Mövzu Fənnin mahiyyəti və vəzifələri


Müəyyən funksiyaların yerinə yetirilməsi



Yüklə 374 Kb.
səhifə4/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
1   2   3   4   5   6   7   8   9   ...   41
biznes-alaqalari

2.2. Müəyyən funksiyaların yerinə yetirilməsi
Demək olar ki, əhalinin əksər hissəsi biznesdə bilavasitə və ya dolayı yolla iştirak edir. Cəmiyyətdə biznesin xidmətlərindən, istehsal etdiyi məhsullardan istifadə edir. Eyni zamanda dövlət büdcəsinin gəlirinin əsas hissəsi də biznesin hesabına formalaşır. Bundan başqa cəmiyyətin ümumi mənafeyi üçün hökumət biznesmenə sifarişlər verir, əlverişli şərtlərlə kredit ayırır. Burada əsas məqsəd maksimum məfəət götürməkdir. Çünki rəqabət şəraitində dövlət də özü üçün əlverişli olan qiymətlərlə xidmətlər göstərir və məhsullar alır. Nəticədə həm biznesin təşkilatçıları, həm də ailə təsərrüfatları və dövlət maksimum mənfəət əldə etməyə çalışırlar. Deməli ziddiyyət əmələ gəlir. Biznesmen öz vəzifələrini yerinə yetirmək üçün təşkilati nöqteyi nəzərdən müəyyən funksiyaları yerinə yetirməlidir.
1. Maliyyə və uçot işlərinin aparılması
2. Kadrların idarə edilməsi
3. Maddi-texniki təchizat, burada istehsal təsərrüfat fəaliyyəti üçün zəruri olan xammal, material, maşın və avadanlığın alınması
4. İstehsal-xammal müəssisələrindən alıcılar üçün lazım olan məhsulların alınması
5. Marketinq- istehlakçıların ehtiyaclarının öyrənilməsi və mübadilə prosesinin idarə edilməsi


2.3. Biznes sistemi, kiçik və orta biznesin inkişafı
Biznes sistemi özündə işgüzar münasibətlərinin subyektlərini, biznes infrastrukturunu, idarəetmə sistemlərinin fəaliyyətinin qiymətləndirilməsini və marketinq tədqiqatlarını birləşdirir. Dövlət strukturları, biznesmenlər, istehlakçılar, muzdlu işçilər və tərəfdaşlar biznes fəaliyyətinin iştirakçıları kimi həmin fəaliyyətin formalaşmasında və inkişafında xüsusi rol oynayırlar. Biznes fəaliyyətinin əsas subyektlərindən biri dövlət və ya dövlət strukturlarıdır. Görkəmli ingilis sosioloq alim Kari Ropper yazır, bazar münasibətlərinə əsaslanan və əhəmiyyətli azad seçmə təklif edən sənaye cəmiyyəti hüquqi sistem və qanuni hakimiyyət olmadan ağılagəlməzdir. Belə ki, hüquqi baza olmadan iqtisadiyyat və bütövlükdə cəmiyyət inkişaf edə bilməz. Mülkiyyət hüquqlarını müəyyənləşdirən, biznes fəaliyyətini tənzimləyən qanunlar, normativ hüquqi sənədlər biznes fəaliyətinin subyektləri olan dövlətlə biznesmenlər arasında münasibətlər yaradır. Biznesin inkişafının sürətləndirilməsi, kiçik və orta sahibkarlığın səmərəli təşkili, ölkənin iqtisadi və sosial problemlərin həllində rolunun gücləndirilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin birini təşkil edir. Biznes fəaliyyətinin inkişafı ilə bağlı böyük miqyaslı və strateji tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərdə əmlakın özəlləşdirilməsi, aqrar islahatın və digər dəyişikliklərin həyata keçirilməsi biznes fəaliyyətinin və bütövlükdə milli iqtisadiyyatın formalaşması və inkişafına təkan vermişdir. Əlverişli biznes mühiti yaratmaq, milli istehsalın inkişafını stimullaşdırmaq məqsədilə 26 noyabr 2002-ci il tarixində “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi” haqqında qanun qəbul edilmişdir. Biznes və sahibkarlıq fəaliyyətinin inkişafında əsas məsələlərdən biri güzəştli kreditlərin verilməsidir.



Yüklə 374 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə