni bir obyektdən qida alır. Tədris olunan biznes haqqında elmlər hər birinin cəmiyyətin iqtisadi sistemində özlərinə məxsus öyrənmə, təhlil və şərh etmə obyekti vardır.
Biznes əlaqələri fənni başqa elmlərlə sıx əlaqədədir. İqtisadi nəzəriyyə, sənayenin iqtisadiyyatı, istehsalın təşkili, biznesin əsasları, biznesin təşkili və idarə edilməsi fənlərini göstərmək olar. Biznes əlaqələri kursunun mahiyyəti iqtisadi qanunların fəaliyyəti və təzahür formalarını, bazarın tələbatlarını ödəmək məqsədilə optimal xərclə yüksək təsərrüfat nəticələri əldə etməkdir. Bununla yanaşı mülkiyyət formasından asılı olmayaraq yaradılan hər bir sahənin səmərəlilik göstəricilərini yaxşılaşdırmaq üçün onun idarə edilməsinin metod və üsullarını öyrənməkdir. Ayrı-ayrı sahələrin maddi texniki bazalarındakı özünəməxsusluqdan irəli gələn fərqli cəhətlər olsa da, onların hamısı “Biznes əlaqələri” kursunun öyrənmə, müqayisə, təhlil, ümumiləşdirmə üçün istifadə etdiyi metodlarla, elmi müddəalara əsaslanır. Elmi təcrübə sübut etmişdir ki, biznes və sahibkarlıq fəaliyyəti haqqında geniş savada, elmi biliklərə malik olan mütəxəssislər gələcəkdə hası fəaliyyət növündə iştirak etmələrindən asılı olaraq prosesin idarə olunmasında, xammal, material, enerji ehtiyatlarına qənaət olunmasında məhsul istehsalının artırılmasında məhsulun keyfiyyətinin qoyulmuş standartlara uyğun buraxılmasında, məhsulun maya dəyərinin aşağı salınmasında, istehsalın səmərəliliyinin yüksəldilməsində yaxından iştirak edirlər.


1.4. Biznes əlaqələrinin metodologiya və metodu
Biznes əlaqələri istehsal münasibətlərində və işgüzarlıqda, biznes fəaliyyətində başlıca yer tutur. Hər bir elmin, fənnin metodologiyası və metodu vardır. Bəzi alimlər belə hesab edirlər ki, ümumi biznes fəaliyyətinin metodologiyası və metodu üçün iqtisadi sistem əsas ola bilər. Lakin, bununla belə biznes əlaqələrinin özünəməxsus hər hansı konkret metoda malik olmasını da inkar etmək olmaz. Real biznes əlaqələrinin dərk edilməsidə, öyrənilməsində elmi metodların böyük əhəmiyyəti vardır. Elmi metoda konkret məqsədlər, fəaliyyət sferası, tədqiqatlar və vasitələrlə bağlıdır. Çünki, biznes əlaqələrində sosioloji tədqiqatların məntiqi, təşkilati formaları, strateji qaydaları, normaları haqqında əsas müddəaları müəyyən edir. Metodologiya ümumi prinsiplərə, məntiqi təfəkkür və işgüzarlıqla üzvi şəkildə bağlıdır.
Biznes əlaqələrinin metodologi tədqiqində nəzəri və sosioloji tədqiqat materiallarından və informasiya bazasının olmasının böyük əhəmiyyəti vardır. Burada xüsusi olaraq sistemləşdirilmiş, məqsədyönlü müşahidələrin, sosioloji eksperimentlərin, sorğuların xüsusi əhəmiyyəti vardır. Son illər müstəqil Azərbaycan Rüspublikasında biznes və sahibkarlıq fəaliyyətinin inkişafı ilə böyük miqyaslı və strateji əhəmiyyətli tədbirlər həyata keçirilir. Biznesdə əməkdaşlıq fəaliyyəti həm sosial, həm də xarici və daxili mühitlə müəyyən edilir. Beləliklə biznes əlaqələri həm obyektiv sosial, o cümlədən obyektiv iqtisadi qanunlar əsasında həyata keçirilir. Biznes əlaqələri öz mahiyyəti etibarı ilə müəyyən münasibətlərə biznes, sahibkarlıq və iqtisadi münasibətlərlə səciyyələnir. Biznes əlaqələri hər şeydən əvvəl əhalinin şəxsi tələbatlarının inkişaf səviyyəsinin tənzimlənməsinin mühüm əlaməti kimi qəbul edilməlidir.



Yüklə 374 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə