Mövzu Fənnin mahiyyəti və vəzifələri


Beynəlxalq biznes əlaqələri



Yüklə 374 Kb.
səhifə19/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
biznes-alaqalari

9. Beynəlxalq biznes əlaqələri


9.1. Beynəlxalq biznes əlaqələrinin mahiyyəti və məqsədi
9.2. Beynəlxalq biznesin istehsal və elmi-texniki əməkdaşlıq əlaqələri
9.3. Beynəlxalq biznesdə kommersiya əməliyyatları
9.4. Biznesin təşkili mərhələləri və inkişaf istiqamətləri


9.1. Beynəlxalq biznes əlaqələrinin mahiyyəti və məqsədi

Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi və idarə edilməsi mexanizmində beynəlxalq biznes əlaqələrinin həyata keçirilməsinin böyük iqtisadi əhəmiyyəti vardır. Beynəlxalq biznes dedikdə iki və daha çox ölkələr tərəfindən həyata keçirilən istənilən təsərrüfat əməliyyatlarının aparılmasıdır. Beynəlxalq iqtisadi münasibətlər ölkələr arasında məhsullar, elmi-texiki yaradıcılıq, iqtisadi-texniki əməkdaşlığın digər xidmətlərin aparılmasının təzahür formasıdır. Beynəlxalq biznes əlaqələrində qarşılıqlı münasibətlərdə həm özəl şirkətlər, həm də dövlət təşkilatları səviyyəsində aparıla bilər. Müasir tələblər səviyyəsində beynəlxalq biznes əlaqələrinin daha dərindən öyrənilməsinin bir sıra səbəbləri vardır. Əsas səbəblərdən biri mütəxəssislərin gələcəkdə dünyanın başqa ölkələrində işgüzar əməliyyatların həyata keçirilməsində yaxından iştirak etməsidir. Zəruri şərtlərindən daha bir səbəb ondan ibarətdir ki, idarəetmə texnologiyaları sferasında son nailiyyətlərindən istifadə etməsini, menecmentin öyrənilməsi proqramından istifadə edilməsidir. Qloballaşan iqtisadiyyat şəraitində elmi-texiki tərəqqinin sürətlənməsi ilə şərtlənən məhsuldar qüvvələrin dinamik inkişafı istehsalın beynəlxalq ixtisaslaşması və kooperasiyalaşmanın dərinləşməsinə gətirib çıxarır. İstehsalın beynəlxalq ixtisaslaşması və kooperasiyalaşmanın dərinləşməsi öz növbəsində təchizat bazarının genişlənməsinə və beynəlxalq təsərrüfat əlaqələrinin bütün formalarının inkişafına səbəb olur. Hər bir biznesmen və sahibkar, xüsusilə beynəlxalq biznes sferasında əsas məqsədi sərf olunmuş əmək və kapitala görə mənfəət əldə etməkdən ibarətdir. Hər zaman həmin məhsulların istehsalını biznesmenin özünün təşkil edib etməməsi və yaxud istehsalçı ilə istehlakçı arasında vasitəçi qismində çıxış edib etməməsinin fərqi yoxdur. Müasir qlobal iqtisadiyyatda beyəlxalq biznes beynəlxalq iqtisadi münasibətlərin reallaşdırılmasının əsas və ən əhəmiyyətli sahəsini özündə əks etdirir.





Yüklə 374 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə