Mövzu Fənnin mahiyyəti və vəzifələri


Pablik rileyşnzdən istifadə mexanizmi və konsepsiya



Yüklə 374 Kb.
səhifə17/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
biznes-alaqalari

8.2 Pablik rileyşnzdən istifadə mexanizmi və konsepsiya
Bazar əlaqələrində Pablik rileyşnzdən istifadə mexanizmlərinin baçlıca prinsiplərindən biri kommersiya problemidir. Kommersiya problemini həll etmək üçün cəmiyyətlə əlaqələr haqqında istifadə edənlərin vicdanlıq və düzlük əsasında bazar münasibətlərində qarşılıqlı mənafeyi təmin rdilməsi prinsipidir. Pablik rileyşnz konsepsiyası biznesin və sahibkarlığın yetki və inkişaf etmiş mədəniyyətində, müəssisənin müəyyən üsul və imicində, rəhbərin və işçiləri öz aralarında və ictimaiyyətdə davranış tərzində özünü göstərir. Pablik rileyşnzin müasir konsepsiyasına banisi sosioloq Sem Blekin fikrincə ictimaiyyətlə əlaqələrin məqsədi müəssisənin simasında idarə subyektinin qarşılıqlı təsirindən və ya xüsusi istehlakçılardan tutmuş müxtəlif maliyyə və digər peşə sahibi olan idarə obyektlərinin təşkilindən ibarətdir. Pablik rileyşnz konsepsiyasının əsas tərkib hissələrindən aydın olur ki, o məqsədli auditoriyanın rəyini, əhval-ruhiyyəsini, təkliflərini, maraq və davranışını etibarlı, diqqətli və hörmətli uçot üzərində qurur.
8.3 Pablik rileyşnzin konseptual modeli

Pablik rileyşnzin konseptual modelində iştirakçılar tərəfindən başlıca elementlərindən istifadə olunmaqla yerinə yetirilir. Konseptual modelində reklam verən, sponsor olan sifarişçi tapşırığın məqsədini, xərclərin təxmini həcmini, sifarişin xüsusiyyətini, yerinə yetirilməsi müddətini və göstərilən nəticəni nəzərə alaraq müəyyənləşdirir. Bu mərhələnin başlıca məqsədi Pablik rileyşnzin ünvanına ictimaiyyətlə lazımi əlaqələrin yaradılması üçün layihə- tapşırığın tərtibidir. Pablik rileyşnz agentlik sifarişi layihə- tapşırıq formasında qəbul edərkən ilk anda işin həcminin qiymətləndirilməsidir. Yaradıcılıq metodlarından, informasiya məlumatlarının toplanması, qabaqcıl təcrübədən istifadə olunmasını nəzərə alaraq öz real imkanlarını dəqiqləşdirir.


Pablik rileyşnzin müraciətinin üç əsas elementini fərqləndirirlər:
a) Başlıq- bu müraciətin bütün mətninin qısa şəkildə çatdırılmasıdır. Bir qayda olaraq müraciətin bütün məzmununun qısa, konkret, epiqraf formasında və reklam şəklində verilməsindən ibarətdir.
b) Firma markasında müəssisənin, şirkətin, firmanın dəqiq poçt ünvanı, bank hesabının, telefonun, faksın, teleksin və ticarət markasının nömrələri göstərməklə yanaşı, digər məlumatların verilməsi də nəzərdə tutulur.
c) Əsas mətn- bu elementdə mətn kifayət qədər kəsə məktub formasında yazılmalı, qarşıya qoyulan vəzifələrin məqsədini, yerinə yetirilməsi işləri üsul və metodları dəqiq qeyd edilməklə aydın ifadə olunmalıdır. Əsas mətində biznes əməliyyatlarının reallaşdırılmasının strategiya və taktikasının əsas mərhələləri şərh edilə bilər.
Beləliklə, Pablik rileyşnzin konseptual məzmunu bir sıra elementlərin birgə və qarşılıqlı təsirindən ictimaiyyətlə əlaqədə və münasibətlərin mürəkkəb prosesinin canlı obrazını almağa imkan verir. Təklif olunan konseptual model Pablik rileyşnzin qanunauyğunluğunu və funksiyalarını birləşdirməyə kömək edir.



Yüklə 374 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə