Təyinatına görə tərəvəzdoğrayan maşınlar çiy
və bişmiş tərəvəzdoğrayan
maşınlara bölünürlər.
Konstruktiv tərtibatına görə isə diskli, rotorlu,
panson tipli və
kombinələşdirilmiş maşınlara ayrılırlar.
Diskli tərəvəzdoğrayan maşın və mexanizmlər emal müəssisələrinin uyğun
sexlərində quraşdırılır.
MPO 50-200 tipli tərəvəzdoğrayan maşın.
Maşın (şəkil7.5.) çiy
tərəvəzlərin müxtəlif forma və ölçülərdə doğranılması üçün təyin edilmişdir.
əsasən intiqal hissədən, dəyişdirilən işlək üzvlərdən
və yükləmə qurğusundan
ibarətdir.
Şəkil 7.6.
MPO 50-200 tipli tərəvəzdoğrayan maşının üzvləri. A-məhsulun
tikə formasında doğranılması üçün disk; b-məhsulun fırlanmasında doğranılması
üçün disk; v-sürtgəc diski.
Intiqal hissə öz növbəsində alminium gövdədən 5, elktrik mühərrikindən
12, pazvari qayış ötürmsəindən 13 və konuslu diyircəkili yataqlarda 3
yerləşmiş
şaquli isntiqal valından 1 təşkil olunmuşdur. Yataqlarda gərilmə qaykanın 14
köməyi ilə tənzimlənir. Maşının işlək üzvünə fırlanma hərəkətini ötürən iki
çıxıntılı oymaq 9 valın yuxarı hissəinı işlik vasitəsilə quraşdırılmışdır. Gövdənin
silindrik hissəsinə nəzərən işlək üzv yerləşim oymağın vəziyyəti qayka 10 ilə
tənzimlənir və vintlə 4 bərkidiıir. Doğranəlmış məhsulun boşaltma qurğusuna 2
doğru nəql olunması üçün oymağa 9 üç kürəkli tullayıcı 11 bağlanılmışdır. Intiqal
valının yuxarı qurtaracaq hissəsinə bıçaqla birlikdə dayaq disk 6 oturdulmuşdur və
oymağa 9 birləşməsi üçün aşağı hissəsində iki yarığı olan xüsusi vintlə 8 vala
bərkidilmişdir.
Maşına aşağıdakı tərkibdə işlək üzvlər daxildir:
dayaq diskli oraqşəkilli
bıçaq (şəkil 7.6.a) iki dayaq diski olan kombinələşdirlimş bıçaq (şəkil 7.6.b) üç
sürtgəc diskli (şəkil 7.6.v) işlək üzv. Maşında məhsulun doğranılma qalınlığının
tənzimlənməsi nəzərdə tutulmamışdır.
Yükləmə qurğusu 7 iki dairəvi və 17 və bir oraqformalı 16 deşikləri olan
tökmə gövdədən inbarətdir. Məhsul oraq formalı
deşikdən dayaq diskinə
kronşteynələ 15 sıxılır.
Maşın isə qoşulduqdan sonra yükləmə qurğusunun deşiklərindən birinə əl
ilə tərəvəzi qoyaraq itələyici qurğusunun deşiklərindən
birinə əl ilə tərəvəzi
qoyaraq itələyici vasitəsilə fırlanan dayaq diskinə sıxmaq lazımdır. Dayaq diski ilə
birlikdə fırlanan bıçaq məhsulu texnoloji tələblərdən asılı olaraq müxtəlif
formalarda kəsəcəkdir. Kəsmə prosesi zamanı
məhsulun tərpənməzliyi üçün
itələyicidən istifadə edilir. Doğranılmış məhsul hissələri bıçağın altında yerləşmiş
dayaq diskinin deşiklərindən keçərək tullayıcılarla boşaltma qabına tökülür
Dostları ilə paylaş: