Mövzu Fənnin mahiyyəti və vəzifələri


İnvestisiyanın maliyyələşdirilməsində digər sahələrin rolu



Yüklə 374 Kb.
səhifə16/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
biznes-alaqalari

7.4 İnvestisiyanın maliyyələşdirilməsində digər sahələrin rolu

İnvestisiyalaşdırma prosesində xüsusi rolu banklar və digər maliyyə strukturları oynayırlar. Belə ki, onlar öz fəaliyyətini effektli layihələrin axtarılması və onlara sərbəst vəsaitlərin qoyulması üzərində qururlar. Layihənin maliyyələşdirilməsi həmçinin reqres ilə maliyyələşdirmə adlanır. Reqres- borc vermiş məbləğin qaytarılması haqqında tələbdir. Layihə maliyyələşdirilməsinin üç formasını fərqləndirirlər.


1. Borc alana tam reqres ilə maliyyələşdirmə
2. Borc alana hüquqi reqres olmadan maliyyələşdirmə
3. Borc alana məhdud hüquqi reqres ilə maliyyələşdirmə
Borc alana tam reqres ilə maliyyələşdirmə dedikdə zəmanət və ya layihənin kreditorlarının məsuliyyətini məhdudlaşdıran müəyyən tələblər olan halda maliyyələşmədir. Borc alana hüquqi reqres olmadan maliyyələşdirmə elə maliyyələşdirmə formasıdır ki, bu halda kreditorun borclarından heç bir zəmanət yoxdur və layihənin realizə olunması ilə əlaqədar bütün riskləri öz üzərinə götürür. Üçüncü formada bütün iştirakçılar öz üzərlərinə konkret kommersiya öhdəlikləri götürürlər.
İnvestisiya layihələrinin maliyyələşdirilməsi inkişaf etmiş ölkələrdə uzun müddətdir ki, istifadə edilir. Azərbaycanda bu metod “Pay bölgüsü sazişi” haqqında 1997-ci ildə qəbul edilmiş fərmandan sonra istifadə edilməyə başlanmışdır.
Mövzu 8. Əlaqələrin yaradılmasında “Pablik rileyşnz” əhəmiyyəti

8.1 Müəssisə haqqında ictimai rəyin yaradılması


8.2 Pablik rileyşnzdən istifadə mexanizmi və konsepsiya
8.3 Pablik rileyşnzin konseptual modeli
8.4 Pablik rileyşnzin ictimaiyyətlə əlaqəsi


8.1 Müəssisə haqqında ictimai rəyin yaradılması
İctimaiyyət tərəfindən müəssisə haqqında müsbət və mənfi rəyin yaradılması müəyyən səbəblər üzündən baş verə bilər. Odur ki, belə hallarda ictimaiyyətlə iş aparma metodlarından geniş istifadə edilməsi zərurəti meydana gəlir. Bu məsələdə müəssisə fəaliyyətinin işıqlandırılmasına, müəssisə daxilində və onun xaricində stabil informasiya axınının təşkilinin düzgünlüyündən asılıdır. Müəssisənin işgüzar reputasiyasında, yəni tərkib hissəsində müəssisənin vizual obrazı, menecment və müəssisənin texnologiyası sahəsində imiclə yanaşı, Pablik rileyşnz mühüm əhəmiyyət kəsb edir.
Pablik rileyşnz- müəssisə haqqında ictimai rəyin təşkili üzrə çoxpilləli fəaliyyət, o cümlədən müəssisənin populyarlığının yaranmasının istiqamətləndirilmiş kütləvi informasiya vasitələrinin geniş cəlb olunmasıdır.
Pablik rileyşnz – təşkilat və cəmiyyət arasında qarşılıqlı münasibətlərinin yaxşılaşdırılmasına kömək edən hər şeyi özündə birləşdirən cəmiyyətlə, habelə onun daxilində olduğu kimi xaricdən onunla əlaqəyə girən hər bir kəslə əlaqələr sistemidir.
Pablik rileyşnz həqiqətən tam informasiyaya əsaslanmış qarşılıqlı anlaşmaya nail olma hesabına biznesdə yüksək nəticələrin alınması haqqında elm və sənət olmaqla, firmanın layiqli imicinin formalaşmasına şayələrdən və mümkün böhranlardan qaçmağa, habelə istehlakçının vahid bazar tələbatının keyfiyyətinin yüksəlməsinə təminat verir.
Pablik rileyşnzin ən başlıca vəzifəsi biznesin və sahibkarlığın tarixən yaranmış müəyyən amillərin digər ənənələrini toplamaq, öyrənmək və yaymaqdır. Kommersiya şirkəti və cəmiyyətin qarşılıqlı təsirinin əsas istiqamətlərinə daxildir:
a) xüsusiyyətçilik
b) sosial xarakterli investisiyalar
c) partnyorluq
d) razılıqlı təsir biznesi
Xüsusiyyətçilik-incəsənətə, təhsilə, idmana və işin mühafizəsənə aid məsələlər daxildir.
Sosial xarakterli investisiyalarda müəssisənin məqsədi hökumət və qeyri-hökumət orqanları ilə birlikdə sosial xarakterli istiqamətdə investisiya qoyulur.
Portnyorluq – qarşılıqlı təsirin iştirakçılarının köməyi onların iqtisadi nailiyyətlərinə kömək və könüllü tərəfdaşlıq həyata keçirilir. Qarşılıqlı təsir biznesində - əsas kommersiya münasibətlərinin bütün iştirakçılarının maraqlarını nəzərə alan və tarazlaşdıran qarşılıqlı münasibətdir. İlk dəfə olaraq Pablik rileyşnz ifadəsi ABŞ-da meydana gəlmişdir. İngilis dilində “Pablik rileyşnz”in mənası ictimaiyyətlə əlaqə deməkdir və özündə əmtəə-pul münasibətlərinin çox cəhətlərinin bazar münasibətlərinə inteqrasiya etməkdir.



Yüklə 374 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə